Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda növbəti dəfə uğurlu təqdimatını etdi. Burada həm tariximiz, həm bu gün qarşımızda duran məsələlər, həm də iqtisadi inkişaf perspektivlərimiz çox aydın göstərildi. Ölkəmizin başçısı öz nitqində faktlar və rəqəmlər səsləndirməklə bir dövlət xadimi kimi Azərbaycanın iqtisadiyyatı barədə məlumatlı olduğunu, əsas prioritetləri düzgün müəyyənləşdirdiyini bir daha sübut etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün ən uğurlu inkişaf modelini seçib. Bu, ölkənin inkişafında təkcə neft-qaz resurslarına söykənmək deyil, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yaşıl enerjidən geniş istifadə olunması, logistik imkanlara böyük diqqət yetirilməsi, həmçinin valyuta ehtiyatlarımızdan uğurla istifadə edilməsidir.
“Forum iştirakçıları Azərbaycan liderinin bu məsələlərlə bağlı aydın proqramının olduğunu və bu proqramın necə uğurla həyata keçirildiyi barədə geniş məlumat əldə etdilər. Görünən odur ki, Azərbaycan qeyri-neft sektorunu uğurla inkişaf etdirir. Regionların inkişafı böyük əhəmiyyət daşıyır. Logistika və nəqliyyat məsələləri diqqətdə saxlanılır”, - deyə deputat əlavə edib.
Hazırkı logistika reallığının günün tələblərinə cavab verdiyini deyən A.Mirzəzadə bildirib ki, bununla belə, Azərbaycan gələcəyə istiqamətlənirsə, mütləq yeniliklərə üstünlük verməli, özünün logistika resurslarını genişləndirməlidir. Aeroportların və dəniz limanlarının inkişafına böyük diqqət yetirilməsi, dəmiryol parkının yenilənməsi bu sahədə görülən işlər sırasındadır.
“Son 20 ildə Azərbaycana 350 milyard dollar investisiya yönəldilib ki, bu da təxminən Azərbaycanın valyuta ehtiyatlarından 4 dəfə, illik büdcəsindən isə 14 dəfə böyükdür. Forum iştirakçıları Azərbaycanın investisiya mühitinin olduqca əlverişli olduğunu gördülər. Təsadüfi deyil ki, forum çərçivəsində ümumi həcmi 11 milyard ABŞ dollarına bərabər olan 30-a yaxın sənəd imzalandı. Şübhəsiz ki, bütün bunlar da Azərbaycanın inkişafı, dünya iqtisadiyyatına uğurlu inteqrasiyası deməkdir və bu praktika bundan sonra da davam edəcək”, - deyə o fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















