Azərbaycan filmi Beynəlxalq Buddist Film Festivalında QranPri mükafatına layiq görülüb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Moskva, 9 dekabr, AZƏRTAC
Rejissor Kseniya Laqutinanın çəkdiyi “Ayıpəncəsi tarlasında torağaylar” Azərbaycan filmi Tuvanın paytaxtı Qızılda keçirilən Buddist Beynəlxalq Film Festivalında Qran-Priyə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, film mühüm seçim etməli olan bir neçə qəhrəmanın taleyindən bəhs edir.
Tuvalı Orlan Oyun “Sarbaşkınnar” filminə görə ən yaxşı rejissor seçilib, Qırğızıstandan “Yer” filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Anuparna Roy “Çaya tərəf qaç” (Hindistan) filminə görə “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub.
Buddist Beynəlxalq Film Festivalı 2022-ci ildən Tuvada keçirilir. Bu il festivalda doqquz ölkədən nümayəndələr iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















