Icma.az
close
up
RU
Azərbaycan FAO əməkdaşlığı ərzaq təhlükəsizliyi tərəfdaşlığına çevrilir

Azərbaycan FAO əməkdaşlığı ərzaq təhlükəsizliyi tərəfdaşlığına çevrilir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İtaliyada işgüzar səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşü keçirilib. FAO-nun Romadakı mənzil-qərargahında reallaşan görüşdə təşkilatla birgə tərəfdaşlıq çərçivəsində gerçəkləşdirilən layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

M.Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunaraq iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən layihələrdən söz açıb, eyni zamanda, respublikada aqrar sahənin inkişafının prioritet olduğunu vurğulayıb, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi və bu istiqamətdə aparılan islahatları diqqətə çatdırıb.

Qu Donqyu Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri kimi diqqətdə saxlandığını, ölkəmizlə təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. FAO-nun Baş direktoru Azərbaycanda kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər FAO – Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələr və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparıb, Azərbaycanın FAO-da yüksək səviyyədə təmsil olunduğunu, yüksək seçkili orqanların işində fəal iştirak etdiyini bildirib, çoxtərəfli tərəfdaşlıq platformalarında bir sıra beynəlxalq tədbirlərin keçirilməsi perspektivlərini müzakirə ediblər.

Yeri gəlmişkən, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla qurduğu əməkdaşlıq çərçivəsində FAO ilə də sıx tərəfdaşlıq əlaqələri formalaşdırıb. FAO-nun əsas missiyası dünyada aclığın aradan qaldırılması, davamlı kənd təsərrüfatı siyasətlərinin təşviqi və ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsidir. Bu baxımdan, Azərbaycan və FAO arasında əlaqələr həm milli prioritetlərə, həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verir.

Əməkdaşlığın əsas istiqamətləri

Azərbaycan ilə FAO arasındakı əməkdaşlıq çoxşaxəlidir və bir neçə əsas istiqaməti – kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, torpaq və su ehtiyatlarının səmərəli istifadəsi, iqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması və aqrar sahədə institusional potensialın inkişafını əhatə edir. Bu istiqamətlər üzrə həyata keçirilən layihələr kənd təsərrüfatında bilik və texnologiyaların tətbiqinə, rəqəmsallaşmaya və innovasiyalara təkan verir.

Azərbaycan 1995-ci ildə FAO-ya üzv olub. Əməkdaşlıq uzun illər ərzində təkcə texniki dəstək formatında deyil, həm də birgə layihələrin həyata keçirilməsi ilə diqqət çəkib. 2015-ci ildə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması isə bu əməkdaşlığı yeni mərhələyə yüksəldib. Həmin ofis Qafqaz və Mərkəzi Asiya regionu üçün bir növ regional mərkəz funksiyası rolunu oynayıb.

Azərbaycan və FAO arasında ötən illər ərzində müxtəlif sahələri əhatə edən bir sıra layihələr həyata keçirilib. Onların sırasında “Dayanıqlı torpaq idarəçiliyi”, “Heyvandarlığın inkişafı və xəstəliklərin idarə olunması”, “Meyvəçilik və bağçılıq sektorunun gücləndirilməsi”, “Aqroekoloji sistemlərin inkişafı”, “Qadınların kənd təsərrüfatında rolu” kimi proqramlar ekspertlər tərəfindən yüksək dəyərləndirilib. 

Bununla yanaşı, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı dayanıqlılığın artırılması üzrə FAO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunda risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin planlaşdırılması sahəsində də mühüm addımlar atılıb.

Tərəfdaşlığın hədəfləri

2016-cı ildə FAO – Azərbaycan Tərəfdaşlıq Proqramı imzalanıb. Bu proqram vasitəsilə Azərbaycan yalnız texniki yardım alıcı ölkə deyil, eyni zamanda, donor ölkə statusu da qazanıb. Adıçəkilən tərəfdaşlıq proqramı çərçivəsində respublikamız digər inkişaf etməkdə olan ölkələrin aqrar sektoruna texniki və maliyyə dəstəyi göstərib. Bu, beynəlxalq miqyasda Azərbaycanın artan nüfuzunun göstəricisi kimi yüksək qiymətləndirilib. Proqram çərçivəsində Tacikistan, Qırğızıstan, Özbəkistan, Sudan və digər ölkələrdə bir sıra texniki layihələr həyata keçirilib. Bu, həm də Azərbaycanın regional və qlobal ərzaq təhlükəsizliyinə töhfə vermək əzmini və imkanlarını nümayiş etdirib.

Son illərdə FAO-nun baş direktorları və digər yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir. 2023-cü ildə FAO-nun baş direktoru Kyu Donqyu Azərbaycanda rəsmi səfərdə olmuş və dövlət başçısı ilə görüşüb. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması, su ehtiyatlarının idarə edilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində FAO ilə əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub. 

Azərbaycan və FAO arasında qurulmuş əməkdaşlıq modeli uğurlu tərəfdaşlığın bariz nümunəsidir. Bu münasibətlər sayəsində ölkəmiz kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi, ərzaq təhlükəsizliyinin təmin olunması, beynəlxalq texniki dəstək və ekspertizadan yararlanmaqla daha dayanıqlı və məhsuldar aqrar sektor qurmağa çalışır.

Gələcəkdə bu əməkdaşlığın rəqəmsal kənd təsərrüfatı, süni intellektin tətbiqi, bioloji müxtəlifliyin qorunması və aqroturizmin inkişafı sahələrində də genişlənəcəyi gözlənilir. Bu isə Azərbaycanın kənd təsərrüfatı siyasətinin beynəlxalq trendlərlə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see184

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see134

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri