Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yükdaşımalar artıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 620,1 min ton, yük dövriyyəsi isə 9905,5 milyon ton-km olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3% və 2,1% artım müşahidə olunub.
Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 6522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 7022,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 4552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 279,3 min ton təşkil edib.
“Yüklərin 11304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb”, - məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















