Icma.az
close
up
RU
Azərbaycan dövlət başçısına məktub göndərdilər

Azərbaycan dövlət başçısına məktub göndərdilər

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Litva Respublikasının Prezidenti Gitanas Nauseda, İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutter, Albaniya Prezidenti Bayram Beqay, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

"Ölkə.az" xəbər verir ki, təbrik məktublarını təqdim edir:

Litva Respublikasının Prezidentinin məktubunda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və onun xalqına davamlı uğurlar, rifah və harmoniya arzulayıram.

Bu il Litva ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz ölkələrimizi birləşdirən dostluq əlaqələri ilə qürur duyuruq. Ümid edirəm ki, dialoqumuzu xüsusən də iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, eləcə də qarşılıqlı anlaşmaya əsaslanan konstruktiv təmaslar vasitəsilə dərinləşdirməkdə davam edəcəyik.

Litva Azərbaycanın müstəqilliyini və suverenliyini ardıcıl surətdə dəstəkləyir. Biz Azərbaycanın Ermənistanla sülhə nail olmaq səylərini dəstəkləyirik və sülh müqaviləsinin mətninin razılaşdırılmasını alqışlayırıq. İnanırıq ki, bu müqavilə tezliklə imzalanacaq və regionda davamlı sülhə zəmin yaradacaq.

Ölkələrimizi hələ də ədalət axtarışında olanlara, azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq məcburiyyətində qalanlara dəstək olmaq üçün ilham və güc mənbəyinə çevrilmiş kədərli tarixi keçmiş birləşdirir. İnanıram ki, Rusiyanın Ukraynada apardığı şiddətli müharibə şəraitində biz qaydalara əsaslanan dünya nizamını müdafiə etməkdə vahid və qətiyyətli olacağıq.

Cənab Prezident, Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm.

Xahiş edirəm, ən xoş arzularımı və dərin hörmətimi qəbul edin".

İsveçrə Konfederasiyasının Prezidentinin məktubunda deyilir: 

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Sizə və həmvətənlərinizə təbriklərimi çatdırıram. Ölkənizə və onun vətəndaşlarına xoşbəxt və uğurlu gələcəklə bağlı ən xoş arzularımı ifadə edirəm.

Mən şadam ki, ölkələrimiz arasında çoxşaxəli əlaqələr davam edir. Əminəm ki, biz bu əlaqələri gələcək illərdə də inkişaf etdirəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Albaniya Prezidentinin məktubunda deyilir: 

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə, xalqınıza səmimi təbriklərimi, əmin-amanlıq və firavanlıq arzularımı çatdırıram.

Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və ölkələrimiz arasında tərəfdaşlığın inkişafından məmnundur. Qarşılıqlı hörmət və ümumi maraqlar üzərində qurulan münasibətlərimiz davamlı şəkildə inkişaf edir. Tərəfdaşlığımızın dərinləşməsində Sizin mühüm rolunuzu yüksək dəyərləndirir və buna görə minnətdarlığımı bildirirəm.

Əminəm ki, Sizin rəhbərliyiniz altında Albaniya ilə Azərbaycan arasında dostluq daha da möhkəmlənəcək, enerji, turizm və infrastruktur kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizə bir daha təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə ən yüksək ehtiramımı ifadə edirəm".

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədrinin məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Sudan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, dost xalqınıza davamlı tərəqqi, firavanlıq və rifah arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Bu əlamətdar hadisə Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiq etmək imkanı verir.

Fürsətdən istifadə edərək, ikitərəfli əməkdaşlığımızı xalqlarımızın qarşılıqlı maraqlarına xidmət edən vasitələrlə daha da genişləndirməyə və möhkəmləndirməyə sadiqliyimi ifadə edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri