Icma.az
close
up
RU
Azərbaycan ƏrRiyadda BMTnin 19cu İnternet İdarəçilik Forumunda iştirak edir AZƏRTAC

Azərbaycan ƏrRiyadda BMTnin 19cu İnternet İdarəçilik Forumunda iştirak edir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 17 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində BMT-nin 19-cu İnternet İdarəçiliyi Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə 170 ölkədən 10 mindən çox qonaq iştirak edir. Həmçinin, mindən çox beynəlxalq mütəxəssisin çıxışı gözlənilir. Qeyd olunub ki, dekabrın 19-dək davam edəcək forum çərçivəsində 300-ə yaxın panel iclasın və xüsusi seminarın keçirilməsi planlaşdırılır. Forum çərçivəsində internet idarəçiliyinin yenilikləri ilə bağlı beynəlxalq siyasətlər və meyillər müzakirə olunacaq, ən yaxşı təcrübələr paylaşılacaq. Forumun əsas məqsədi ideyaların mübadiləsi üçün bir platforma yaratmaq, bu yolla iqtisadi inkişafı və cəmiyyətin rifahını təşviq etmək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verməkdir.

Forumda Azərbaycanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti təmsil edir. Strateji tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov AZƏRTAC-a bildirib ki, nümayəndə heyətinin üzvləri Azərbaycanın dayanıqlı rəqəmsal inkişaf konsepsiyası, rəqəmsal hökumət həlləri və innovasiya ekosistemi, ölkəmizdə rəqəmsal savadlılığın artırılması, Azərbaycan İnnovasiya Mərkəzinin fəaliyyəti və hədəfləri barədə danışacaq. Qeyd olunub ki, nümayəndə heyəti “Google”nin Ər-Riyad ofisində görüş keçirəcək.

Forumda dörd əsas - rəqəmsal məkanda innovasiyaların tətbiqi və risklərin balanslaşdırılması, rəqəmsal texnologiyaların sülhə, inkişafa və dayanıqlılığa töhfəsini artırmaq, rəqəmsal dövrdə insan potensialını artırmaq və inklüzivliyi təşviq etmək, həmçinin internetin rəqəmsal idarəçiliyini təkmilləşdirmək mövzuları olacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 01:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri