Icma.az
close
up
RU
“Superkompüter Mərkəzinin qurulması Azərbaycanın texnoloji müstəqilliyi üçün strateji addımdır” Elxan Əzizov

“Superkompüter Mərkəzinin qurulması Azərbaycanın texnoloji müstəqilliyi üçün strateji addımdır” Elxan Əzizov

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov Süni İntellekt Strategiyası, yeni qurulan Superkompüter Mərkəziölkədə superkompüter infrastrukturunun genişləndirilməsi sahəsində görülən işlər və digər sualları cavablandırıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Elxan bəy, superkompüterlər nədir və “AzInTelecom” niyə belə bir infrastruktur yaratma qərarına gəldi?

- Superkompüterlər çox böyükhəcmli məlumatları paralel şəkildə və son dərəcə yüksək sürətlə emal edə bilən, ənənəvi server və fərdi kompüter imkanlarını dəfələrlə üstələyən yüksək performanslı hesablama sistemləridir. Bu texnologiyalar artıq dünya praktikasında tətbiq olunur və süni intellektin inkişafı, elmi-tədqiqat, sənaye modelləşdirməsi, kibertəhlükəsizlik və strateji planlama kimi sahələrdə ölkələrə daha sürətli və dəqiq qərarvermə imkanı yaradır. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası” süni intellekt texnologiyalarının ölkə üzrə sistemli şəkildə inkişaf etdirilməsini, dövlət idarəçiliyində və biznes mühitində geniş tətbiqini hədəfləyir. “AzInTelecom”un böyükhəcmli məlumat hesablama infrastrukturu yaratmaq qərarı isə məhz bu qlobal tendensiyalar və ölkənin strateji prioritetləri ilə üst-üstə düşür. Bu kontekstdə superkompüterlərdən istifadə Strategiyanın praktiki icrasını göstərən texnoloji platforma rolunu oynayır.

- Azərbaycanın 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası çərçivəsində yaradılan superkompüterlərin əvvəlki texnoloji imkanlardan əsas üstünlüyü nədir?

- “NVIDIA H200 GPU” çipləri ilə təchiz edilmiş bu infrastrukturun əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində xarici hesablama və “bulud” resurslarından asılılığı minimuma endirməkdir. Bu yolla biz dövlət qurumlarının, özəl şirkətlərin və vətəndaşların məlumatlarının ölkə daxilində təhlükəsiz şəkildə emalını təmin etməyi və ümumilikdə texnoloji təhlükəsizlik üçün daha etibarlı mühit formalaşdırmağı hədəfləyirik. Yaradılan infrastruktur ölkənin rəqəmsal siyasətinin uzunmüddətli məqsədləri ilə tam uyğunluq təşkil edir. Məlumatların “TIER III” standartlarına cavab verən data mərkəzlərində saxlanılması və emalı təhlükəsizlik səviyyəsini yüksəldir, sistemlərin fasiləsiz işləməsini təmin edir və mümkün riskləri minimuma endirir. Eyni zamanda bu imkanlar dövlət və biznes layihələrinin daha sürətli, dayanıqlı və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır, süni intellekt əsaslı həllərin real tətbiqini asanlaşdırır və ölkə üzrə rəqəmsal transformasiyanı sürətləndirir.

“NVIDIA H200 GPU” çipi ilə kompüterlər böyükhəcmli məlumatların və süni intellekt modellərinin ölkə daxilində çox yüksək sürətlə, təhlükəsiz və dayanıqlı şəkildə emal olunmasına imkan yaradır. Bu da həm dövlət, həm də biznes layihələrinin daha effektiv icrasını təmin edir. Eyni zamanda “NVIDIA H200 GPU” əsaslı sistemin Azərbaycanda istifadəsi şirkətin regional planlarında ölkəyə daha çox diqqət ayırması üçün real zəmin yaradır. 

- Fərdi şəxslər və dövlət qurumları üçün əhəmiyyətli məlumatların ölkə daxilində emalının üstünlükləri nələrdir?

- Fərdi və dövlət əhəmiyyətli məlumatların ölkə daxilində emalı ilk növbədə məlumat təhlükəsizliyi və məxfilik üzərində tam nəzarətin təmin olunmasına imkan verir. Məlumatların xarici platformalara ötürülməməsi risklərini əhəmiyyətli dərəcədə azaldır, kritik informasiyanın kənar kibermüdaxilələrə və sızmalara qarşı müdafiə gücünü artırır. Eyni zamanda məlumatların ölkə daxilində emalı uzunmüddətli texnoloji müstəqilliyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Yerli hesablama və infrastruktur imkanlarından istifadə həm operativliyi artırır, həm də strateji sahələrdə xarici texnoloji asılılığın qarşısını alır. Nəticə etibarilə, dövlətə məxsus məlumatların emalı üçün daha təhlükəsiz və dayanıqlı mühit formalaşır, bu isə Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində regionda rəqabətədavamlı mövqeyini gücləndirir.

- Bu infrastruktur insan kapitalının inkişafına necə töhfə verə bilər?

- Bu infrastruktur elmi-tədqiqat institutları və süni intellekt investorları üçün yüksək hesablama gücünə çıxışı əhəmiyyətli dərəcədə asanlaşdırır və mürəkkəb araşdırmaların dayanıqlı resurslar üzərində aparılmasına imkan yaradır. Artıq tədqiqatçılar böyükhəcmli məlumatların analizi, süni intellekt modellərinin öyrədilməsi, simulyasiya və modelləşdirmə kimi prosesləri əlavə texniki məhdudiyyətlər olmadan həyata keçirə biləcəklər. Bu isə elmi işlərin keyfiyyətinə və beynəlxalq səviyyəli tədqiqatların ölkə daxilində aparılmasına şərait yaradır.

Gənc mütəxəssislər real yüksək performanslı kompüter və süni intellekt mühitində işləmək imkanı qazanaraq müasir texnologiyalar üzrə praktiki bacarıqlar əldə edirlər. Bu yanaşma insan kapitalının inkişafını sürətləndirir, ixtisaslı kadrların hazırlanmasını təmin edir və uzunmüddətli perspektivdə ölkəni süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ön plana çıxarır.

- Uzunmüddətli baxışda “AzInTelecom”un qurduğu bu ekosistem Azərbaycanın süni intellekt bazarında regional mərkəzə çevrilməsinə necə təsir edəcək?

- Yüksək performanslı kompüter sistemlərinin tətbiqi biznes proseslərinin optimallaşdırılmasını, məlumatın daha dəqiq emalını və xidmətlərin avtomatlaşdırılmasını sürətləndirir. Bu infrastruktur innovasiya subyektlərindən dövlətə məxsus layihələrə qədər hər kəsə süni intellekt həllərini sürətli və səmərəli şəkildə inkişaf etdirmək imkanı yaradır. Bu, həm yerli İKT mühitindəki inkişaf dinamikasını sürətləndirmək, həm də Azərbaycana regional rəqabətdə əhəmiyyətli üstünlük qazandırmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda dövlət xidmətlərinin çevik və data əsaslı qurulması üçün mühüm texnoloji təməl kimi çıxış etməsini də vurğulaya bilərik. Bu, xüsusilə bankçılıq, energetika, nəqliyyat və Irəqəmsal məhsulların yaradılması kimi sahələrdə mühüm dəyər yarada bilər. 

Süni intellekt layihələrinin uğurlu alınması üçün ən vacib elementlər sırasına  böyükhəcmli məlumatların toplanması və emalı, yüksək performanslı hesablama resursları, eləcə də dayanıqlı “bulud” infrastrukturunun bir arada işləməsi daxildir. “AzInTelecom”un “bulud” təcrübəsi və genişlənən data mərkəzi şəbəkəsi ilə birləşən bu superkompüter gücü ölkənin rəqəmsal ekosisteminin etibarlı, fasiləsiz və dayanıqlı fəaliyyətinə töhfə verəcək. Nəticə etibarilə süni intellekt modeli yaratmaq istəyən şirkətlər əlavə avadanlıq yatırımı etmədən və xərcləri optimallaşdıraraq süni intellekt sahəsində əhəmiyyətli infrastruktur əldə etmiş olacaqlar. “AzInTelecom” da məhz qeyd edilən ekosistemi Azərbaycanda formalaşdıraraq şirkətlərə mürəkkəb süni intellekt modellərini hazırlamaq və inkişaf etdirmək üçün şərait yaradacaq. Belə ki, təşkilatlar öz məlumatlarını yeni infrastrukturda təhlükəsiz şəkildə saxlayacaq, böyük dataları emal edəcək, sürətli hesablama gücündən istifadə edərək süni intellekt  modellərini daha operativ öyrənəcəklər.

Əlavə olaraq qeyd edim ki, hazırda superkompüter infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yeni “GPU” çiplərinin alınması üçün NVIDIA və digər beynəlxalq şirkətlərlə aktiv təmaslarımız mövcuddur. Növbəti mərhələdə daha çox sayda çip alınaraq superkomputerlərin qurulması planlaşdırılıb.

- Müsahibə üçün təşəkkür edirik.

- Mən də təşəkkür edirəm. Çox sağ olun.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Dekabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri