Icma.az
close
up
RU
Azərbaycan fındıqdan sərvət qazandı İnanılmaz rəqəmlər

Azərbaycan fındıqdan sərvət qazandı İnanılmaz rəqəmlər

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda fındıq ixracının fiziki həcmi 22.5 faiz azalıb. Azalmanın əsas səbəbləri arasında daxili tələbatın və emal sənayesinin genişlənməsi göstərilir. Qarşıdakı illərdə yeni bağların məhsuldarlığa keçməsi ilə ixracın artacağı gözlənilir.

Azərbaycanda fındıq ixracının fiziki həcmi azalsa da, bu məhsuldan əldə olunan gəlir artıb. 2026-cı ilin ilk 6 ayında ölkədən 8 341.84 ton meşə fındığı ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22.5 faiz azdır. Buna baxmayaraq, ixracın dəyəri 24.7 faiz artaraq 95.58 milyon dollara yüksəlib. Yəni Azərbaycan daha az həcmdə fındıq ixrac etsə də, məhsulu daha yüksək qiymətə satıb.

Amma ixrac həcminin azalması xüsusilə diqqət çəkir. Çünki son illərdə ölkədə yeni fındıq bağları salınır, mövcud sahələr genişləndirilir və fındıqçılığın inkişafına dövlət dəstəyi göstərilir.

Bəs bütün bunların fonunda ixrac niyə azalır? Bu, ölkədə fındıq istehsalının azalması ilə bağlıdır, yoxsa məhsulun daha böyük hissəsi daxili bazarda və emal sənayesində istifadə olunur?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Daxili tələbat artıb"

Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, 2026-cı ilin ilk 6 ayında fındıq ixracının fiziki həcminin azalmasını bütövlükdə ölkədə fındıq istehsalının eyni dərəcədə azalması ilə əlaqələndirmək doğru deyil: "Belə ki, 2025-ci ildə fındıq istehsalı əvvəlki illə müqayisədə 7 faiz azaldığı halda, 2026-cı ilin ilk yarısında ixracın fiziki həcmindəki geriləmə daha kəskin olub. Bu fərq ixrac dinamikasına yalnız istehsal həcminin deyil, həm də daxili və xarici bazarlardakı tələbin, qiymət konyunkturasının, satış istiqamətlərinin və ixrac bazarlarının strukturunun ciddi təsir etdiyini göstərir. Hazırkı dövrdə ixracın fiziki həcminə təsir edən əsas amillərdən biri məhz daxili tələbatın artmasıdır. Bu artım əhalinin çoxalması, fındıqdan istifadə edən emal müəssisələrinin, xüsusilə şokolad, konfet və digər qida məhsulları istehsalçılarının xammal ehtiyaclarının genişlənməsi ilə bağlıdır. Daxili bazarda formalaşan əlverişli qiymətlər istehsalçı və sahibkarlar üçün məhsulun böyük bir hissəsinin ölkə daxilində satışını iqtisadi baxımdan daha cəlbedici edir".

Həmçinin bildirildi ki, ixracın coğrafi strukturunda da mühüm dəyişikliklər müşahidə edilir. Ayrı-ayrı ənənəvi bazarlara satış azaldığı halda, bəzi yüksək gəlirli bazarlarda ciddi artım qeydə alınıb. Məsələn, ötən ilin müvafiq dövrü ilə müqayisədə İtaliyaya fındıq ixracı fiziki həcmdə 86.6 faiz artaraq 1 028 tondan 1 918 tona, dəyər ifadəsində isə 8.56 milyon dollardan 26.91 milyon dollara yüksəlib: "Bu, Azərbaycan fındığının İtaliya emal müəssisələri tərəfindən yüksək qiymətləndirildiyini və orada premium qiymətlərin formalaşdığını sübut edir. Eyni zamanda, 2026-cı ildə yeni ixrac bazarları da formalaşıb; İsrailə 22 ton, Suriyaya 252 ton, Avstriyaya isə 2.33 ton fındıq göndərilib ki, bu da ixrac coğrafiyasının diversifikasiyası baxımından olduqca müsbət haldır və daha az həcmdə, lakin daha yüksək qiymətə satış strategiyasının uğurla həyata keçirildiyini göstərir".

"İxrac potensialında ciddi sıçrayış yaranacaq"

Nazirlikdən sorğumuza verilən cavabda o da qeyd olunub ki, yeni fındıq bağlarının salınması da davam edir: "2026-cı ilin yanvar-iyul aylarında 317.2 hektar yeni fındıq bağı salınıb ki, bu da 2025-ci ilin eyni dövrü (297.6 hektar) ilə müqayisədə 6.6 faiz çoxdur. Xüsusilə Qarabağ regionunda bağların genişləndirilməsi diqqət çəkir. 2025-ci ildə bu regionda 259.5 hektar bağ var idisə, 2026-cı ildə bu rəqəm 133.5 faiz artaraq 606 hektara çatıb və təkcə bu il Qarabağda 40.6 hektar yeni bağ salınıb. Yeni salınan bu bağların ixraca təsirinin dərhal görünməməsi fındıqçılığın təbii istehsal dövrü ilə əlaqədardır. İlk illərdə bu artım yalnız dövriyyədən çıxan köhnə və məhsuldarlığı aşağı olan bağların istehsal itkisini kompensasiya etməyə yönəlir. Mövcud proqnozlara əsasən, intensiv üsulla salınan bağların tam iqtisadi məhsuldarlığa çatması 2028-ci ildən etibarən daha aydın hiss olunacaq, 2030-cu ilə doğru isə 2024-2026-cı illərdə salınmış bağların eyni vaxtda bar verməsi ilə ixrac potensialında ciddi sıçrayış yaranacaq".

Nazirlikdən bildirildi ki, ixrac potensialının artırılması üçün bir sıra kompleks tədbirlərin görülməsi zəruridir: "İlk növbədə ixrac infrastrukturu gücləndirilməli, saxlama, soyuducu anbar və müasir emal müəssisələrinin tikintisi genişləndirilməlidir ki, ixraca yararlı məhsul həcmi artsın və geri qaytarılma halları minimuma ensin. Həmçinin aqrar sığorta və fitosanitar nəzarət mexanizmləri, xüsusən aflatoksin və digər kontaminantlara nəzarət gücləndirilməli, sertifikatlaşdırma prosesi sadələşdirilməlidir. Məhsuldarlığın artırılması üçün intensiv texnologiyaların və damcı suvarma sistemlərinin tətbiqi genişləndirilməli, orta məhsuldarlıq 11 sentnerdən 3-4 tona çatdırılmalı və köhnə bağların yenilənməsi sürətləndirilməlidir. İxrac bazarlarının diversifikasiyası istiqamətində İtaliya, Suriya və İsrail kimi bazarlara uyğun sortların yetişdirilməsi davam etdirilməli, Türkiyə, Bolqarıstan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarının itirilməsi səbəbləri araşdırılaraq bərpa tədbirləri görülməlidir. Daha yüksək əlavə dəyər yaratdığı üçün qabığı təmizlənmiş fındıq ixracının xüsusi çəkisi də artırılmalıdır. Nəhayət, gələcək istehsalın təminatı üçün yeni bağların 80 faizdən çoxu 6-8 il gözləmə tələb edən ənənəvi deyil, 4-6 ilə bar verən intensiv və super-intensiv üsullarla salınmalıdır".

"Fındıqçılığın inkişafı yalnız yeni bağların salınması ilə məhdudlaşmamalıdır"

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədovun sözlərinə görə, Azərbaycan dünyada fındıq ixracına görə üçüncü və dördüncü yerləri bölüşdürür ki, bu da ölkəmizdə fındıqçılığın inkişafı və ixrac potensialının nə qədər böyük olduğunu göstərir: "Son 17 ildə təkcə fındıq deyil, ümumilikdə qoz və digər meyvə bağlarının əkin sahələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Dövlət bu sahəni ciddi şəkildə subsidiyalaşdırır və kənd təsərrüfatına göstərilən dövlət dəstəyinə görə Azərbaycan dünyada seçilən ölkələrdəndir. Lakin ayrılan subsidiyaların məhsuldarlığın və ixrac potensialının artırılmasına necə təsir etməsi, onların lazımi vaxtda və düzgün istifadə olunub-olunmaması ciddi iqtisadi təhlil tələb edir. Düşünürəm ki, bəzi subsidiyalar ləğv olunmalı, bəziləri isə artırılmalıdır. Fındıqçılığın inkişafı yalnız yeni bağların salınması ilə məhdudlaşmamalı, əsas diqqət məhsuldarlığın yüksəldilməsinə yönəldilməlidir. Ölkəmizdə uzun müddət əvvəl salınmış köhnə fındıq bağlarına qulluq zamanı aqrotexniki qaydalara çox zəif əməl olunur. Müasir maye gübrələrin tətbiqi, torpağın keyfiyyətinin yaxşılaşdırılması, eləcə də məhsulun vaxtında yığılaraq qurudulması və ixrac standartlarına uyğunlaşdırılması məsələlərində qlobal standartlardan və bu sahədə inkişaf etmiş ölkələrdən hələ də geri qalırıq".

X.Məmmədov bildirib ki, əgər yalnız ekstensiv inkişaf yolunu seçib əkin sahələrini durmadan artırsaq, gələcəkdə torpaq qıtlığı problemi ilə üzləşərik. Buna görə də intensiv bağçılığa keçid - yəni daha az sahədən daha çox məhsul əldə edilməsi günümüzün ən vacib tələbidir: "Digər tərəfdən, fındıqçılıqda qlobal miqyasda ən geniş yayılmış və ixrac zamanı ciddi problemlər yaradan aflatoksin xəstəliyinə qarşı mübarizə gücləndirilməlidir. Məhsuldarlığı artırmaq üçün ilk növbədə torpağın pH səviyyəsi yoxlanılmalı və ona uyğun spesifik gübrələmə proqramı seçilməlidir. Yalnız bu halda ixracın həcmi artacaq və fermerlərimiz daha çox gəlir əldə edəcəklər. Məsələn, 2026-cı ilin ilk 6 ayında fındıq ixracının fiziki miqdarı azalsa da, dünya bazarında qiymətlərin bahalaşması hesabına əldə edilən mənfəət artıb. Lakin bu, bazarın təbii reaksiyasıdır və uzunmüddətli davam edə bilməz. Əgər gələcəkdə ixrac qiymətləri ucuzlaşarsa və eyni zamanda məhsul qıtlığı yaranarsa, gəlirlər kəskin şəkildə aşağı düşəcək".

Növbəti 3-5 il ərzində fındıq ixracının artacağı proqnozlaşdırlır

Ekspertin fikrincə, Türkiyə və İspaniya kimi qabaqcıl ixracatçı ölkələrlə, habelə fındıqdan daxili qənnadı sənayesində xammal kimi istifadə edən dövlətlərlə müqayisədə, Azərbaycanda fındıqçılığın ən fundamental problemi məhsuldarlığın aşağı olmasıdır: "Bu problemin həlli isə doğru fındıq sortlarının seçilərək yetişdirilməsindən və müvafiq gübrələmə proqramlarının düzgün tətbiqindən keçir. Bütün bunlara rəğmən, qarşıdakı 3-5 il ərzində ölkəmizin real fındıq ixracı potensialını olduqca yüksək qiymətləndirirəm. Çünki son 5-7 il ərzində Azərbaycanda böyük sahələrdə salınmış yeni fındıq bağları barvermə dövrünə keçdikdə ixrac həcm

i mütləq şəkildə artacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri