Icma.az
close
up
RU
Azərbaycan gələcək dünya düzəninə konseptual baxışını ortaya qoyub

Azərbaycan gələcək dünya düzəninə konseptual baxışını ortaya qoyub

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Heydər Əsədovun Yap.org.az-a müsahibəsi

- Heydər müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsi zamanı çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına müsahibəsi çağdaş beynəlxalq münasibətlər sisteminə yeni yanaşmanı əks etdirən, çoxvektorlu regional və qlobal məsələlərin dərindən təhlil edildiyi mühüm fikirləri özündə ehtiva edir.

Azərbaycan Prezidenti vurğulayıb ki, XII Qlobal Bakı Forumunda müxtəlif fikirlərin kombinasiyası mövcuddur, onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Belə bir intellektual mühit yeni ideyaların formalaşması baxımından əhəmiyyətlidir. Bu kontekstdə Bakı artıq qlobal düşüncənin koordinasiya nöqtəsinə çevrilməkdədir.

Müsahibənin əsas məqamlarından biri də mövcud beynəlxalq sistemin artıq əvvəlki funksionallığını itirməsi ilə bağlıdır. Cənab İlham Əliyev qeyd edib ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir, bildiyimiz dünya nizamı artıq mövcud deyil. Bu, öz növbəsində beynəlxalq hüququn selektiv tətbiqinin, ikili standartların və beynəlxalq təşkilatların nüfuz itkisinin nəticəsidir. Belə bir şəraitdə hər bir dövlətin daxili dayanıqlıq potensialı ön plana çıxır.

Bu kontekstdə dövlətimizin başçısının vurğuladığı fikir olduqca önəmlidir: “Hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır”. Bu, əslində beynəlxalq münasibətlərdə realist yanaşmanın əsas müddəalarından biridir. Qlobal proseslər artıq göstərir ki, dövlətlərin taleyi öz imkanlarına əsaslanmalıdır.

- Azərbaycan Prezidenti Avrasiyanın mühüm geostrateji məkanlarından olan Cənubi Qafqaz bölgəsində dayanıqlı sülh, etibarlı təhlükəsizlik və hərtərəfli işbirliyi məsələsi ilə əlaqədar önəmli fikirlər səsləndirdi…

Bəli, dövlət başçısının müsahibəsində mühüm məqamlardan biri də Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlıdır. O bildirib ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Bu yanaşma həm siyasi, həm də tarixi kontekstdə təhlil edilir. Həm keçmişin təcrübələrindən nəticə çıxarmağın, həm də gələcəkdə sabitliyin təmin olunması üçün yeni təhlükəsizlik mexanizmlərinin yaradılması vacib əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Sovet dövrünün qonşuluq əlaqələrinə istinadı da maraq doğurur. Dövlətimizin başçısı qeyd edib ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Hərçənd o dövrdə müstəqillik yox idi, amma regionda müəyyən siyasi koordinasiya və təmaslar mövcud idi. Bu keçmiş təcrübədən nəticə çıxararaq müstəqil dövlətlər səviyyəsində daha konstruktiv əlaqələr qurmaq mümkündür.

Azərbaycan Prezidentinin müsahibədə səsləndirdiyi fikirlərdən biri də budur: “Öz resurslarımıza güvənirdik, suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”. Bu yanaşma müasir dövrdə dövlətlərin öz daxili resurslarına əsaslanaraq siyasət yürütməsinin nə qədər zəruri olduğunu göstərir. Kiminsə yardımına bel bağlamaq həm zəiflik, həm də strateji asılılıq yaradır. Bu isə uzunmüddətli perspektivdə dövlətlərin suveren qərarvermə qabiliyyətini riskə atır.

Müsahibənin yekun hissəsində dövlətimizin başçısı Ermənistanla sülh sazişinin hələ də imzalanmadığını qeyd edərək bildirib ki, sülh sazişi imzalanmadan regionda sabitlik olmayacaq. Bu, həm regional, həm də qlobal konfliktlərin həlli üçün mühüm yanaşmadır. Sabitlik yalnız hərbi əməliyyatların dayanması ilə yox, sülh müqaviləsi ilə təmin olunur. Qarabağ münaqişəsinin həllini nümunə kimi təqdim edən Prezident İlham Əliyev bu məsələnin beynəlxalq hüquq və tarixi ədalət üzərində qurulduğunu bildirib.

- Dövlət başçısı beynəlxalq münasibətlər sistemində selektiv və ikili standartlara əsaslanan yanaşmalara diqqəti cəlb edərək milli diplomatiyanın qarşısında duran vəzifələrə nəzər saldı. Bu kontekstdə fikirləriniz nədən ibarətdir?

Müsahibədə xüsusi yer tutan digər bir məsələ beynəlxalq təşkilatların zəif fəaliyyət göstərməsi ilə bağlıdır. Prezident İlham Əliyev qeyd edib ki, bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Belə məqamda ikitərəfli münasibətlərin önə çıxması dövlətlərin xarici siyasətinin çevik və praqmatik modellər üzərində qurulmasına səbəb olur.

Əslində, bu yanaşma yalnız bir ölkənin seçimindən irəli gəlmir, qlobal səviyyədə müşahidə olunan tendensiya artıq multilateralizmin yerini fərdi və çevik diplomatik əlaqələrə verir. Bu, bir daha onu göstərir ki, diplomatik müstəvidə infrastruktur deyil, etibarlı və konkret maraqlara söykənən münasibətlər həlledici rol oynayır.

Bütövlükdə, dövlət başçısının müsahibəsi yalnız cari hadisələrin şərhi deyil, eyni zamanda, gələcək dünya düzəninə konseptual baxışdır. Müsahibədə qeyd olunan fikirlər sübut edir ki, dövlətin əsas dayağı – daxili potensial, realist strateji baxış və müstəqil qərarvermə mexanizmidir. Yeni dünya nizamının hələ formalaşmadığı bir vaxtda bu kimi yanaşmalar gələcəyin konturlarını müəyyənləşdirən təməl prinsiplər kimi çıxış edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri