Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycan dövləti özəl sahənin inkişafını davamlı himayə edir

Azərbaycan dövləti özəl sahənin inkişafını davamlı himayə edir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

25 Aprel Sahibkarlar Günüdür

2002-ci il aprelin 25-də ümummilli lider Heydər Əliyev yerli sahibkarlarla, həmin ilin may ayında isə xarici iş adamları ilə görüşlər keçirib. Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, 25 aprel ölkədə Sahibkarlar Günü kimi qeyd olunur. Bu günün təsis edilməsi ölkənin sosial-iqtisadi inkişafına, məşğulluğun artırılmasına və biznes subyektlərinin fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərir. Eyni zamanda, Sahibkarlar Günü qeyri-neft sektorunun inkişafına verilən önəmin bariz nümunəsidir.

Son illərdə Azərbaycanda biznes və investisiya mühiti ardıcıl olaraq yaxşılaşdırılıb, hüquqi baza təkmilləşdirilib, dövlət–sahibkar münasibətləri yeni mərhələyə yüksəlib. Aparılan islahatlar nəticəsində son 20 ildə ölkə iqtisadiyyatı təxminən 4 dəfə artıb, yoxsulluq və işsizlik səviyyəsi isə 5 faizə qədər enib. Qeyd etmək lazımdır ki, hər bir biznes fəaliyyətinin formalaşmasında bir sıra faktor həlledici rol oynayır.

Nəzərə alsaq ki, Azərbaycan coğrafi baxımdan strateji və unikal bir məkanda yerləşir. Ölkənin açıq dənizə birbaşa çıxışı olmasa da, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına ciddi təkan verib. Hazırda ölkə ərazisində Şərq–Qərb və əks istiqamətdə, eləcə də Şimal–Cənub marşrutları üzrə beynəlxalq nəqliyyat dəhlizləri tam şəkildə fəaliyyət göstərir.

Sahibkarlığın inkişafına mühüm təkan verən başqa bir amil də ölkədə sənaye zonalarının yaradılmasıdır. Belə ərazilər müasir iqtisadiyyatın struktur dayaqlarından biri olaraq sahibkarlığın inkişafında vacib rol oynayır. Xüsusilə sənayeləşmə siyasətini prioritet seçən ölkələrdə bu zonalar investisiya cəlbi, istehsalın genişləndirilməsi və yeni biznes subyektlərinin formalaşması baxımından effektiv hesab olunur.

İlk növbədə, sənaye zonaları sahibkarlar üçün əlverişli biznes mühiti yaradır. Vergi və gömrük güzəştləri, hazır infrastruktur, logistika imkanları və inzibati prosedurların sadələşdirilməsi yeni təşəbbüslərin reallaşdırılmasını sürətləndirir. Bu isə xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin bazara daxil olmasını asanlaşdırır və onların rəqabət qabiliyyətini artırır.

Yerli sahibkarlara ixrac imkanlarının genişləndirilməsi istiqamətində də ciddi dəstək göstərilir. Bu məqsədlə xarici ölkələrdə Azərbaycan Ticarət evləri yaradılıb və onlar “Made in Azerbaijan” brendinin təşviqi üçün mühüm platforma rolunu oynayır. Ticarət evləri yerli məhsulların xarici bazarlara çıxışını asanlaşdırır, satışın təşkilinə və yeni tərəfdaşlıqların qurulmasına dəstək verir, eyni zamanda, bazar araşdırmaları apararaq sahibkarlara məlumat təqdim edir. Bundan əlavə, sərgi və təqdimatların təşkili, distribütor şəbəkələrinin qurulması və ixrac prosesində yaranan məsələlərin həlli də bu mərkəzlərin fəaliyyət istiqamətlərinə daxildir. Hazırda Belarus, Çin, Ukrayna, Latviya, Polşa və Birləşmiş Ərəb Əmirlikləri (Dubay) daxil olmaqla bir sıra ölkələrdə Azərbaycan Ticarət evləri fəaliyyət göstərir və bu şəbəkə genişlənməkdə davam edir.

İşğaldan azad olunmuş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda biznesin inkişafı üçün dövlət geniş güzəşt və dəstək mexanizmləri tətbiq edir. Bu addımlar investisiya axınını sürətləndirmək, biznes mühitini canlandırmaq və məşğulluğu artırmaq məqsədi daşıyır. Rezidentlər 1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddır. Eyni zamanda, avadanlıq və xammal idxalına görə ƏDV və gömrük rüsumları, eləcə də dividend vergisi sıfır dərəcə ilə tətbiq olunur.

Turizm sahəsində isə hotellərdə gecələmə xidmətlərinə görə ödənilən ƏDV-nin 30 faizi nağdsız, 5 faizi nağd ödənişlərdə geri qaytarılır. Sahibkarların maliyyə resurslarına çıxışı da asanlaşdırılıb: kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir, 10 faizi isə 36 ayadək subsidiyalaşdırılır. Sosial sığorta haqları mərhələli şəkildə dövlət tərəfindən qarşılanır, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların kommunal xərclərinin 20 faizi isə 2033-cü ilədək ödənilir.

Bununla yanaşı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında rezidentlər 10 il müddətinə əsas vergilərdən azaddır və hazır infrastrukturla təmin olunur. Bu güzəştlər Qarabağ və Şərqi Zəngəzurun qısa müddətdə mühüm iqtisadi mərkəzə çevrilməsini hədəfləyir.

Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri

Bu gün Azərbaycanda ümumi daxili məhsulun formalaşmasında və əlavə dəyərin yaradılmasında sahibkarların rolu mühüm yer tutur. Xüsusilə qeyri-neft sektorunun inkişafında və dövlət büdcəsinin gəlirlərinin təmin olunmasında, o cümlədən vergi ödənişlərində onların payı əhəmiyyətlidir. Müstəqillik dövründə sahibkarlıq sürətli inkişaf yolu keçərək güclü iqtisadi subyektlərə çevrilib, iri vergi ödəyiciləri və böyük işəgötürənlər formalaşıb. Bu gün özəl sektor yüz minlərlə insanın məşğulluğunu təmin edir və əmək bazarının dinamikliyini artırır.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılmış əlverişli biznes mühiti, güzəştlər və xüsusi iqtisadi zonalar sahibkarlıq fəaliyyətini stimullaşdırır. Bu ərazilərdə reallaşdırılan layihələr yeni iş yerlərinin açılmasına, istehsal və ixrac imkanlarının genişlənməsinə təkan verir. Azərbaycan sahibkarları hazırda iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirak edir, qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verirlər. Onların təşəbbüskarlığı və innovativ yanaşmaları iqtisadi artımı sürətləndirir və xarici iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır.

Dövlət tərəfindən tətbiq olunan güzəştli kreditlər, vergi imtiyazları və institusional dəstək mexanizmləri sahibkarlığın inkişafını dəstəkləyir. Mövcud problemlər isə dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində müzakirə olunur, qanunvericilik və vergi inzibatçılığı istiqamətində davamlı təkmilləşdirmələr həyata keçirilir.

Eyyub ABBASOV,
“Progress Garden”in təsisçisi və direktoru

Şirkətimiz 1994-cü ildən fəaliyyətə başlamışdır. Biz əsasən bağçılıq texnikası, landşaft həlləri və peşəkar suvarma sistemləri sahəsində həm fərdi müştərilərə, həm də iri layihələrə xidmət göstəririk.

“Progress Garden” şirkətinin missiyası bazara yeni yanaşmalar gətirmək və insanlara uzunmüddətli fayda verməkdir. Bu yolda əlbəttə ki, çətinliklər az olmayıb. Sınaqlar bizi daim inkişaf etməyə, daha çevik və innovativ olmağa məcbur edib. Xüsusilə son illərdə texnologiyaların sürətli inkişafı kimi faktorlar biznes yanaşmamızı yenidən formalaşdırmağa səbəb olub. Amma biz bu çətinlikləri risk kimi yox, fürsət kimi görürük.

Bu istiqamətdə dünyanın aparıcı istehsalçıları ilə qurduğumuz tərəfdaşlıq əlaqələri işimizin keyfiyyətini daha da yüksəldir. Almaniyanın bağçılıq, meşəçilik və kənd təsərrüfatı texnikası sahəsində tanınmış markaları olan “Stihl”, “Viking”, “Gardena”, “AL-KO”, İsveçrənin “Felco”, ABŞ-ın “Rain Bird”, “DeWalt”, “Briggs & Stratton və Oregon”, eləcə də Koreyanın “Hyundai Power Tools” markalarının Azərbaycanda rəsmi distributeri olaraq, orijinal və yüksək keyfiyyətli məhsulları ölkəmizə gətiririk. Bu, bizim üçün müştərilərimizə dünya standartlarını təqdim etmək məsuliyyətidir.

Gələcəyə baxışımız isə daha genişdir. Məqsədimiz “Progress Garden” brendini regionda tanınan və etibar edilən bir ekosistem oyunçusu olaraq saxlamaq, innovativ suvarma və landşaft həllərini daha geniş miqyasda tətbiq edərək, paytaxt Bakımızın və eyni zamanda, bölgələrimizin abadlaşdırılmasında fəal iştirakımızı davam etdirməkdir. Eyni zamanda, yerli bazarın inkişafına töhfə vermək, müasir texnologiyaları ölkəmizə gətirmək, yeni iş yerləri yaradaraq dövlətimizin iqtisadi yükünü azaltmaq və bu sahədə peşəkar kadrların formalaşmasına dəstək olmaq bizim üçün xüsusilə önəmlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında sərəncam da, bu sahənin prioritet olduğunun əyani sübutudur və bu bizi ciddi motivasiya edir.

25 aprel – Sahibkarlar Günü münasibətilə bütün sahibkarları təbrik edirəm. İnanıram ki, dövlətimizin dəstəyi, davamlı inkişaf, düzgün qərarlar və cəsarətli addımlar sayəsində iqtisadiyyatın bel sütunu sayılan sahibkarlıq ölkəmizdə daha da güclənəcək və yeni uğur hekayələri yaranacaq.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri