Icma.az
close
up
RU
Azərbaycan dünya startap reytinqində irəlilədi

Azərbaycan dünya startap reytinqində irəlilədi

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, Global StartupBlink qurumu 2025-ci il üçün növbəti hesabatını açıqlayıb.

Reytinqə əsasən, startap ekosistemin inkişafı sahəsində Azərbaycan 6 pillə irəliləyərək 100 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 47 pillə irəliləyib. Bakı şəhəri həm də Mərkəzi Asiyada ən yüksək artım tempi göstərib - e- commerce, edtech sahələrdə startapların inkişafına görə öndədir.

O.Gündüzün sözlərinə görə, ötən il əvvəlki illə müqayisədə Azərbaycan cəmi 4 pillə irəliləmişdi. Reytinqi tərtib edənlər sektorda ötən ildə 24.5% dinamika olduğunu qeyd ediblər.

Mütəxəssis xatırladıb ki, 2021-ci ildə ölkəmiz bu reytinqdə 19 pillə geriləmişdi.

Reytinqdən görünür ki, Gürcüstan, Ermənistan, Ukrayna və Qazaxıstan bizdən xeyli irəlidədir:

ABŞ
İsrail
Estoniya
Rusiya
Türkiyə
Ukrayna
Ermənistan
Qazaxıstan
Gürcüstan
Azərbaycan
Belarus


Azərbaycanda son 6 ildə dinamika belə olub :

2020-ci il - 70-ci yer
2021-ci il - 19 pillə geriləyib, 89-cu yer
2022-ci il - 4 pillə irəliləyib, 85 -ci yer
2023-cü il - 1 pillə irəliləyib , 84-cü yer
2024 -cü il - 4 pillə irəliləyib, 80-ci yer
2025-ci il - 6 pillə irərliləyib 74-cü yer

O.Gündüz nəzərə çatdırıb ki, uzun illər StartupBlink qurumu ilə Azərbaycan tərəfdən ASAN partnyorluq edib. Lakin bu il açıqlanan məlumatdan görünür ki, artıq StratupBlink şirkətinin Azərbaycan üzrə partnyoru RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir:

“Yəni bu o deməkdir ki, ölkə üzrə ekosistem məlumatlarını bu şirkətə İRİA təqdim edəcək. Güman ki, bu il məlumatlar birgə təqdim edilib. Şübhəsiz ki, ötən il sektora cavabdeh olan İRİA, KOBİA və ASAN tərəfindən müəyyən addımlar atılıb. Xüsusən də, İRİA tərəfindən bəzi əhəmiyyətli addımlar daha çox gözə çarpıb. Bakıda Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb, bəzi bölgələrdə də bu istiqamətdə addımlar atılır. Qanunvericiliklə bağlı, xüsusən də İRİA üçün ekosistemin inkişafına yönəlik maliyyə vəsaitlərindən istifadə ilə bağlı Qaydalar Prezident tərəfindən təsdiqlənib. SABAH.HUB-ın aktivliyi də diqqət cəlb edib. Startap şəhadətnaməsi alan subyektlərin sayı da xeyli artıb. Amma görünən odur ki, ciddi problemlər qalmaqdadır. Xüsusən də investisiya əlçatanlığı, ilkin inkişaf dövrü keçirən startaplara dəstək, vençur qanunvericiliyin qəbul edilməməsi, universitetlərdə startap və innovasiyaların inkişafına dəstək və s. istiqamətlərdə problemlər var.

Düşünürəm ki daha böyük resurslara sahib olan, ekosistemin əsas cavabdeh qurumu olan İRİA əvvəllər olduğu kimi bəsit tədbirlərə və səmərəsiz xarici səfərlərə deyil, real və fayda verən işlərə fokuslanmalıdır.


StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.


Beləliklə, Azərbaycanın reytinqdə 6 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz”.

    
Firuzə Əliyeva
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri