Azərbaycan ev sahibliyi edəcəyi Avropa çempionatına 7 ölkə vəsiqəni rəsmiləşdirib
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirilib.
İdman.biz xəbər verir ki, III turun yekununa əsasən 7 qrupdan 5-də liderin adına aydınlıq gəlib.
Qrup qalibliyini vaxtından əvvəl rəsmiləşdirən Almaniya, Belçika, Sloveniya, İspaniya və Yunanıstan Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi edəcəyi AÇ-2026-da Rumıniya və Monteneqronun da iştirakı dəqiqləşib. Lakin onların qrup birincisi, ya ikincisi olacağı son turun qarşılaşmalarından asılı olacaq.
Axırıncı turun görüşləri avqustun 10-da olacaq.
Qeyd edək ki, qrup qalibləri ilə yanaşı, ikinci yeri tutacaq yeddi komandadan beşi Avropa çempionatına vəsiqə qazanacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 09 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















