Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Məktəbdənkənar təhsilin sosial və akademik əhəmiyyəti: Azərbaycan təcrübəsi

Məktəbdənkənar təhsilin sosial və akademik əhəmiyyəti: Azərbaycan təcrübəsi

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev: ”Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”.

Hər bir uşağın şəxsiyyət kimi formalaşmasında dövlətin milli təhsil sistemi böyük rol oynayır. “Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır”- deyən Ulu Öndər uşaq və gənclərimizin milli və ümumbəşəri dəyərlər əsasında formalaşdırılmasını, dövlətçilik ideyalarına sədaqət, vətənə, torpağa məhəbbət ruhunda tərbiyəsini daim ön plana çəkirdi.

Bəli, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi yalnız bilik və bacarıqların ötürülməsi deyil, həm də şagirdlərin hərtərəfli inkişafına şərait yaratmaqla Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Təhsilin məqsədi təhsilalanlarda elm, bilik və bacarıqların, mədəniyyətin formalaşması, onun əməyə hazırlanması ilə müəyyən olunur. Ən ali məqsəd isə şəxsiyyətin individual yaradıcı potensialının üzə çıxarılmasıdır. Ona görə də son zamanlar məktəblər təlim və tədrislə yanaşı şəxsiyyəti formalaşdıra bilən tərbiyəyə, yeni dövrün tələblərinə cavab verən ekzistensional dəyərlərə üstünlük verir. Lakin burada tərbiyə anlayışı altında elə şərtlərin yaranması nəzərdə tutulur ki, təhsilalanın şəxsiyyətinin üstünlük və bacarıqlarını açmağa yardım etməklə fərdin inkişafına xidmət göstərsin. Qeyd edilən individual üstünlük və bacarıqların üzə çıxarılması mürəkkəb və çoxşaxəlidir. Təhsildə məqsədlərə nail olmaq, müvəffəqiyyət əldə etmək, təhsil prosesinin vəziyyətini və effektivliyini artırmaq üçün digər amillərdən də geniş istifadə olunmalıdır. Təhsilin başlıca məqsədlərindən biri olan keyfiyyətin yüksəldilməsi şagirdlərdə həyati bacarıqların inkişaf etdirilməsini, səriştəliliyin səmərəli təşkilini təmin edən tədris prosesinin kompleks xarakteristikası kimi məktəbdənkənar fəaliyyətlərə xüsusi diqqət ayrılmalıdır.

Məktəbdənkənar fəaliyyətlər, xüsusilə uşaq-gənclər inkişaf mərkəzləri formal təhsil sistemini tamamlayaraq, fərdi və sosial inkişaf üçün vacib bir platforma yaradır. Dünyada təhsil islahatları göstərir ki, məktəbdənkənar təhsil formaları şagirdlərin akademik göstəricilərinə müsbət təsir göstərir və onların yaradıcı potensialını artırır. Aparılan tədqiqatlar sübut edir ki, məktəbdənkənar fəaliyyətlərdə iştirak edən şagirdlərin akademik göstəriciləri daha yüksək olur. Bu fəaliyyətlər tənqidi təfəkkürü inkişaf etdirir, liderlik bacarıqlarını formalaşdırır və şagirdlərdə məsuliyyət hissini artırır. Bundan əlavə, şagirdlərin özünəinam səviyyəsi yüksəlir və onlar sosial adaptasiya prosesinə daha uğurla qoşulurlar. Məktəbdənkənar fəaliyyətlər zərərli vərdişlərdən uzaq qalmaq üçün də effektiv vasitədir.

Azərbaycanda məktəbdənkənar təhsil və inkişaf mərkəzləri: Azərbaycan Respublikasının "Təhsil Haqqında" Qanununun 30-cu maddəsinə əsasən, məktəbdənkənar təhsil şagirdlərin maraq və bacarıqlarına uyğun bilik və vərdişlər əldə etməsinə xidmət edir.

Ümummilli lider Heydər Əliyev təhsilin milli inkişafın əsas amillərindən biri olduğunu xüsusi vurğulayaraq demişdir: "Təhsil hər bir xalqın, hər bir millətin gələcəyini müəyyənləşdirən ən vacib sahədir". Onun rəhbərliyi ilə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində məktəbdənkənar təhsil formalarının inkişafına böyük diqqət yetirilmişdir. O, eyni zamanda məktəbdənkənar fəaliyyətlərin gənc nəslin formalaşması üçün əhəmiyyətini vurğulamaq üçün çıxışlarının birində məktəb illərində şahmat, şaşki, dram dərnəyi və digər dərnəklərdə iştirak etməsindən danışmışdı. Bu da qeyd edilən fəaliyyətlərin bir insanın hərtərəfli formalaşmasında önəminin bariz nümunəsidir.

Uşaq-gənclər inkişaf mərkəzlərinin təhsilə töhfəsi: Azərbaycanda uşaq-gənclər inkişaf mərkəzlərinin fəaliyyəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə həyata keçirilən islahatlar çərçivəsində yaradılmış bu mərkəzlər şagirdlərə idman, incəsənət, texnologiya və elm sahələrində inkişaf etmək imkanı verir. Bakı şəhərində fəaliyyət göstərən bu mərkəzlər beynəlxalq təcrübəyə uyğun şəkildə formalaşdırılmışdır və burada şagirdlərə müasir texnologiyalardan istifadə etmək, tədqiqat aparmaq, müxtəlif intellektual yerli, həmçinin beynəlxalq yarışlarda iştirak etmək imkanları təqdim edilir.

Bu mərkəzlərdə keçirilən təlim və tədbirlər təkcə akademik biliklərin dərinləşməsinə deyil, həm də şagirdlərin psixoloji, emosional və sosial inkişafına xidmət edir. Mərkəzlərdə yaradıcı fəaliyyətlər, komanda işləri və fərdi layihələr şagirdlərin öz bacarıqlarını kəşf etməsinə şərait yaradır. Təcrübələr göstərir ki, bu cür mərkəzlərdə iştirak edən uşaqların ünsiyyət bacarıqları, qərarvermə qabiliyyətləri və tədqiqat aparmaq bacarıqları daha güclü olur.

Məktəbdənkənar fəaliyyətlər və uşaq-gənclər inkişaf mərkəzləri təhsil sisteminin ayrılmaz tərkib hissəsi olaraq, şagirdlərin hərtərəfli inkişafını təmin edir. Azərbaycanda bu istiqamətdə aparılan islahatlar uğurlu nəticələr vermiş və bu sahədə əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə də təqdir edilmişdir. Bakı şəhərində fəaliyyət göstərən mərkəzlər xüsusi vurğulanmalı və bu təcrübə daha da genişləndirilməlidir. Belə fəaliyyətlərin genişləndirilməsi gələcək nəsillərin daha bacarıqlı və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına şərait yaradır. Məktəbdənkənar təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün mütəmadi olaraq yeni proqramların tətbiqi, innovativ metodların istifadəsi və beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu istiqamətdə dövlət qurumları, qeyri-hökumət təşkilatları və məktəblər birgə işləməli, şagirdlərin fərdi inkişafını dəstəkləyən layihələr hazırlanmalıdır. Sözügedən addımlar məktəbdənkənar təhsilin cəlb ediciliyini artıracaq və onun təhsil sistemindəki rolunu daha da möhkəmləndirəcək. Beləliklə, gələcək nəsillər öz potensiallarını tam reallaşdıra biləcək, cəmiyyətə daha faydalı vətəndaşlar kimi formalaşacaqlar. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev deyirdi ki, “ Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik işində yaşayan Azərbaycanın böyük binasını qurursunuz. Uşaqlar bizim gələcəyimizdir!”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri

Günay Qurbanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri