Cəlilabadda narkotik çəkib sərnişin daşıyan sürücü saxlanıldı Vəsiqəsi də yoxuymuş FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəlilabad rayonu ərazisində narkotik vasitənin təsiri altında olan sürücü müəyyənləşib.
Avtosfer.az-ın məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı nəqliyyat vasitəsini etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi aşkarlanan Əhməd Əhmədovun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib. Ə.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















