Şuşa daş kitabələri 1905 1906 cı illərdə erməni vəhşiliyinini yeni sübutlarını üzə çıxarır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 dekabr, AZƏRTAC
Artıq iki ildən çoxdur ki, Qarabağın, ələlxüsus Şuşa şəhərinin maddi-mədəni irsi ilə bağlı bir çox abidələrdəki ərəb-fars və əski əlifba ilə Azərbaycan dillərində yazılmış mətnləri ardıcıl şəkildə tədqiq edirəm. Qədim yazılı abidələrlə zəngin olan Şuşa şəhərinin daş kitabələrində Azərbaycan tarixi, mədəniyyəti və ictimai-siyasi hadisələri ilə bağlı olduqca maraqlı və vacib faktoloji məlumatlar var.
Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev söyləyib.
O bildirib ki, Yuxarı Gövhər Ağa məscidinin həyətində kiçik bir məzarlıq mövcuddur. Həmin kiçik ərazidə mövcud olan qəbirüstü abidələrin üzərinə ərəb-fars dillərində həkk edilmiş yazıları tədqiq etdikdən sonra məlum oldu ki, məzar sahiblərinin mütləq əksəriyyəti 1905-1906-cı illərdə mənfur düşmənlərimizin Şuşa şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində həlak olanlardır. Həmin məzarlıqda mövcud olan Hacı Dadaş adlı şəxsin məzarının üzərinə həkk edilmiş yazılar diqqəti cəlb edir və eyni zamanda, orada qeyd edilmiş informasiyalar olduqca böyük əhəmiyyətə malikdir.
“İlk növbədə, xatirə abidəsinin üzərindəki mətnin tərcüməsini qeyd edirəm: “O (Allah), baqidir (əbədidir). Allah yolunda cihad edib, ermənilər tərəfindən qətlə yetirilən Hacı Dadaş”. Axtarış zamanı məqsədli şəkildə sındırılmış başdaşının yalnız bir hissəsini tapa bildik. Görünür ki, məzarın üzərinə həkk edilmiş yazılar düşməni narahat etmiş, izi itirmək üçün xatirə abidəsini bir neçə yerə bölərək məhv etməyə cəhd göstərmişlər. Lakin möcüzə sayəsində xatirə abidəsinin bir hissəsini əldə etmək mümkün oldu. Burada vacib olan məqam isə aşkarlanmış məzar daşının üzərində “ermənilər tərəfindən qətlə yetirilmişdir” ifadəsinin xüsusilə qeyd edilməsidir. Bu informasiyalar özü-özlüyündə erməni vəhşiliyini və mənfur düşmənin xalqımıza qarşı törətdiyi cinayətləri sübut edən əyani faktdır”, - deyə şöbə müdiri vurğulayıb.
E.Mustafayev qeyd edib ki, 1905-1906-cı illərdə Rusiyada hakimiyyət əleyhinə üsyanların və iğtişaşların baş verməsindən və çarizmə qarşı narazılıq dalğasının güclənməsindən istifadə edən ermənilər Cənubi Qafqazın müxtəlif bölgələrində, o cümlədən Bakı, Şuşa, Zəngəzur və s. Azərbaycan torpaqlarında kütləvi qırğınlar törədib. 1905-ci ilin fevralın 6-da Bakıda başlayan erməni-müsəlman davası, may-iyun aylarında İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl və s. bölgələri əhatə edirdi. Daha dəqiq desək, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında - İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı qəzalarında və 8 şəhərində - Bakı, İrəvan, Naxçıvan, Gümrü, Gəncə, Şuşa, Qazax və Tiflis şəhərlərində qırğınlar törədiblər.
Alin əlavə edib ki, bu xüsusda Azərbaycan tarixinin öyrənilməsi və tarixi sərhədlərinin müəyyənləşdirilməsində epiqrafik abidələr böyük əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən epiqrafik abidələrin tədqiqi və qəbirüstü abidələrdə əks olunmuş epitafiyaların yeni reallıqlar kontekstində oxunması müasir Azərbaycan elminin qarşısında duran aktual problemlərdən biridir. Belə ki, epiqrafik abidələrdə həkk olunmuş yazılar regionda yaşayan xalqların təşəkkülünün həm ilkin mərhələlərini, həm də əhalinin etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin formalaşması proseslərinin, eləcə də xalqın etnogenezinin, dini-milli dünya görüşünün və əhali arasında hakim olan ideoloji məsələlərin müəyyənləşdirilməsində ən əlverişli vasitələrdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 29 Dekabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















