Azərbaycan onu həbs edərək Özbəkistana verdi
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Özbəkistan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan xüsusilə külli miqdarda vergiləri və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarının pozulması və qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərində ittiham edilərək beynəlxalq axtarışa verilmiş M.M.Mahmudov cari ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 18 Noyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















