Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan ərəb dünyası: münasibətlərin yeni üfüqləri

Azərbaycan ərəb dünyası: münasibətlərin yeni üfüqləri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

2025-ci il 16 sentyabrda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə strateji dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevlə keçirilən görüş siyasi, iqtisadi və regional əməkdaşlığın gələcək konturlarını müəyyənləşdirərək tərəflərin strateji vizyonunu ortaya qoydu. Səfər Azərbaycan ilə ərəb dünyası arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını təsdiqləyir.

Azərbaycan–BƏƏ münasibətlərinin son illərdəki sürətli inkişafını şərtləndirən həm iqtisadi, həm də siyasi mahiyyətli amillər mövcuddur. Əvvəlcə onu qeyd edək ki, enerji əməkdaşlığı iki ölkə əlaqələrinin təməl daşı kimi çıxış edir. Azərbaycanın bərpaolunan enerji sahəsində ortaya qoyduğu iddialı gündəlik BƏƏ-nin strateji maraqları ilə üst-üstə düşür. Əbu-Dabi dünyanın ən iri “yaşıl” enerji investoru kimi çıxış edərkən, Bakı Cənubi Qafqazda bu sahədə regional mərkəzə çevrilmək niyyətindədir. Məhz bu çərçivədə “Masdar” kimi böyük şirkətlərin Azərbaycandakı layihələrə daxil olması iqtisadi və siyasi əhəmiyyət də daşıyır; mövcud amillər BƏƏ-nin regiondakı mövcudluğunu iqtisadi mexanizmlərlə gücləndirməsini təmin edir. Digər mühüm istiqamət nəqliyyat-logistika xəritəsidir. Azərbaycan Orta Dəhlizin əsas oyunçusuna çevrilərək, Avropa ilə Asiya arasında tranzit körpüsü rolunu möhkəmləndirir. BƏƏ isə bu dəhliz vasitəsilə Yaxın Şərqdən Avrasiya məkanına çıxış imkanlarını genişləndirir.

Liderlərin şəxsi münasibətləri Azərbaycan–BƏƏ əməkdaşlığının sürət və dərinliyini müəyyən edən əsas amildir. İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed arasındakı qarşılıqlı etimad yalnız diplomatik protokolların icrasını deyil, strateji layihələrin reallaşma mexanizmini də sürətləndirir. Qarşılıqlı etimad iqtisadi və infrastruktur təşəbbüslərinin risklərini azaltmaqla yanaşı, qərar qəbuletmə prosesinə elastiklik gətirir və iki ölkə arasında strateji koordinasiyanın möhkəmlənməsinə şərait yaradır.

Siyasi analitik baxımdan şəxsi etimad dövlətlərin birbaşa qarşılıqlı maraqlarını və geosiyasi prioritetlərini sintez edən amil kimi çıxış edir. Enerji, logistika və infrastruktur layihələrinin icrası, adətən, uzun danışıqlar və institusional prosedurlar tələb edir. Lakin liderlər arasında şəxsi münasibətlər bu mexanizmləri sürətləndirir, strateji qərarların operativ qəbuluna imkan verir və regiondakı güc balansına təsir edən riskləri minimuma endirir.

Azərbaycan–BƏƏ münasibətlərini yalnız ikitərəfli çərçivədə qiymətləndirmək kifayət deyil. Əslində, bu əlaqələrin inkişafı bütün ərəb dünyası ilə münasibətlərə yeni impuls verir. Bakı ilə Əbu-Dabi arasında formalaşan yaxınlıq artıq körfəzin digər paytaxtları üçün də siqnal xarakteri daşıyır: Azərbaycan etibarlı tərəfdaş, sabit siyasi kursa malik və regional güc balansında söz sahibi ölkədir. Əgər BƏƏ kimi nüfuzlu və iqtisadi cəhətdən güclü bir dövlət Bakını strateji əməkdaş kimi seçirsə, bu, digər ərəb dövlətləri üçün də presedent yaradır.

Bəs, Azərbaycanın ərəb dünyası ilə münasibətlərində BƏƏ amili katalizator rolunu oynayacaqmı? Cavab aydındır: artıq oynamaqdadır. Əbu-Dabinin Bakı ilə sıx əməkdaşlığı yalnız enerji və logistika ilə məhdudlaşmır, o, həm də siyasi dəstək platforması formalaşdırır. Məsələn, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında, ərəb dövlətləri ilə beynəlxalq tribunalarda bir çox məsələdə həmrəylik nümayiş etdirir. Qarabağ müharibəsi dövründə ərəb ölkələrinin bir qismi Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləmişdisə, indi bu dəstəyin ardınca konkret iqtisadi və strateji əməkdaşlıq paketləri gəlir.

Ərəb dünyasının Azərbaycana marağının artmasının digər səbəbi də budur ki, Bakı özünü yalnız Cənubi Qafqaz regionunun lideri kimi deyil, həm də Avrasiyanın tranzit qovşağı, enerji təminatçısı və iqlim diplomatiyasının yeni aktoru kimi təqdim edir. COP29-un Bakıda keçirilməsi, BƏƏ-nin COP28 təcrübəsi ilə yanaşı götürüldükdə, iqlim məsələlərində Azərbaycan–ərəb dünyası əməkdaşlığının simvolik və praktik əhəmiyyəti artır.

Bəs, Azərbaycan–BƏƏ münasibətləri regional geosiyasətdə hansı yeni imkanlar açır? Azərbaycan–BƏƏ əməkdaşlığının təkcə ikitərəfli iqtisadi layihələrlə məhdudlaşmadığı, əksinə, daha geniş geosiyasi düzəni formalaşdırdığı aydın görünür. Bu münasibətlər regionda yeni strateji xəritənin konturlarını müəyyən edir. Əvvəla, Azərbaycan Cənubi Qafqazda enerji, nəqliyyat və diplomatik platformaların mərkəz oyunçusuna çevrilib. BƏƏ isə öz növbəsində Yaxın Şərqin iqtisadi gücü və körfəz regionunda sabitlik sütunu kimi çıxış edir. İki ölkənin maraqlarının kəsişməsi Orta Dəhliz, Zəngəzur dəhlizi və Xəzər hövzəsində yeni geoiqtisadi imkanlar açır.

Maraqlıdır ki, Bakı ilə Əbu-Dabinin yaxınlaşması yalnız iqtisadi sferada qalacaq, yoxsa siyasi alyans elementlərinə də yol açılacaq? Görünən odur ki, perspektiv yalnız iqtisadi çərçivə ilə məhdudlaşmayacaq. Azərbaycan BƏƏ vasitəsilə ərəb dünyasına daha güclü inteqrasiya edir, eyni zamanda, körfəz kapitalının Cənubi Qafqaz və Mərkəzi Asiyada artan roluna vasitəçilik edir. Eyni zamanda, BƏƏ də Azərbaycan vasitəsilə Qafqaz və Orta Asiya bazarlarına çıxış əldə edir. Qarşılıqlı maraqlar regiondakı güc balansına yeni ölçü gətirir.

Regional geosiyasətdə bu əməkdaşlığın daha bir təsiri Türkiyə amili ilə bağlıdır. Bakı–Əbu-Dabi yaxınlaşması Türkiyə–Azərbaycan–BƏƏ üçbucağını daha da gücləndirə bilər. Üçlük həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik sahəsində regional sabitlik üçün yeni mexanizm formalaşdırmaq potensialına malikdir. Digər tərəfdən, Qərb üçün də bu əməkdaşlıq strateji maraq doğurur. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində əsas tərəfdaş rolunu oynayır, BƏƏ isə həm maliyyə, həm də enerji bazarlarında qlobal aktordur. Onların yaxınlaşması Avropa üçün yeni alternativlər yaradır. Mövcud amillər Bakıya həm Brüssel, həm də Vaşinqton qarşısında əlavə diplomatik alətlər verir.

Sonda onu da qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın 2025-ci il 16 sentyabr səfəri Azərbaycan–BƏƏ münasibətlərini yeni strateji mərhələyə çıxardı və bu əməkdaşlığın yalnız ikitərəfli deyil, həm də regional və qlobal miqyaslı təsirlər doğuracağı artıq aydındır. Biz Azərbaycanla ərəb dünyası arasında münasibətlərin yeni üfiqlərinin göründüyünü əminliklə söylyə bilərik. Enerji və yaşıl texnologiyalardan tutmuş logistika dəhlizlərinə, diplomatiyadan siyasi alyans elementlərinə qədər uzanan bu tərəfdaşlıq Cənubi Qafqazı və Yaxın Şərqi birləşdirən yeni strateji körpü formalaşdırır. Əlbəttə, bu proses risklərsiz deyil – regional rəqabət, enerji bazarındakı dəyişkənlik və qlobal güclərin maraqlarının toqquşması yeni çağırışlar yaradır. Lakin Azərbaycanın üstünlüyü ondadır ki, Bakı bu dinamikanı balanslaşdırılmış siyasətlə həm Körfəz, həm də Qərb üçün etibarlı tərəfdaşlıq platformasına çevirə bilir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri