Icma.az
close
up
RU
Azərbaycan dünyaya nümunə göstərir

Azərbaycan dünyaya nümunə göstərir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uğurlu inkişaf modelinə malik olan Azərbaycanın multiregional xarici siyasət kursunda beynəlxalq təşkilatlarda fəal təmsilçilik istiqaməti xüsusi yer tutur. Prezident İlham Əliyev bugünlərdə ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda beyin mərkəzlərinin təmsilçilərinin suallarını cavablandırarkən hazırda respublikamızın müxtəlif coğrafiyaları və siyasi-iqtisadi qütbləri təmsil edən bir sıra nüfuzlu təsisatlarla əməkdaşlığının kifayət qədər yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. 

Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarla münasibətləri bir qayda olaraq qarşılıqlı maraqlara əsaslanır. Məlumdur ki, bəzi dövlətlər sırf öz maraqlarının təmin edilməsi naminə beynəlxalq təsisatların sıralarına daxil olurlar. Azərbaycan isə tamam fərqli bir nümunə ortaya qoyur. Belə ki, respublikamız geniş imkanlarını təqdim etməklə üzv olduğu təşkilatların nüfuzunun artmasına, qlobal həmrəyliyin güclənməsinə davamlı töhfələr verir.

QH-na məsuliyyətli sədrlik

Sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı ilə genişlənən əməkdaşlıq Azərbaycanın beynəlxalq təsisatlarda fəal iştirakçılığına əyani nümunədir.  Prezident İlham Əliyev forumda ölkəmizin Qoşulmama Hərəkatında (QH) yaxşı irs qoyduğuna xüsusi diqqət çəkib. Qeyd edək ki, Azərbaycan QH-nın sıralarında nisbətən yeni təmsil olunan ölkədir. Respublikamız təşkilata 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ölkəmizin beynəlxalq təsisata sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu etimada qarşılıq verərək müraciəti qəbul edib. Qısa müddətdə QH-da Azərbaycana belə yüksək inamın formalaşması isə heç də təsadüfi deyil, bu, bilavasitə ölkəmizin təsisatla xoş mərama əsaslanan səmərəli əməkdaşlıq münasibətləri qurmasının nəticəsidir.

Azərbaycan həmçinin Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə 200-dən çox ölkəyə yayılan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini yeni çağırışlara adekvat qurmaq məcburiyyətində qaldı. Respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb. Məhz Azərbaycanın təklifi əsasında 4 may 2020-ci ildə QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi və Xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi. “Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Biz 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdik. Yeri gəlmişkən, COVID-19 dövründə istifadə olunan məlumat bazasını biz yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi. Azərbaycanın sədrliyindən qalmış növbəti miras “Troyka” formatının təsis edilməsi idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurlu nəticələri

Azərbaycanın mühüm qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrdən biri də ötən ilin noyabr ayında BMT-nin əsas iqlim konfransına - COP29-a uğurla ev sahibliyi etməsi oldu. Ölkəmizin tədbirə hazırlaşması üçün bir ildən də az vaxtı var idi.  Ancaq məsuliyyətli və güclü dövlət olan Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar görərək nümunəvi bir iqlim konfransı keçirməyə nail oldu. Burada da ölkəmizin bədxahları pozuculuq əməllərinə əl atdılar. Məsələn, Fransa kimi ölkələr tədbiri boykot etməyə çalışdılar. Ancaq alınmadı.

COP29 əla səviyyədə təşkil olundu, təxminən 80 min qonaq və 70 dövlət başçısı tədbirə qatıldı. Bu, özlüyündə Azərbaycanın gücünü və ölkəmizə olan beynəlxalq inamı əks etdirir. Tədbir çərçivəsində əldə olunan uğurlar unikaldır. Uğurlu nəticələrdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “COP-un nəticələrinə gəldikdə, - baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, - biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı. Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq”.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Aprel 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri