Icma.az
close
up
RU
Nazir: Azərbaycan dövlət borcunun ÜDM ə nisbətinə görə ən aşağı göstəriciyə malik 20 ölkə arasında yer alır

Nazir: Azərbaycan dövlət borcunun ÜDM ə nisbətinə görə ən aşağı göstəriciyə malik 20 ölkə arasında yer alır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) həcmi 134.1 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 2.9% real artım deməkdir. Son beş ildə nominal ÜDM 36.7 milyard manat (39.3%) artıb, real artım isə 19% təşkil edib".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
Onun sözlərinə görə, ÜDM-də qeyri-neft sektorunun payı 2026-cı ildə 101.7 milyard manat olacaq və bu da 5% real artım deməkdir:
"Son beş ildə qeyri-neft sektorunda nominal artım 36 milyard manat və ya 62.7%, real artım isə 34% təşkil edib".
"2026-cı ilin büdcə proqnozları hazırlanarkən neftin bir barelinin orta ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4.8%, ABŞ dollarına nisbətdə məzənnə isə 1.7 manat səviyyəsində nəzərdə tutulub.
2025-ci ilin 1 oktyabr tarixinə dövlət borcu 25.4 milyard manat və ya ÜDM-in 19.5%-i səviyyəsindədir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2.2 faiz bəndi azdır. 2026-cı ilin sonuna bu nisbətin 21.8%, 2029-cu ilə isə 21.2% səviyyəsində qalacağı proqnozlaşdırılır. Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə ən aşağı göstəriciyə malik 20 ölkə arasında yer alır", - nazir deyib.
O əlavə edib ki, dövlət borc portfelinin 67.2%-i (17.1 milyard manat) daxili, 32.8%-i (8.3 milyard manat və ya 4.9 milyard dollar) isə xarici borcdur:
"Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır. İstiqrazların orta ödəmə müddəti ilin əvvəlindən 2.4 dəfə artaraq 3.52 ilə çatıb. 7 və 10 illik istiqrazların portfeldə payı 0.6%-dən 30.5%-ə yüksəlib."
"2025-ci il oktyabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 81.5 milyard ABŞ dolları təşkil edir. Bu məbləğ ölkənin xarici dövlət borcunu təqribən 17 dəfə üstələyir. 2026-cı ildə Dövlət Neft Fondunun gəlir və xərcləri balanslaşdırılmış şəkildə - 7.7 milyard dollar səviyyəsində proqnozlaşdırılıb. Neftin 65 dollarlıq qiymət ssenarisi ilə Fondun ehtiyatlarında azalma gözlənilmir. 2026-cı ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təqribən 1 milyard dollar (1.65 milyard manat) azaldılacaq.
2029-cu ilə qədər bu transfertlərin həcmini əlavə 1.55 milyard dollar azaldaraq 6 milyard dollara endirmək planlaşdırılır", - nazir əlavə edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri