Icma.az
close
up
RU
Azərbaycan Fotoqrafları Birliyinin BƏYƏNATI

Azərbaycan Fotoqrafları Birliyinin BƏYƏNATI

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlər fotoqrafiya ictimaiyyətində və beynəlxalq platformalarda “Azərbaycan Fotoqraflar Federasiyası” adı altında çıxış edən bir qurumla bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Bu məsələ ilə əlaqədar Azərbaycan Fotoqrafları Birliyi olaraq ictimaiyyətə və peşəkar fotoqrafiya mühitinə aydınlıq gətirməyi zəruri hesab edirik.
Azərbaycan Fotoqrafları Birliyi rəsmi qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə “Azərbaycan Fotoqraflar Federasiyası” adlı təşkilatın hüquqi statusu ilə bağlı məlumat verilməsi barədə rəsmi qaydada müraciət etmişdir. Nazirliyin rəsmi yazılı cavabına əsasən, bu adda hər hansı bir təşkilat Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyib və hüquqi baxımdan mövcud deyil.
Bununla yanaşı, müşahidələr göstərir ki, bəzi şəxslər və qruplar bu adda qurumun nümayəndələri kimi çıxış edir, müxtəlif platformalarda və yazışmalarda ölkəni və Azərbaycan fotoqrafiyasını təmsil etdiklərini bildirirlər. Daha bir narahatedici məqam ondan ibarətdir ki, fotoqrafiya sənətinin inkişafı adı altında ianələrin toplanılması halları da mövcuddur. Hüquqi statusu olmayan bir qurumun adından bu cür fəaliyyət etik və institusional risklər yaradır, eyni zamanda yerli və xarici vətəndaşlar (qurumlar) arasında çaşqınlığa səbəb olur.
Qeyd etmək istərdik ki, bəzi hallarda bu fəaliyyətlər tərəflərindən “Niyyət Məktubu” nun mövcudluğu ilə əsaslandırılır. Bununla bağlı vurğulamaq vacibdir ki , niyyət məktubu hər hansı quruma hüquqi status, təmsilçilik səlahiyyəti və ya rəsmi fəaliyyət hüququ vermir. Hüquqi şəxs kimi tanınma və ictimai fəaliyyət üçün dövlət qeydiyyatı əsas və zəruri şərtdir.
Azərbaycan Fotoqrafları Birliyi bu məsələyə peşəkar məsuliyyət və sahənin sağlam inkişafı baxımından qiymət vermək niyyətindədir. Beynəlxalq əməkdaşlıqda və mədəni sahələrdə şəffaflıq, hüquqi dəqiqlik və doğru təmsilçilik əsas prinsiplərdir. Bu prinsiplərin pozulması isə bütövlükdə Azərbaycan fotoqrafiyasının beynəlxalq nüfuzuna mənfi təsir göstərə bilər.
Bu Bəyanatın məqsədi ictimaiyyəti və beynəlxalq tərəfdaşları məlumatlandırmaq, eyni zamanda fotoqrafiya sahəsində fəaliyyət göstərən qurum və şəxsləri rəsmi statusa, hüquqi əsaslara və doğru məlumatlara diqqət və həssaslıqla yanaşmağa çağırmaqdır.
Azərbaycan Fotoqrafları Birliyi ölkədə fotoqrafiyanın inkişafı, peşəkar mühitin formalaşması və beynəlxalq əlaqələrin sağlam əsaslar üzərində qurulması istiqamətində fəaliyyətini davam etdirir və bu sahədə etik davranışın, qanunauyğunluğun və ictimai etimadın qorunmasını vacib hesab edir.
Azərbaycan Fotoqrafları Birliyi (AFB)
Aşağıda Azərbaycan Fotoqrafları Birliyinin rəsmi müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş məktub təqdim olunur.


AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Fevral 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri