Icma.az
close
up
RU
Azərbaycan gənclərini udan “Mavi Balina”nı necə durduraq? Valideynlər, diqqətli olun!

Azərbaycan gənclərini udan “Mavi Balina”nı necə durduraq? Valideynlər, diqqətli olun!

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yardımlıda “Mavi Balina” oyununun təsiri altına düşərək intihar edən Ələkbər Şükürlünün ölümü təhlükəli oyunu yenidən gündəmə gətirib. Məlum olduğu kimi, uzun müddətdir bu oyun uşaqların intiharına səbəb olur. Baş verən hadisə ictimaiyyətdə narahatlıq yaradır.

Bildiyimiz kimi, “Mavi Balina” (digər adı “Səssiz ev”) ölümcül oyundur və sonunda uşaqlar mütləq intihar edir. Belə ki, onu oynamağa başlayan yeniyetmə müntəzəm olaraq müxtəlif tapşırıqlar alır. Birinci tapşırıq əlini cızaraq mavi balinanı çəkib, sübut kimi bir fotoşəkil göndərmək, son tapşırıq isə intihar etməklə bağlı olur. Oyunların “aparıcıları” iştirakçıların ünvanını müəyyən etdikdən sonra onları şantaj edir, intihar etməsələr yaxınlarından bir nəfəri öldürəcəklərini deyirlər. Maraqlısı da odur ki, “kuratorlar” rolunu kimlərin oynadığı hələ müəyyən edilməyib.

“Mavi Balina” oyunu 50 gün davam edir. Həmin 50 gün ərzində yeniyetmə yerinə yetirməli olduğu tapşırıqları alır və hər dəfə daha çox intihara meylli olur. Ən qəribəsi də odur ki, sosial şəbəkələrdə bu qruplardan şikayət edənlər azdır. Bəs bu oyun necə yayılır? İntiharın qarşısı hansı yolla alına bilər?

Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, “Mavi Balina” oyunu son illərdə yenidən gündəmə gələn və xüsusilə yeniyetmələr arasında ciddi təhlükələr yaradan bir onlayn fenomendir.

Elvin Həsənov

Onun sözlərinə görə, bu, əsasən video oyun deyil, daha çox sosial şəbəkələr vasitəsilə yayılan və psixoloji manipulyasiya üsullarından istifadə edən bir növ təhlükəli tapşırıq seriyasıdır:

“İlk dəfə 2016-cı ildə Rusiyada ortaya çıxıb və araşdırmalara görə bu oyunun yaradıcısı Filipp Budeikin adlı bir şəxs olub. O, psixoloji cəhətdən zəif və depressiyada olan yeniyetmələri hədəf alaraq onların “cəmiyyətdə yerinin olmadığını” sübut etməyə çalışıb. Nəticədə isə həmin uşaqları intihara sürükləyib. Budeikin daha sonra həbs olunsa da, oyunun müxtəlif versiyaları və oxşar konsepsiyaları fərqli adlarla internetdə yayılmağa davam edib. Bu “Mavi Balina” oyunu əsasən sosial media platformalarında, xüsusilə “Vkontakte”, “Facebook”, “Instagram” və “WhatsApp” kimi tətbiqlərdə gizli qruplar və fərdi mesajlaşmalar vasitəsilə yayılır. Oyuna qoşulmaq istəyən və ya təsadüfən bu qruplara düşən şəxslər kurator və ya mentor adlandırılan şəxslər tərəfindən nəzarət altına alınır. Kuratorlar oyunçulara 50 gün ərzində yerinə yetirilməsi tələb olunan tapşırıqlar verirlər. Bu tapşırıqlar ilkin mərhələdə çox zərərsiz görünə bilər. Məsələn, gecə saat 4-də oyanmaq, qorxulu film izləmək və ya müəyyən bir rəsmi çəkmək kimi. Lakin oyun irəlilədikcə tapşırıqlar tədricən təhlükəli və zorakı xarakter alır. Bədənə kəsiklər etmək, hündür binaların damlarına çıxmaq, təhlükəli yerlərdə gəzmək və özünə fiziki zərər vermək kimi tapşırıqlar verilir. Sonuncu və ən təhlükəli tapşırıq isə iştirakçının özünü öldürməsi olur. Oyunçular bu tapşırıqları yerinə yetirmədikdə kuratorlar onları və ailə üzvlərini təhdid edir. Hədə-qorxu ilə oyunçuların oyunu tərk etməsinə imkan verilmir və onlara daim nəzarət edildiyi hiss etdirilir”.

E.Həsənov təhlükənin qarşısının alınması ilə bağlı təklif irəli sürüb:

“Psixoloji təzyiq, təhdidlər və izolyasiya hissi bu oyunçuların çıxış yolu görməyərək intihara sürüklənməsinə səbəb olur. Oyunun təhlükəsi ondan ibarətdir ki, insan psixologiyasına dərin təsir göstərir və manipulyasiya üsullarından istifadə edir. Oyun sosial mühəndislik texnikaları ilə hazırlanıb, bu da insanların emosional zəifliklərindən istifadə etməyə imkan verir. Yeniyetmələr həyatlarında qarşılaşdıqları stress, təzyiq və sosial qəbul olunma ehtiyacı səbəbindən bu cür oyunların təsirinə daha asan məruz qalırlar. Bu oyunla bağlı yayılan xəbərlər və statistika da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Düşünürəm ki, belə təhlükəli onlayn oyunların qarşısını almaq üçün valideynlər, məktəblər və dövlət qurumları birgə çalışmalıdır. İlk növbədə, valideynlər övladlarının internetdə keçirdiyi vaxtı izləməli və sosial media fəaliyyətlərinə nəzarət etməlidirlər. Çünki bu oyunların say olaraq bir neçəsi mövcuddur. Məsələn, Momo Challange, Choking game – (boğulma oyunu), Salt and Ice Challenge, Fire Fairy Challenge və s. Ümumiyyətlə, texnoloji yanaşma ilə valideynlər nəzarət proqramlarından istifadə edə bilərlər. “Google Family”, “FamilyTime”, “Parental control” (valideyn nəzarəti) və s. tətbiqləri vasitəsilə uşaqların internetdə hansı məzmunlara baxdıqları izlənilə və zərərli məzmunlara giriş məhdudlaşdırıla bilər”.

Psixoloq Nizami Orucov isə mövzunu Globalinfo-ya şərh edərkən bildirib ki, “Mavi Balina” oyunu hər yeniyetməni intihara məcbur etmir:

Nizami Orucov

“Evdə sevgi görən, sağlam psixoloji mühit və münasibətləri olan, maraqlı digər məşğuliyyətləri olan yeniyetmələrdə bu halların görülmə ehtimalı yox dərəcəsindədir. Bunun tam əksi, sevgi görməyən, toksik mühitdə böyüyən, marağı sadəcə oyunlara olan, ailəsi ilə ünsiyyəti az olan yeniyetmələrdə oyunun təsiri ilə intihar hadisəsi görülə bilər”.

Psixoloq valideynlərin övladlarını bu təhlükədən necə qoruya bilməsi haqda fikir bildirib:

“Burda limitlər və övlada nəzarət çox önəmlidir. Kiçik yaşlarından oyuna maraq göstərən uşaqlar, getdikcə hər növ oyunu oynamağa başlayırlar. Buna əsas səbəb isə nəzarətsizlikdir. Uşağın marağını nə ilə təmin etməsinə, vaxtını kiminlə, necə oyunlarla keçirdiyinə xüsusi diqqət yetirilməlidir. Çünki bunlar övladımız haqqında bizə müəyyən siqnallar, məlumatlar ötürür. Digər qoruma üsulu isə telefon və ya kompüterlərə vaxt limiti, yaxud da müəyyən edilmiş saytlara girişin qadağan olunması, əlavə olaraq da “valideyn nəzarəti” rejiminin bütün evdəki cihazlarda aktiv edilməsi ola bilər. Bunlar müəyyən yaş dövrünə qədər valideynin etməli olduğu şeylərdir. Əks halda nəzarətsizlik xoşa gəlməz hallara, hətta ölümə belə gətirib çıxada bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Fevral 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri