Icma.az
close
up
RU
KOB evləri özəl bölməni davamlı himayə edir

KOB evləri özəl bölməni davamlı himayə edir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

6 ayda sahibkarlara 208 min xidmət göstərilib

Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq kiçik və orta biznes (KOB) subyektlərinin böyüməsi və dövriyyəsinin artması bu qurumların yaradılan imkanlardan səmərəli istifadə edərək davamlı inkişaf yolu ilə uğurla irəliləməsini və iqtisadiyyatda payının yüksəlməsini göstərir. Sahibkarlığın inkişafı sahəsində ölkəmizdə reallaşdırılan məqsədyönlü dövlət siyasəti, KOB-lara göstərilən dəstək layihələri və təşviqlər öz müsbət nəticəsini verir. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən və dövriyyəsi artan KOB subyektlərinin sayı getdikcə çoxalır.

2023-cü illə müqayisədə ötən il sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların sayı 14 faiz çoxalıb, bu qurumların dövriyyəsi isə əvvəlki illə müqayisədə 2024-cü ildə 10 faizə yaxın artaraq 48 milyard manatdan çox olub. Hər iki göstərici KOB-ların ölkədəki əlverişli biznes mühitindən qaynaqlanan davamlı inkişafının və iqtisadiyyatda payının yüksəlməsi nəticəsində qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata əsasən, respublikada kiçik və orta biznes subyektlərinə dəstək layihələrinin icrası bu ilin yanvar – iyun aylarında da diqqət mərkəzində saxlanılıb. Məsələn, cari ilin I yarısında respublikadakı KOB evlərində sahibkarlara, ümumilikdə, 208 min 194 (ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz çox) xidmət göstərilib. Hesabat dövründə “Yevlax KOB evi” üzrə 31,2 faiz, “Xaçmaz KOB evi” üzrə 6,8 faiz, “Bakı KOB evi” üzrə isə 6,7 faiz artım qeydə alınıb. Bununla yanaşı, sözügedən dövrdə KOB evlərində sahibkarlara göstərilən dövlət – biznes və biznes – biznes xidmətlərinin ümumi sayında müvafiq olaraq 22,8 faiz və 26,7 faiz artım olub.

Beləliklə, KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. Hazırda KOB evlərində biznesin qeydiyyatından başlayaraq inkişaf etdirilməsinə qədər olan bütün zəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir.

Qeyd edək ki, KOB evləri ölkəmizdə kiçik və orta sahibkarlığın stimullaşdırılması məqsədilə yaradılıb. Artıq Bakı, Xaçmaz və Yevlax şəhərlərində belə məkanlar fəaliyyət göstərir. KOBİA-nın struktur bölməsi olan KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin təqdim olunduğu vahid məkandır. Sahibkarlar bu məkana daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət edirlər. KOB evlərinə sahibkarların marağının artması, onların bir məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə qənaət imkanı ilə bağlıdır.

Azərbaycanın davamlı iqtisadi inkişafının reallaşdırılmasında sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial – iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Respublikamızda özəl sektorun inkişafı sahəsində reallaşdırılan sistemli layihələrin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması da bunun bariz ifadəsidir.

Xatırladaq ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6 faizini kiçik və orta biznes subyektləri təşkil edir. Həmin qurumların innovativ inkişafının dəstəklənməsi strateji fəaliyyət gündəliyinin əsas elementlərindən biridir. Mikro, kiçik və orta sahibkarlıq müasir iqtisadiyyatların əsas sütunu və hərəkətverici qüvvəsi hesab olunur. Bu baxımdan, kiçik və orta biznes subyektlərinin fəaliyyətinin şaxələndirilməsi və innovasiya səviyyəsi bütövlükdə ölkənin inkişaf göstəricisidir.

Müasir iqtisadiyyatların təcrübəsi sübut edir ki, KOB-lar təkcə iqtisadi göstəricilərin artmasına deyil, həm də məşğulluğun yüksəldilməsinə, sosial rifahın güclənməsinə mühüm töhfə verir. Azərbaycanda da kiçik və orta biznesin payı iqtisadiyyatın şaxələndirilməsi prosesində əhəmiyyətli rol oynayır. Bu sektor, eyni zamanda, qeyri – neft sektorunun inkişafını, ixrac imkanlarının genişlənməsini və yerli istehsalın gücləndirilməsini sürətləndirir.

KOB-ların innovasiya potensialının artırılması da strateji hədəflərdən biridir. Hazırda bu məqsədlə dövlət tərəfindən texnologiya parklarının, sənaye zonalarının, biznes inkubatorların yaradılması və startap ekosisteminin dəstəklənməsi istiqamətində mühüm addımlar atılır. Nəticədə sahibkarlar yeni bazarlara çıxış əldə edir, rəqabət qabiliyyətlərini artırır və iqtisadiyyatın modernləşməsinə töhfə verirlər.

Kiçik və orta biznesin gələcək inkişafı üçün dövlət dəstəyinin davam etməsi, maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu istiqamətdə aparılan islahatlar KOB sektorunun Azərbaycan iqtisadiyyatında sabitlik, dayanıqlılıq və innovasiya mənbəyi kimi mövqeyini daha da möhkəmləndirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Avqust 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Barselona nın ulduzu PSJ və Real a qarşı oyunları buraxacaq

28 Sentyabr 2026 23:28see141

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri