Icma.az
close
up
RU
Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların təsir imknları və onlardan qorunma mexanizmi

Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların təsir imknları və onlardan qorunma mexanizmi

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərbin donor institutları “layihə icrası” adı ilə rəsmi strukturlara da sıza biliblər.

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, donor tərəflə imzaladığı qrant müqaviləsini əvvəlcə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, hüquqi prosedurları tamamladıqdan sonra icrasına başlanmalıdı. Bəziləri qanundan yayınıb, layihələrin qeyri-leqal formada realizə olunmasını məqbul sayılar.

Bəzi şəxsləri qrant layihələrinin qeyri-leqal icrasına sövq edən nədir? Media qurumlarında yayılmış məlumatlardan aydın olur ki, belə şəxslər aldıqları qrant vəsaitlərinin qarşılığında seçkilər dönəmində, insan haqları, məhkəmə-hüquq sahəsində yalançı məlumatlar verməklə təxribatlar törətmək öhdəliyi götürürlər.

“Seçki pozuntuları” üzrə qondarma səhnələr yaratmaq, bu səhnələr üzərində videoçəkilişlər aparıb yaymaq, beləliklə, seçkinin demokratik keçirildiyini şübhəyə salmaq üçün planlar qururlar. Bu məqsədlə “seçki müşahidəçiləri”nin təşkilatlandırılması və təlimatlandırılması qərara alınır. Planın icrası üçün qeyd edilən donorlar tərəfindən yüksək məbləğdə qrantlar ayrılır. Qısa ifadə etsək, bu layihələrin təkcə icra forması deyil, həm də məzmunu qanunsuzluğu ehtiva edir. Motivi təxribat xarakterlidir. Bu baxımdan onların qeyri-leqal formada icrası məqbul hesab edilir. Bəzi xarici donorlar partnyor təşkilatları qanunsuz hərəkətlərə necə sövq edirlər?

Donor təşkilatlar maliyyələşdirdikləri şəxsləri və qurumlrı prezident və ya parlament seçkiləri prosesində nəticələrin neqativ dəyərləndirilməsini, bu yöndə açıqlama yayılmasını istəyir.

Göründüyü kimi, belə davranışlar nəinki hüquq normalarını pozur, həm də əxlaqi dəyərləri əzib keçir. İnsanları maddi baxımdan şirnikləşdirərək, qanunsuz, xəyanətkar əməllərin icraçısına çevirir. Sonradan bu davranışlar inkişaf etdirilərək, dövlətə, millətə qarşı xəyanətə çevrilir. İnsanları xəyanətə, cinayətə sövq etmək bu tip institutları iş prinsipidir, mahiyyətidir.

Belə təsisatlardan biri Milli Demokratiya İnstitutu ABŞ Demokratlar Partiyasını təmsil edən institutdur. Bu baxımdan USAİD-lə yaxındır. Son proseslərdən aydın olur ki, USAİD - ABŞ Beynəlxalq İnkişaf Agentliyidə Demokratlar Partiyasının təsir dairəsində olub. Baxmayaraq ki, onun statusu, missiyası daha böyükdür. Amma bu təşkilat zaman-zaman Azərbaycan qarşı bəzi dairələri maraqlarının icraçısına çevrilib. Korrupsiya, mənimsəmə, qanunsuz fəaliyyətlərin maliyyələşdirilməsi kimi əməllərə baş qoşub.

Barəsində yayılmış qalmaqallı, ittiham xarakterli məlumatlar təsdiqlənəndən sonra ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Azərbaycan ofisi 2014-cü ildə bağlanıb. Ofisin rəhbəri Aleks Qriqorevsin Bakıda iğtişaşlar törətmək üçün 2 milyon dollar vəsait ayırması yönündə informasiyalar sübuta yetirildikdən sonra bu institut Azərbaycandan ümumiyyətlə çıxarılıb. NDİ-nin ofisi bağlansa da, onun “missiyası” digər donorlar, əsasən, USAİD tərəfindən davam etdirilib.

İş üslubu, davranış normaları sübut edir ki, USAID də NDİ kimi Demokratlar Partiyasının siyasətini təlqin edir. Fəaliyyət göstərdiyi ölkələrdə zahirən demokratik inkişafı təşviq edir. Reallıqda isə Demokratlar Partiyasının diktəsinə uyan milli auditoriya formalaşdırır. Kosmopolit düşüncəli, əxlaq normalarından uzaq, öz ölkəsinə xəyanət edən gənclərin yetişdirilməsi üçün vəsaitlər xərcləyir.

USAİD və yandaş “donorlar” Azərbaycanda ictimai-siyasi sektorun ən müxtəlif istiqamətləri üzrə təsir agentləri yerləşdirə biliblər. Seçki, siyasi həyat, sosial araşdırmalar, təhsil, media, insan haqları və digər istiqamətlər üzrə QHT, Fond, Mərkəz, media subyektlərini təsir dairəsinə alıblar. Məlumat üçün qeyd edək ki, 1991-2000-cı illər aralığında adı çəkilən “donorlar” ölkəmizdə əsasən “radikal müxalifət” partiyalarının ətrafında olan QHT-lər, media subyektləri və jurnalistlərlə iş qurublar. Bəzi siyasi partiyaların orbitində olan QHT, KİV və jurnalistləri əməkdaşlığa cəlb ediblər. Amma sonradan bu strukturda dəyişiklik edilib. “Radikal müxalifət” partiyaları ictimai nüfuzunu itirib iflasa uğrayandan sonra birbaşa Qərb mərkəzlərinə bağlı olan “müstəqil” QHT və media subyektlərinin formalaşdırılmasına start verilib.

Sayları kifayət qədər çox olan bu təşkilatlardan hər biri öz istiqaməti üzrə “monitorinqlər keçirmək”, “hesabatlar hazırlamaq”, “təkliflər vermək” istiqamətində fəaliyyət göstəriblər. Amma bu, işin görünən tərəfidir. Aldıqları “qrant” qarşılığında öhdəlikləri bu olub ki, Azərbaycanda yalnız neqativ görünən faktları toplayıb qabartsınlar, fakt tapılmayanda, onu uydursunlar, qondarma faktlar əsasında hesabatlar hazırlayıb yaysınlar. Beynəlxalq reytinq təşkilatlarının hesabatlarında Azərbaycanın adının neqativ fonda görünməsini təmin etsinlər.

Təsadüfi deyil ki, COP29 ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları başladılanda yenidən qondarma siyahılar ortaya atıldı və onlara istinad edildi. Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti bu qondarma faktlara istinad edərək qətnamələr qəbul etdilər.

Zahirən susqun, donmuş görünən, amma USAİD və yandaş “donorlar”dan aldığı qrant vəsaitləri ilə qeyri-leqal fəaliyyət göstərən təşkilatların sayı çoxdur, 10-larladır. Hər birinin adını çəkmək qeyri-mümkündür. Bu QHT və KİV-lər zəruri anda aktivləşdirilir, yerli və beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmağa çalışır, beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qətnamələr qəbul etməsi üçün zəmin hazırlayırlar. Hətta, Ermənistandakı “həmkarları” ilə müştərək çıxış edərək, Azərbaycan əleyhinə birgə kampaniyalar keçirirlər. Saxta “sülhsevərlər”, “no war” kampaniyasının iştirakçıları bu sahədə bəs qədər nümunə yaradıblar.

Qərb “donor institutları” rəsmi qurumlara necə təsir edirlər? Problem odur ki, xarici donorlar qeyri-leqal mövzular üzrə layihələrini təkcə qeydiyyatsız formada və yalnız QHT və KİV-lər vasitəsilə icra etmirlər. Bu layihələr sırasında qeydiyyata alınanlar, rəsmi qurumların iştirakı ilə reallaşdırılanlar da vardır. Bu baxımdan, USAİD və yandaşlarının rəsmi qurumlara da sızması barədə faktlar mövcuddur. Azərbaycan KİV-ləri dövri olaraq bu kontekstdə araşdırmalar dərc ediblər.

Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışması barədə də məlumatlar var.

Müşahidələr göstərir ki, Qərb donorları rəsmi çevrələrə nüfuz etmək üçün daha çox 2 metoddan yararlanırlar. Birinci istiqamət odur ki, xarici donorlar dövlətin strateji hədəflərinə qarşı yönəlmiş layihələrini fərqli adlar altında qeydiyyata aldırırlar. Modern trendlərə uyğunlaşdırılmış mövzulardan, yeni terminlərdən, qarışıq ifadələrdən istifadə edərək, layihənin mahiyyətini, əsl hədəfini gizlədə bilirlər. Zahirən cəlbedici görünən bu layihələri dövlət qeydiyyatına aldıra bilirlər. Beləliklə, sərbəst hərəkət imkanı qazanırlar. Layihənin zahiri prioritetləri üzrə bir neçə tədbir keçirib diqqəti yayındırdıqdan sonra, özlərinin gerçək məqsədləri yönündə işə başlayırlar.

İkinci istiqamət isə daha təhlükəlidir. Layihənin maliyyəsi üzrə “partnyor münasibətlər” qurduqları üçün neqativlərə loyal münasibət bəsləyirlər.

USAID və bu tipli təşkilatlar dünyada inkişafı deyil, xaosu stimullaşdırır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID təqribən 50 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük “yardım” təşkilatıdır. Amma təcrübə göstərir ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar yardımlarla, demokratik inkişafı ehtiva edən proqramlarla deyil, yaratdığı xaos və dağıntılarla yadda qalır. İşlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, hakimiyyət çevrilişlərinə dəstək göstərməsi ilə məşhurdur.

O, Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarının icraçısı rolunda çıxış edir. ABŞ-ın hədəfində olan ölkələrdə fəlakətlər törədir. Afrika, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 il müddətində gerçəkləşdirilən inqilabi proseslərdə, xaosun, qarşıdurmaların artmasında USAID-in iştirakı görünür. Agentlik ayrı-ayrı dövlətlərdə vətəndaş cəmiyyəti institutlarını “qrant vermək” adı ilə ələ alır. Onları maddi vəsaitlə şirnikləşdirir, əvəzində legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlıq göstərməyə sövq edir.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai birliyinin həyata keçirdiyi "Xarici təsirlər milli təhlükəsizlik problemi kimi" adlı layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri