Azərbaycan, dünya azərbaycanlılarını birləşdirən güclü, qədim tarixi köklərə malik qüdrətli dövlət! MƏQALƏ
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Artıq uzun illərdir ki, Azərbaycan xalqı 31 dekabr tarixini sadəcə köhnə ilin son günü kimi deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edir. Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi və ictimai xadim, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi məqam kimi xarakterizə olunur. Məhz Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar çıxardı. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil, Qalib Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara, Milli mənəvi dəyərlərə söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.
Böyük fəxarət hissi ilə demək olar ki, bütün dünyada tanınan, günü-gündən iqtisadi-sosial, siyasi dayaqlarını möhkəmləndirən Qalib Azərbaycan bu gün bütün azərbaycanlıların ən böyük güvənc, güc mərkəzinə çevrilərək, Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya capında öz layiqli yerini tutmaqdadır !
YAP Qubadlı rayon təşkilatının sədri
Təhmasib Rüstəmov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















