Azərbaycan dövlət başçısı Rumıniya Prezidentinə başsağlığı məktubu ünvanlayıb
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".
Bu mövzuda digər xəbərlər:Azərbaycan dövlət başçısı Şimali Makedoniya Prezidentinə məktub ünvanlayıb
08 Sentyabr 2025 11:22
Azərbaycan lideri Maldiv Prezidentinə təbrik məktubu ünvanlayıb
26 İyul 2025 18:53
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
01 İyul 2025 11:08
Dövlət başçısı Laos Prezidentinə məktub ünvanlayıb
02 Dekabr 2024 11:16
Baxış sayı:73
Bu xəbər 08 Avqust 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















