Icma.az
close
up
RU
Vaqif Şadlinski yenidən sədr seçildi Ağsaqqallar Şurasının toplantısı + FOTOLAR

Vaqif Şadlinski yenidən sədr seçildi Ağsaqqallar Şurasının toplantısı + FOTOLAR

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib.

Mia.az xəbər verir ki, ilk öncə tədbirə dəvət olunan qonaqlar, rayon rəhbərliyi və Ağsaqqallar Şurasının üzvləri Ulu Öndər Heydər Əliyevin büstünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ilk öncə qonaqları – Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevi, millət vəkili Asif Əsgərovu və digər qonaqları salamlamış, daha sonra tədbir iştirakçılarını Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Şuranın sədri prof. Vaqif Şadlinski Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci illərə dair hesabatı ilə bağlı geniş məruzə etmişdir.

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışmış, qeyd etmişdir ki, “Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilir və bunun nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır. Daha sonra məruzəçi Şuranın son 2 ildəki fəaliyyəti haqqqında geniş məlumat vermişdir.

(Hesabat dövrü ərzində görülən işlər sadalanarkən həmin tədbirlər video-çarx vasitəsilə yığıncaq iştirakçılarına çatdırılmışdır.)

İlk öncə iclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri prof. Eldar Quliyev respublikanın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlardan danışmış, Nəsimi Rayon Ağsaqqallar Şurasının, xüsusilə Şuranın sədri professor Vaqif Şadlinskinin fəaliyyətini yüksək dəyərləndirmişdir.

Sonra tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs etmiş, son iki ildə Nəsimi rayonunda gedən abadlıq quruculuq işlərindən danışmış və rayonun ictimai-siyasi həyatında ağsaqqalların geniş nüfuzunu qeyd etmişdir.

Daha sonra tədbirdə Rayon Ağsaqqallar Şurasının üzvü, Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanda yaşayan azsaylı xalqların monolit birliyindən danışmış, Nəsimi rayon ağsaqqallarının günü-gündən artan nüfuzundan bəhs etmişdir.

Yığıncaqda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Qalib Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri – Zöhrab Fərəcov, Vilayət Quliyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun günbəgün artmasından və bu işdə Nəsimi Rayon Ağsaqqallar Şurasının, Şuranın sədri Vaqif Şadlinskinin böyük rolundan söz açmışlar.

Daha sonra çıxış edən Xalid Kərimov Nəsimi Rayon Ağsaqqallar Şurasının 2 illik fəaliyyət dövrünün hesabatının qənaətbəxş hesab edilməsini təklif etmişdir.

Təklif səsə qoyulmuş, hesabat yığıncağının iştirakçıları yekdilliklə Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci fəaliyyət illərinin hesabatını qənaətbəxş hesab etmişlər.

Tədbir iştirakçıları açıq səsvermə yolu ilə yekdilliklə Əməkdar elm xadimi, professor Vaqif Şadlinskini yenidən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri seçmişlər.

Yığıncaq bir qrup rayon ağsaqqalının mükafatlarla təltif edilməsi ilə davam etmişdir. İlk öncə “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Eldar İsmayılov Əməkdar elm xadimi, professor Vaqif Şadlinskiyə “Qızıl ürək” medalını təqdim etmişdir. Daha sonra Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvü, ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev “Fəxri Fərman”la təltif edilmişdir. Fəxri Fərmanı millət vəkili, prof. Eldar Quliyev təqdim etmişdir.

Daha sonra aşağıda adları qeyd olunan Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri “Təşəkkürnamə” ilə təltif olunmuşlar: Vaqif Orucov, Həsənxan Mədətov, Həqiqət Qədirova, Leyla Mextiyeva, Fərhad Nağıyev.

Təltif olunanlar adından Azərbaycan Dillər Universitetinin rektor müşaviri Ələddin Əliyev çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasına və üzvü olduğu Rayon Ağsaqqallar Şurasına öz minnətdarlıqlarını bildirmişdir.

Sonda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, prof. Vaqif Şadlinski çıxış edərək bir daha ölkə rəhbərliyinə, Azərbaycan Ağsaqqallar Şurasına və Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri