Icma.az
close
up
RU
Azərbaycan florasından alınmış bioloji fəal qarışıqların ilkin farmakoloji xüsusiyyətləri tədqiqat

Azərbaycan florasından alınmış bioloji fəal qarışıqların ilkin farmakoloji xüsusiyyətləri tədqiqat

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yaşadığımız müasir dövrün və ölkəmizin son 35 ildə müharibə içərisində olması insanların aqressiv faktorların təsirinə daha çox məruz qalması ilə səciyyəvidir. Eyni zamanda, müharibələrdə, silahlı münaqişələrdə iştirak edən hərbi qulluqçuların müxtəlif etiologiyalı travma alması xüsusilə ağır partlayış travmaları və odlu silah yaralanmaları almağı qaçılmazdır.

Bu sözləri "XQ"-yə Müdafiə Nazirliyi Baş direktorun katibliyi, Hərbi logistikanın xidmətlər şöbəsinin tibb və baytarlıq bölməsinin baş zabit-provizoru, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun adyunkturasının ikinci kursunun adyunktu, tibb xidməti kapitanı Çinarə Qurbanzadə deyib.

Məhz bu səbəbdən “Döyüş yaralanmalarının eksperimental modellərində Azərbaycan florasından alınan bioloji fəal qarışıqların təsirinin müqayisəli farmakoloji tədqiqi” mövzusunda elmi-tədqiqat işi hazırladığına diqqət çəkən Ç.Qurbanzadə qeyd edib ki, tədqiqat vivarium şəraitində yetişdirilən eksperimental ağ sıçan, ağ sıçovul və dovşanlar üzərində aparılır. Heyvanlar üzərində tədqiqatlar aparan zaman Avropa Parlamentinin və heyvanların qorunması üzrə Avropa İttifaqının heyvanlara düzgün davranmaq qaydalarına əməl olunur. Müasir dövrdə bir çox xəstəliklərin müalicəsində bitki mənşəli dərman maddələrinə böyük önəm verilir. Bu dərman maddələrinin toksiki təsirlərinin, istifadəsi zamanı əlavə effektlərinin az olması, ekonomik nöqteyi-nəzərdən ucuz başa gəlməsi və onların asan alınması onlara qarşı marağın artmasına səbəb olur. Bu səbəbdən ilk dəfə olaraq Azərbaycanda bitən Melissa və Mayasarmaşığı otu bitkilərindən alınmış bioloji fəal qarışıqların ilkin farmakoloji xüsusiyyətlərinin skrininqi aparılır. “Əldə etdiyim uğurlu nəticələr yerli xammaldan alınan, ekonomik nöqteyi-nəzərdən ucuz başa gələn və maksimal əlavə effektlərə malik olmayan antioksidant və antistressor təsirli dərman maddələri ilə hərbi təbabətin gələcəkdə təmin olunmasında mühüm rol oynayacaq”, - deyə Ç.Qurbanzadə bildirib.

Dissertasiya mövzusu ilə bağlı müəllifi olduğu bir çox məqalələrin artıq çap edildiyini deyən Ç.Qurbanzadənin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarinda keçirilən beynəlxalq konfransda mövzu üzrə çıxış edib və sertifikata layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri