Icma.az
close
up
RU
Azərbaycan Avropa İttifaqı ilə etibarlı tərəfdaşlığını uğurla davam etdirəcək ŞƏRH

Azərbaycan Avropa İttifaqı ilə etibarlı tərəfdaşlığını uğurla davam etdirəcək ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

XX əsrin sonlarında müstəqilliyinə təkrar qovuşmuş müasir Azərbaycan Respublikası bütün dünya dövlətləri tərəfindən tanındıqdan sonra, Azərbaycan xalqına aid olan təbii sərvətlərin düzgün idarə olunmasını və bölgüsünü şəffaf apararaq, dövlət maraqlarını təmin etməklə yanaşı, hər bir iddialı tərəfin maraqlarının təmin olunmasına çalışıb. Müstəqilliyinin ilk dövründə Azərbaycanda demokratik üsul idarəçiliyinin və dövlətçilik ənənələrinin multikultural dəyərlər əsasında formalaşdırılması siyasəti qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün etibarlı zəmin yaratdı.

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi” o zaman dünyanın və regionun gələcək inkişafında bütün tərəflərin maraqlarını təmin etməklə bu günə qədər öz dayanıqlılığını qoruyub saxlayıb. “Əsrin müqaviləsi”nin icrası, eyni zamanda, Azərbaycan dövlətinin dünyada tanınmasına, nüfuzunun artmasına gətirib çıxarıb, eləcə də etibarlı tərəfdaşa çevirib. Məhz müstəqilliyimizin əsaslarından biri olan neft müqaviləsi iqtisadiyyatımızın inkişafında, İkinci Qarabağ - Vətən müharibəsində Zəfərimizin əldə edilməsində, suverenliyimizin təmin olunmasında mühüm maliyyə mənbəyinə çevrildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu xarici siyasətində enerji sahəsini prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildə Qərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrə çoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasi arxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslanan enerji siyasətinə sadiqliyi Avropa İttifaqının, eləcə də Avropa İttifaqına üzv dövlətlərin Azərbaycana marağını artırmaqdadır.

Bu gün Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. Eyni zamanda, dördüncü sənaye inqilabının çağırışlarından olan alternativ enerji mənblərinin müəyyən edilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerji siyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır.

Son illərdə ölkəmiz təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb. Belə ki, 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkəti əhatə edən, bir çox dövlətlərin enerji təhlükəsizliyi üçün əvəzolunmaz arteriyaya çevrilən, 3500 kilometrdən artıq uzanan Cənubi Qafqaz, TAP və TANAP qaz kəmərlərinin şaxələndirilməsi işinə töhfə verərək bu gün istehsal etdiyi qazı Avropa bazarına çatdırmağa nail olub.

Etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində iştirakı, xüsusilə layihə çərçivəsində iclasların məhz Bakı şəhərində keçirilməsi ilə bu gün öz uğur hekayəsini uğurla davam etdirir. Aprelin 4-də Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi, “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq”.

Deputat qeyd edib ki, Azərbaycanın təşəbbüsü və əzmkarlığı, eləcə də uzaqgörən siyasəti sayəsində 2015-ci ildə ərsəyə gələn Cənub Qaz Dəhlizi layihəsi bu gün Avropa qitəsinin qaz ehtiyaclarını qarşılayaraq, orada yerləşən ölkələrin enerji təhlükəzisliyinin qorunmasında əməli rol oynayır.

“Burada bir əsas məqam isə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin iştirakı ilə keçirilən builki iclasın Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya-Avropa İttifaqının birinci sammitinin başlaması ilə eyni vaxta təsadüf etməsidir. Belə ki, enerji təchizatı və təhlükəsizliyinin təmin olunmasında xüsusi əlaqələndirməni həyata keçirmək üçün resurslara malik Azərbaycan, eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq region ölkələrinin Aİ-yə inteqrasiyası işində böyük təcrübəyə sahibidir. Bu məcrada Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşılığı, yaradılmış mövcud logistik infrastruktur həmin ölkələrin Aİ ilə əlaqələrinin daha sürətli inkişafına dəstək olacaq.

Bir sözlə, bütün dünyada sülhün carçısı olan Cənub Qaz Dəhlizi layihəsi Avrasiyanın ən böyük infrastruktur layihələrindən biri olmaqla yanaşı, eyni zamanda, dəhliz üzərində yerləşən dövlətlərin xalqlarının iqtisadi, mədəni, siyasi əlaqələrinin genişlənməsinə və dünyada əmin-amanlığın, təhlükəsizliyin dayanıqlılığına öz töhfəsini verir”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri