Icma.az
close
up
RU
Azərbaycan Türkiyə Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir

Azərbaycan Türkiyə Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Laçın şəhərində keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm simvolik məkan seçimi ilə,  həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

Laçın rayonu Azərbaycanın 2020-ci ildə uğurla başa çatdırdığı Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdən biridir. Bu bölgə  coğrafi baxımdan Qarabağın əsas qapısı hesab olunur. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur. 

Azərbaycan Laçında beynəlxalq liderləri qəbul etməklə həm qələbəsinin legitimliyini nümayiş etdirirdi, həm də bölgədəki yeni status-kvonun dəyişməz olduğunu vurğulayır. 

Dünya dövlətləri və onların liderləri Türkiyə Azərbaycan və Pakistanı vahid milli siyasi mövqedə görürlər. Azərbaycan tarixinə şanlı möhür vuran zəfər savaşımızın paradında cənab Ərdoğanın iştirakı, Türkiyəni kədərə bürüyən zəlzələdə İlham Əliyevin ölkənin bütün resursları ilə qardaş ölkənin yanında olması, eyni ilə Pakistanla Hindistanla hərbi toqquşmada ölkəmizin rəsmi İslamabada siyasi, diplomatik dəstəyi münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi idi.

Eyni zamanda, Azərbaycan bu görüş vasitəsilə beynəlxalq aləmdə diplomatik təsirini gücləndirmək, müttəfiqlərinin dəstəyini nümayiş etdirmək və regiondakı lider mövqeyini möhkəmləndirmək niyyətindədir. Ermənistanla normallaşma prosesi fonunda Azərbaycan müttəfiq ölkələrlə birgə mövqeləri koordinasiya etməklə öz manevr imkanlarını artırmağa çalışır. 

Görüş Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verir. ABŞ–Çin rəqabəti, Rusiya–Qərb qarşıdurması və digər ölkələrin regional fəallığı fonunda Azərbaycan–Türkiyə–Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir.

Bu əməkdaşlıq həm də Ermənistanın təktərəfli diplomatik narrativinə qarşı bir balans yaradır. Məsələn, Ermənistanın Hindistanla hərbi yaxınlaşmasına qarşı bu Zirvə Pakistanın iştirakı ilə dolaylı cavab sayıla bilər.

Laçında keçirilən üçtərəfli Zirvə təkcə simvolik hadisə deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addımdır. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin gücləndirilməsi anlamına gəlir.

Bu istiqamətdə birgə hərbi təlimlərin, enerji layihələrinin və beynəlxalq forumlarda koordinasiyalı mövqelərin şahidi olacağımız ehtimalı yüksəkdir. Laçın görüşü bir başlanğıc kimi  regionda yeni güc mərkəzinin formalaşmasında həlledici addımlardan biri hesab edilə bilər.
Azərbaycan Prezidenti Türkiyə və Pakistanın 2020-ci il Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Bu iki qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdi. Dövlət başçı vurğuladı ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın yanında olub, bu da qarşılıqlı etimad və həmrəyliyin təməlini təşkil edir.

Beləliklə, qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı daha böyük uğurlara yol açacaq mərhələnin əsasını yaratdı. Liderlərin səsləndirdiyi fikirlər onu sübut etdi ki, regionda Azərbaycan, Türkiyə və Pakistan müqayisəolunmaz güc mərkəzidir və istənilən qlobal layihələr bu mərkəzlə razılaşdırılır. Sarsılmaz qardaşlıq və üç ölkə liderinin yüksək diplomatik bacarığı yaxın siyasi tarixin məhz bu birliyin milli maraqları çərçivəsində yazılacağına yüksək əminlik yaradır.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 May 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri