Icma.az
close
up
RU
Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var

Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var. SİA-nın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq:

“Dürüst insan başqasının əməyini oğurlayıb öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir. Elm sahəsində dövlət tərəfindən həqiqətən də bir neçə vacib addımlar atılıb. Hazırda xaricdə 280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetində doktorantura təhsili alır. Hər il 500 gənc xaricdə təhsilə göndərilir: “Bu il 20 faizə qədər gəncin doktorantura təhsili üçün xaricə göndərilməsi maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq”.

E.Əmrullayev həmçinin vurğulayıb ki, yaxın gələcəkdə doktoranturaya qəbul planında müəyyən korreksiyalar edilməsi planlaşdırılır:

“Doktoranturada oxuyanların 10 faizi bu təhsilə başlayıb sonda elmi dərəcə alıb. Buna görə də bu məsələ iki tərəfdən tənzimlənməlidir. Bir tərəfdən, saylara bir daha baxmalıyıq. Bütün ali təhsil müəssisələrində doktorantura proqramı olmalıdır deyə bir reallıq yoxdur. Əgər müəssisə 10 doktorantura hazırlayırsa, onlardan 1-i təhsili yekunlaşdıraraq elmi dərəcə alırsa, burada müəssisənin də rolu var. Bu rəqəm 10-da birdən azdırsa, artıq nazirlikdən incimək lazım deyil. Biz bu istiqaməti düzgün sayırıq. 10 nəfərdən 1-i elmi dərəcə almırsa, düzgün yol budur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri