Paşinyan: “Zəngəzur dəhlizinin parametrləri Azərbaycanla razılaşdırılmalıdır”
Icma.az, Bizim media saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP dəmir yolunun texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının vacibliyini bəyan edib.
Bizim.Media xəbər verir ki, parlamentdə çıxış edən Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu məsələ ilə bağlı müvafiq açıqlamasına münasibət bildirib.
"Dəmir yolu başqa bir dəmir yolu ilə birləşmək üçün tikilir. Axı biz Mehri ətrafında dövrə vuracaq və heç nə ilə birləşməyəcək suveren dəmir yolumuzu tikməyə hazırlaşmırıq", – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan dəmir yolu Azərbaycanın dəmir yolu ilə birləşməlidir və buna görə də texniki parametrlərin razılaşdırılması zəruridir. Paşinyan üçtərəfli işçi qrupunun məhz bu məqsədlə yaradıldığını əlavə edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Noyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















