Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Azərbaycan ərəbşünaslığında seçilən imza Elxan Əzizov yazır

Azərbaycan ərəbşünaslığında seçilən imza Elxan Əzizov yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elxan ƏZİZOV
Əməkdar müəllim, professor

Bu il Azərbaycan şərqşünaslığının müasir ərəb ədəbiyyatı və xüsusən, İraq poeziyasının öyrənilməsi sahəsində tanınmış simalarından biri olan filologiya elmləri doktoru, professor Vilayət Cəfərovun (15.05.1940-21.02.2021) 85 illik yubileyidir. O, sanballı tədqiqatçı, səriştəli tərcüməçi və yeni nəsil ərəbşünasların hazırlanmasında yetərincə xidmət göstərmiş bir şəxs kimi yadda qalıb.

Vilayət Cəfərov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuş, Puşkin adına Tovuz orta məktəbində təhsil almışdı. 1965-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirdikdən sonra 1965-1967-ci illərdə Yəməndə, 1978-1981-ci illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərib. 1967-ci ildə AMEA Yaxın və Orta Şərq xalqları (indiki akad. Z.M.Bünyadov adına Şərqşünaslıq) İnstitutunun ərəb ədəbiyyatı üzrə aspiranturasına daxil olub və 1971-ci ildə keçmiş SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını, 2003-cü ildə isə Bakıda doktorluq dissertasiyasını müdafiə edib. 2010-cu ildə professor elmi adı alıb, 2000-ci ildən Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinə rəhbərlik etməyə başlayıb.

Alim ərəb ədəbiyyatına dair 100-dən çox elmi məqalənin və 5 kitabın müəllifidir. Bakı, Gəncə, Moskva və Ankara şəhərlərində keçirilmiş beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib.

Vilayət müəllimin elmi yaradıcılığının əsas hissəsi XIX əsrin sonu, XX əsrin birinci yarısında İraq poeziyasının inkişaf yollarının tədqiqi ilə bağlıdır. Bu mövzu onun ilk kitablarında - "Cəmil Sidqi əz-Zəhavi" (Bakı, 1984) və "Müasir ərəb siyasi lirikası" (M.Qəmbərovla müştərək. Bakı, 1990) - müəyyən dərəcədə öz əksini tapmışdısa, 1998-ci ildə nəşr olunmuş "İraqda neoklassik poeziya" adlı monoqrafiyasında daha ətraflı və dərin şəkildə araşdırılmışdı.

Profesor V.Cəfərovun "Qürbətdə yaranan dostluq" (Bakı, 2005) kitabı Yaxın Şərqin iki məşhur şairi türk Nazim Hikmət (1902-1963) və ərəb Əbdül Vahab əl-Bayatinin (1926-1999) siyasi baxışlarına görə Moskvada mühacirətdə (1958-1963) olduqları zaman dostuqları və bu səmimi münasibətlərin yaradıcılıqlarında əksini tapmasına həsr edilib.

Nazim Hikmətin əl-Bayati haqqında rus dilində dərc etdirdiyi 2 məqaləsində yüksək rəy söyləməsi İraq ədiblərini qıcıqlandırmış və onlar hər iki şairi "Moskva cəsusları" adlandıraraq, milli köklərindən ayrılmaqda günahlandırmışdılar. Öz növbəsində əl-Bayati Nazim Hikməti sağlığında və vəfatından sonra çoxsaylı şeirlərində vəsf edərək, onu özünün müəllimi saydığını bildirmişdi.

2018-ci ildə V.Cəfərovun "İraq-Türkiyə poetik əlaqələri" əsəri işıq üzü gördü. Burada müəllif 1869-1872-ci illərdə İraqın islahatçı və sosial məsələlərin həllinə çalışan türk valisi Əhməd Midhət paşanın  "əz-Zourə" həftəlik qəzetini buraxdığını xüsusi qeyd edir. 8 səhifədən ibarət bu qəzetin yarısı türk, yarısı da ərəb dilində idi. O, 1917-ci ildə ingilislərin İraqı zəbt etməsinə qədər fasiləsiz Bağdadda çap olunmuşdur. Qəzetdə müxtəlif məlumatlarla yanaşı, nəzm və nəsr nümunələri də yer alırdı. Apardığı islahatlarla barışmayan şər qüvvələri Midhət paşa haqqında İstanbula çoxsaylı yalan dolu məlumatlar göndərərək, onun geri çağırılmasına nail olurlar. Lakin bir müddət sonra Midhət paşa sultanla görüşüb, hər şeyi izah edir və nəticədə yeni Baş nazir təyin edilir. Bağdad isə birbaşa İstanbulun tabeçiliyinə keçir və İraq XIX əsrin son otuz ilində ağır məhrumiyyətlərə məruz qalır.

Belə şəraitdə sultan Əbdülhəmid irticasına qarşı yenilikçi şairlər Cəmil Sidqi əz-Zəhavi, Məruf ər-Rusafi, Əbdül Möhsün əz-Kazımi və b. gənc türklər siyasi təşkilatı ilə həmrəy oldular, öz şeirlərində onların ideologiyasının təbliğatçılarına çevrildilər. Əz-Zəhavi türk şairlərinin məşhur nümayəndələrindən biri İsmayıl Səfa bəylə dostluq edirdi. O, 1867-ci ildə Məkkədə doğulmuş siyasi baxışlarına görə Sivaşda sürgündə olarkən 1901-ci ildə vərəm xəstəliyindən vəfat edib. Türk ədəbiyyatında, əsasən, siyasi lirika ustadı kimi tanınmış, beş kitabın müəllifi idi. Türk və fars dillərində də sərbəst danışan əz-Zəhavi İsmayıl Səfa bəyin ölümündən sonra ona 34 misralıq mərsiyə həsr etmişdi.

Gənc türklər hakimiyyətə gəldikdən sonra əz-Zəhavini İstanbula dəvət etdilər, "Dərül-fünun"da ona dərs demək hüququ verdilər və şair "Məclisi Məbusan"a deputat seçildi.

İraqda neoklassik cərəyanın nümayəndələrindən sayılan Məruf ər-Rusafi (1875-1945) İraq-Türkiyə ədəbi əlaqələri tarixində çox böyük rol oynayan bir şair olub.

Ər-Rusafi türkcəni uşaqlıqdan öyrənmiş, böyüyəndə isə gənc türklərin "İttihad və tərəqqi" partiyasına üzv olmuş, sultan Əbdülhəmid devrildikdən sonra İstanbula gələrək, məktəblərdə ərəb dili və ədəbiyyatından dərs demiş, qəzetlərdə müxbirlik etmişdi. İraqdan "Məclici Məbusan"a iki çağırış deputat seçilmiş, türk yazıçı və şairlərinin əsərlərini ərəb dilinə çevirmişdi.

İnqilabın qələbə çalmasını Qahirədə qarşılayan iraqlı yenilikçi şair Əbdül Möhsün əl-Kazımi (1868-1935) öz sevinc hisslərini 100 beytlik qəsidə ilə ifadə etmişdi.

Vilayət müəllimin bu əsərinin II fəsli "İraq-Türkiyə əlaqələrinin mühacirət mərhələsi" adlanır. Burada Nazim Hikmətlə Əbdül Vəhab əl-Bəyatinin müəllifin əvvəlki kitabının genişləndirilmiş variantı verilib.

V.Cəfərovun elmi yaradıcılığında "Əli qılıncı Zülfüqar" kitabçası xüsusi yer tutur. Əsərdə Məhəmməd peyğəmbərin əmisi oğlu, islamı ilk qəbul edən kürəkəni, yeni dinin bərqərar olmasında cəngavər kimi şücaət göstərmiş Raşidi xəlifələrdən dördüncüsü Əli ibn Əbu Talibin qılıncının nə üçün Zülfüqar adlandırılması, imamın vəfatından sonra kimlərdə qalması tarixi mənbələr əsasında araşdırılıb, onun orta əsr ərəb, fars və Azərbaycan poeziyasında necə tərənnüm olunması qeyd edilib.

V.Cəfərov əsərlərində mövzu ilə əlaqədar İraq şairlərinin yaradıcılığından çoxsaylı şeir parçalarının Azərbaycan dilinə tərcümələrini verib. Məlumdur ki, hər iki dilin qrammatikası bir-birindən fərqlidir. Bundan başqa, Cahiliyyə dövründən tutmuş indiyədək, xüsusən, əruz vəznli ərəb poeziyasında ədəbi dilin qrammatik qanunlarının pozulması adi hal kimi qəbul edilir. Belə ki, vəznə görə uzlaşmaya, cins və kəmiyyət kateqoriyalarına riayət olunmaması, izafət birləşmələrinin tərəfləri arasında yolverilməz əlavə sözlərin işlədilməsi, söz daxilində samitlərin yerdəyişməsi, önqoşmalı feillərdə feillərin ixtisarı, yalnız ərəblərin anladığı eyhamların işlədilməsi tərcümə zamanı çətinliklər yaradır. Vilayət müəllimin bütün bu xüsusiyyətlərin öhdəsindən uğurla gəlməsi yüksək təqdirəlayiqdir.

Alimin tədqiqatçılıqla yanaşı, bədii tərcüməçilikdə fəaliyyəti ayrıca qeyd olunmalıdır. Bu sahədə, ilk addımlarını 1983-cü ildə nəşr olunmuş İraq şair və yazıçılarının  əsərlərindən ibarət "Ağ günlərin sorağında" adlı toplumda atmışdı. Belə ki, Şərqşünaslıq İnstitutunun sabiq direktoru akademik Həmid Araslının tapşırığı ilə Aida İmanquliyeva və Vilayət Cəfərov məqsədəuyğun saydıqları İraq şairlərinin əsərlərinin sətri tərcümələrini edib, görkəmli Azərbaycan şairləri tərəfindən dilimizə çevrilməsinə nail oldular. İraqlı nasirlərin hekayələrini isə digər ərəbşünaslarımız tərcümə etmişdilər. Məcmuəyə Aida xanım geniş elmi müqəddimə yazmışdı. Kitaba Vilayət müəllimin tərcüməsində 5 şeir və 3 hekayə daxil edilmişdi.

"Ağ günlərin sorağında" toplusu 2019-cu ildə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın qərarı ilə təkrar nəşr edilib, professor V.Cəfərov ərəb müəlliflər haqqında qısa məlumat verib.

Vilayət müəllim 2000-ci ildə əslən livanlı, lakin Misirdə yaşayıb-yaratmış publisist, tarix, dilçilik və ədəbiyyatşünaslıq sahələrində çoxcildli elmi əsərlərin müəllifi Circi Zeydanın (1861-1914) "Fərqanə gəlini" romanını Azərbaycan dilinə çevirməklə oxucularına böyük töhfə vermiş oldu. Çünki müasir ərəb ədəbiyyatında tarixi roman janrının banisi sayılan yazıçının qələmə aldığı 22 kitabı arasında məhz "Fərqanə gəlini" xalqımızın qəhrəman oğlu Babəkin rəhbərliyi altında xilafət əleyhinə 22 ildən çox (815-838) davam etmiş Xürrəmilər hərəkatı ilə bağlı idi. Romanda hadisələr Fərqanə, Səmarra, Həmədan, Ərdəbil, Bəzz qalası və Bizans şəhəri Amoriyada cərəyan edir. Əsərin qəhrəmanlarının bir çoxu tarixi şəxsiyyətlərdir. Onlardan xəlifə Mötəsim, xilafət qoşunlarının baş komandanı Afşin, Babək və başqalarını göstərmək olar. Roman Dirğamla Cahanın məhəbbət məcərası fonunda qələmə alınsa da, onun mərkəzində IX əsrin otuz-qırxıncı illərində ictimai-siyasi vəziyyət, xüsusilə Mötəsimin xilafətin bütövlüyünü qorumaq üçün yürütdüyü siyasət, xürrəmilər və Bizansla apardığı müharibələr durur.

O dövrlə bağlı ərəb mənbələrində və saray şairlərinin əsərlərində Babəkə qarşı nifrət bəslənsə də, Circi Zeydan əsərində ona düşmən gözü ilə baxmır, bu üsyan rəhbərini bacarıqlı sərkərdə kimi səciyyələndirir.

Vaxtaşırı həmçinin mətbuat səhifələrində ərəb ədəbiyyatından nəzm və nəsr nümunələrinin tərcüməsini çap etdirən V.Cəfərov yüksək peşəkarlığı sayəsində Circi Zeydanın "Fərqanə gəlini" romanının tərcüməsini uğurla ərsəyə gətirmişdi.

2010-cu ildə Vilayət müəllim böyük əmək sərf edərək, Azərbaycanın görkəmli şərqşünası, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın (1939-1992) məqalə və tərcümələrinin toplusunu tərtib etdi. Bununla da, o, sübuta yetirdi ki, Aida xanım yalnız Məhcər ədəbiyyatının dərin bilicisi deyil, həmçinin ərəb ədəbiyyatının digər problematik məsələləri ilə məşğul olub, Azərbaycan ədəbiyyatı haqqında dəyərli fikirlər söyləyib, adət-ənənələrimizin tarixi ilə dərindən maraqlanıb. Dünyadan vaxtsız köçmüş görkəmli xanım alimimizin bəzi məqalələrinin yalnız adlarını çəkmək də bu fikri sübut edir: "İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişaf tarixinə dair", "Qorki və Ərəb Şərqi", "Möhkəmlənən dostluq. Sovet-ərəb mədəni əlaqələrindən", "Ərəb Əndəlus ədəbiyyatının bəzi xüsusiyyətləri haqqında (X-XI əsrlər)", "Ərəb ədəbiyyatında qadın azadlığı", "İraq ədəbiyyatı haqqında", "Azərbaycan sovet ədəbiyyatı ərəb dilində", "Fələstin problemi və müasir ərəb ədəbiyyatı" və sair.

Professor Vilayət Cəfərov ərəbşünaslıq üzrə yeni kadrların yetişməsində xüsusi rol oynamış, BDU Şərqşünaslıq fakültəsinin magistratura pilləsində mühazirələr oxumuş, 10-dan çox fəlsəfə doktorluğu dissertasiyasına rəhbərlik etmişdi. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı" ixtisası üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komissiyasının sədri olmuşdu.

Tanınmış alim elm və təhsilin inkişafında xidmətlərinə görə 2 dəfə AMEA Rəyasət Heyətinin "Fəxri fərman"ına layiq görülmüş, "Tərəqqi" medalı ilə təltif edilmişdi.

Ruhu şad olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri