Icma.az
close
up
RU
AZƏRBAYCAN DÜNYA ARENASINDA

AZƏRBAYCAN DÜNYA ARENASINDA

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir çox ekspertlər və mütəxəssislər deyirlər ki, hansı dövlətin zəngin sərvəti, faydalı qazıntısı varsa onlar dünyaya daha tez inteqrasiya olunurlar. Təbii ki, bu fikirdə müəyyən qədər həqiqət var. Ən azından ona görə ki, bu gün dünyanı neft və qazla zəngin olan ölkələr  idarə edirlər. Yəni  həmin ölkələr istehsal etdikləri nefti, qazı və digər sərvəti başqa ölkələrə ixrac etməsə, heç şübhəsiz, həmin dövlətlərin iqtisadiyyatı çökər və bir müddətdən sonra birmənalı olaraq o dövlətlərdə iqtisadi böhran yaranar. Əgər bir ölkənin işığı, qazı, nefti və eləcə də digər enerji daşıyıcıları xaricdən ixrac olunursa, şübhəsiz ki, həmin ölkə o istehsalçılardan asılı vəziyyətdədir.

Əlbəttə, Azərbaycanın da dünyaya inteqrasiya olunması heç də belə asanlıqla başa gəlməyib. Heç kimə sirr deyil ki, 1990-92-ci illərdə ölkəmizi qeyri-peşəkar siyasətçilər idarə edirdi və onların da apardığı siyasi-iqtisadi və mədəni xətt demək olar ki, iflasa  uğrayırdı. İş o yerə çatmışdı ki, dövlətin büdcəsində heç bir milyon manat da vəsait qalmamışdı. Bir yandan da ərazimizin 20 faizinin işğal olunması sözün həqiqi mənasında ölkəmizin ayağa durmasında ağır problemlər yaradırdı. Ümumiyyətlə, problemlər həmişə mövcud olub. Amma Azərbaycanın həmin illərdəki problemi həddindən artıq ağır idi. Bu ağırlığı isə yeganə bir siyasi xadim – Ümummilli  Lider Heydər Əliyev aradan qaldıra bilərdi. 

Bəli, xalqın tələbi ilə Ulu Öndər hakimiyyətə gətirildi və onun uzaqgörən və dünyəvi siyasəti ilə Azərbaycan hər ay,  hər il dirçəlməyə başladı. Düzdür,  ölkəmizin zəngin neft və qaz yataqları vardı. Amma onu hasil etmək, emal edib hazır məhsul kimi xaricə ixrac etmək çox çətin idi. Belə bir  durumda Ulu Öndər yeganə çıxış yolu kimi dünyanın məşhur neft şirkətlərinin Azərbaycana dəvət edilməsində gördü. 

Düzdür,  bir çox ölkələr bu layihəyə hər vasitə ilə maneə törədirdilər. Lakin bütün maneələrə və problemlərə baxmayaraq, Heydər Əliyevin qətiyyətli mövqeyi ilə «Əsrin  müqaviləsi» imzalandı. Böyük Britaniyanın məşhur BP şirkəti neft və qaz sənayesinə milyonlarla vəsait yatırım etdi. Bir müddətdən sonra təbii ki, bu sərmayə nəinki özünü doğrultdu, həm də həmin ölkəyə və şirkətə böyük izafi dəyər gətirdi. Azərbaycanın büdcəsi bir müddətdən sonra xeyli artdı. Yəni əvvəllər bir milyon dollar  pul olmayan büdcəyə milyardlarla vəsait daxil oldu. Bununla da ölkəmiz öz siyasi, iqtisadi və hərbi qüdrətini daha da möhkəmlətdi. 
Heç kimə sirr deyil ki, Azərbaycanın sürətli inkişafı və dünyaya  inteqrasiya olunması bizimlə müharibə aparan və ermənilərə havadarlıq edən ölkələrin elə də xoşuna gəlmirdi. Onların xoşuna gəlsə də, gəlməsə də artq ölkəmiz dünya arenasında öz sözünü demişdi və bununla yanaşı, iqtisadiyyatımıza sərmayə qoyan dövlətlərin sayı günbəgün artırdı. Türkiyə, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Bolqarıstan, Macarıstan, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr Azərbaycana böyük  maraq göstərirdi. Təbii ki, hər bir ölkənin öz marağı və mənafeyi var. Azərbaycan da  bu marağa  uyğun olaraq dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələrini daha da gücləndirirdi. 

İndi dünyada super dövlətlər var. Super  dövlətlərlə yanaşı, isə orta gücü olan Azərbaycan kimi dövlətlər də dünyada tanındı. Ölkəmiz balaca dövlət olmasına baxmayaraq, dünyanın 30 dövlətindən birinə çevrildi. Bu da təsadüfi deyildi, iqtisadi  yüksəliş siyasi arenada  böyük nüfuz, beynəlxalq təşkilatlarda söz sahibi olmaq Azərbaycanı dünyaya daha yaxından tanıtdırdı. Prezident İlham Əliyev dəfələrlə  çıxışlarında vurğulayıb ki, bir vaxtlar Azərbaycana böyük dövlətlər sərmayə qoyurdu, indi isə Azərbaycan özü dünyanın inkişaf etmiş və zəngin ölkələrinə sərmayələr qoyur. Cənab prezident  bu fikri çox düzgün vurğulayıb. Ölkəmiz bu gün Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, türk dövlətləri olan Orta Asiya respublikalarında, Gürcüstanda, eləcə də qardaş Türkiyədə çox böyük yatırımlar edib. 

Ulu Öndər Heydər Əliyevin siyasətini  uğurla davam etdirən prezident İlham Əliyev  daha güclü və daha qüdrətli bir Azərbaycan yaratdı. Belə ki, Azərbaycan  İkinci  Qarabağ savaşında və eləcə də antiterror əməliyyatında ərazi bütövlüyünü tamamilə bərpa etdi.  Bu isə o demək idi ki, artıq dünya gücləri Azərbaycanı suveren, mustəqil və demokratik bir ölkə kimi  qəbul edir və onunla əlaqə yaratmağa çalışırlar.

Azərbaycan çox mötəbər neçə-neçə beynəlxalq səviyyəli tədbirlərə  ev sahibliyi edib. Bu da  təsadüfi deyildir. Çünki artıq dünyanı idarə edən qüvvələr bir həqiqəti başa düşür ki, Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, dünyada  öz mövqeyi, öz siyasi xətti və öz nüfuzu var. 

Bu  yaxınlarda Azərbaycanda keçirilmiş Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu deyilənlərin bir daha bariz nümunəsidir. Həmin tədbirdə ABŞ, Türkiyə, Böyük Britaniya və digər dövlətlərin  rəhbərləri və ya yüksək səviyyəli rəhbərləri  mütəmadi olaraq bu sərgiyə qatılırlar. Sərgidə əsas neft-qaz ölkələrinin stendləri qurulur, müasir texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə edilir. Burada şirkətlər arasında yeni  əlaqələr yaranır, əməkdaşlıq genişlənir və innovativ texnologiyalar tətbiq  olunur.

Sabiq millət vəkili Vahid Əhmədov bu məsələlərlə bağlı  fikirlərini belə ifadə edib: «Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf  edir, ölkənin dövlət borcu ÜDM-nin təxminən altı faizi səviyyəsindədir ki, bu da kifayət qədər aşağı  göstəricidir. Valuyta ehtiyatlarımız isə 80 milyard dolları ötüb. Bütün bunlar ölkədə iqtisadi sabitliyin və inkişafın göstəricisidir. 2025-ci ildə iqtisadi artım tempində müəyyən zəifləmələr müşahidə olunsa da bu, əsasən dünyada baş verən geosiyasi proseslər, Rusiya-Ukrayna müharibəsi, qlobal iqtisadi durğunluq, inflyasiyanın yüksəlməsi və digər amillərlə bağlıdır».

Azərbaycanın dünyaya inteqrasiyası, siyasi və iqtisadi mövqemizi möhkəmlətməklə yanaşı, əhalimizin rifah halının yüksəldilməsində önəmli əhəmiyyət kəsb edir. Təbii ki, belə bir sürətli inkişaf Azərbaycanın işıqlı gələcəyindən xəbər verir!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see346

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see277

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see217

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see213

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see209

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see206

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see195

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see192

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see184

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see182

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see176

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see174

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see174

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see171

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see169

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see169

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see167

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see164

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see163

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri