Azərbaycan Ermənistan sərhədində vəziyyət necədir? DSX rəisinin müavinindən açıqlama
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov deyib.
O xatırladıb ki, 24 may 2024-cü il sərhəd tariximiz üçün xüsusi əhəmiyyət kəsb edir: “Həmin gün Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü və həmin ərazilərdə Dövlət Bayrağımız yüksəldi.
Burada xüsusilə mühüm məqam ondan ibarət idi ki, nəticə hərbi əməliyyat olmadan, delimitasiya prosesi çərçivəsində əldə edildi. Bu hadisə Azərbaycanın hərbi Qələbədən sonra yaratdığı yeni siyasi reallığın, dövlətimizin gücünün və diplomatik imkanlarının göstəricisi idi”.
General-leytenant vurğulayıb ki, dövlət sərhədinin müəyyənləşdirilməsi və onun mühafizəsinin təşkili uzunmüddətli sülhün də mühüm şərtlərindən biridir:
“Bu baxımdan, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri arasında keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması, həmçinin iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması mühüm siyasi mərhələ olmuşdur. 2026-cı ildə də sərhədlərin delimitasiyası prosesi davam etdirilir.
Sülhün möhkəm olması üçün dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməsi əsas şərtdir. Azərbaycan sərhədçisinin missiyası da məhz dövlətimizin müəyyən edilmiş sərhədlərinin toxunulmazlığını etibarlı şəkildə qorumaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Avqust 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















