Icma.az
close
up
RU
Azərbaycan enerji daşıyıcıları məsələsində də çox etibarlı tərəfdaşdır

Azərbaycan enerji daşıyıcıları məsələsində də çox etibarlı tərəfdaşdır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u çox mühüm tədbirdir. Azərbaycanda ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib və bundan qısa müddət sonra “Əsrin müqaviləsi” sazişi imzalanıb. Bu baxımdan sərginin 30 illiyinin keçirilməsi böyük hadisədir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında deputat Asim Mollazadə deyib.
Onun sözlərinə görə, bu sərgidə Azərbaycan dövləti faktiki olaraq enerji sahəsində aparılan işləri, enerji təhlükəsizliyinin önəm və əhəmiyyətini qeyd edir.
A. Mollazadə xatırladıb ki, bu sərgi Azərbaycanda 30 ildir keçirilir və burada çoxsaylı qonaq, mütəxəssis, şirkət rəhbəri iştirak edir: “Bu sərgi ilk dəfə keçirilən zaman çoxları inanmırdı ki, davamlı proses halını alacaq. Bəli, bunu həyata keçirmək heç də asan məsələ deyildi. Ancaq Azərbaycan dövlətinin düzgün siyasəti nəticəsində bu gün biz uğurlu bir mövzudan bəhs edirik. Bəli, indi hər kəs görür ki, Azərbaycan enerji daşıyıcıları sahəsində də çox etibarlı və inamlı tərəfdaşdır, imza atdığı layihələrə inamla yanaşır, onu həyata keçirir. Yəni Azərbaycan bu sahədə də tərəfdaşlarına stabil olduğunu nümayiş etdirir”.
Müsahibimiz əlavə edib ki, Azərbaycan enerji siyasətini və strategiyasını bu tədbir vasitəsilə təqdim edir: “Qısası, Azərbaycanın son 30 ildə enerji strategiyasındakı naliyyətlər bu sərgilərdə nümayiş etdirilir. Sərgilər bu baxımdan da nümunəvidir. İndi sərginin 30 illiyinin keçirilməsi Azərbaycanın enerji sahəsində böyük bir yol keçdiyini göstərir”.
A. Mollazadə qeyd edib ki, indi bu kimi mühüm sərgilərdə Azərbaycan həm də Yaşıl Enerji siyasətini və strategiyasını təqdim edir: “Qrabağda bu istiqamətdə böyük işlər görülür, bu ərazi Yaşıl Enerji imkanlarından bəhrələnir. Hesab edirəm ki, biz Yaşıl Enerjiyə keçidlə bağlı dünyaya yeni və uğurlu nümunələr təqdim edəcəyik”.
Milli Məclis üzvü diqqəti həm də 1994-cü ildə ilk dəfə keçirilən Beynəlxalq Neft Qaz Sərgisindən qısa müddət sonra imzalanan “Əsrin müqaviləsi” sazişi və onun nəticələrinə çəkib, bunun bölgədə geoiqtisadi və geostrateji dəyişikliklərə səbəb olduğunu bildirib.
A. Mollazadə deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük siyasət həyata keçirməklə enerji resurslarını dünya ilə bölüşüb və bu uzaqgörən siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb: “Azərbaycan enerji daşıyıcıları ilə əlaqədar düzgün siyasət həyata keçirdi. Bunun nəticəsində ölkəmizin iqtisadiyyatı gücləndi, durğunluq mərhələsindən çıxarıldı, inkişaf etdi. Bu imkandan istifadə edən ağıllı dövlət siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri modernləşdirildi, ən müasir silahlarla təmin edildi. Nəticədə Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etdi, Qarabağ işğaldan azad olundu. Bunun baş verməsində Azərbaycan dövlətinin apardığı düzgün enerji siyasətinin müstəsna rolu var”.

Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 İyun 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri