Icma.az
close
up
RU
Azərbaycan gənclərinin akademik təhsilə cəlb olunması üçün təşviq edən siyasət və zamana ehtiyac var

Azərbaycan gənclərinin akademik təhsilə cəlb olunması üçün təşviq edən siyasət və zamana ehtiyac var

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Cənab prezident Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı dövlət qərarını 2007-ci ildə imzalayıb. Bu proqram çərçivəsində bizim 3500-dən çox gəncimiz dünyanın ən nüfuzlu təhsil müəssisələrində təhsil alırlar. Hər zaman düşünmüşəm ki, biz bu gənclərin bir qismini yavaş-yavaş elmi fəaliyyətlə məşğul olmasına imkan yaratmalıyıq. Təəssüf ki, zamanında Azərbaycan dövlətinin büdcəsi hesabına xaricdə təhsil almış gəncləri biz elmə gətirə bilmədik. Növbəti dövlət proqramında bakalavr pilləsi ilə bərabər magistr pilləsində təhsil alınmasına böyük önəm verildi. Cənab prezident o proqramın müddətini uzatmaqla doktorantura pilləsində təhsil almaqla bağlı imkanlar yaratdı”.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün görülən işlərin hədəfində Azərbaycan elminin gəncləşməsi və istedadlı gənclərin elmə həvəsləndirilməsi dayanır. Gənclərin elmi tədqiqatlarının və akademik təhsillərinin məhz dövlət büdcəsi hesabına maliyyələşməsi dayanır, ali səviyyədə hansısa imkanlar yaradılır.

İlqar Orucov

İlqar Orucov təəssüflə qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası son dövrlərdə o missiyanı həyata keçirə bilmədi.

“2013-cü ildə akademiyada çox böyük böhranlar yaşanmağa başlandı. Görüntü xarakterli işlər həyata keçirildi, gənclər elmdən soyudu. Yalançı himayədarlıqla gənclər küsdürüldü və son illərdə bu işlərdə dönüş var. Elmi tədqiqat institutlarının böyük bir hissəsi Elm və Təhsil Nazirliyinə birləşdirildi. Azərbaycan Milli Elmlər Akademiyasında yeni reformlara başlanıldı və yeni rəhbərlik gənclərin elmə gəlməsinə çox böyük dəstək göstərir”-deyən ekspert əlavə edib ki, bu işlər mütləq şəkildə davam etdirilməlidir. Azərbaycanda dövlətin elmi, texniki siyasətini həyata keçirən qurum kimi Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müsbət işlər görülməkdədir. Ekspert heab edir ki, bunun nəticələri mütləq şəkildə olacaq və Azərbaycan elmi gəncləşməyə doğru gedəcək.

“Bu işlər elmi tədqiqat institutlarında da ciddi şəkildə aparılmalıdır. Bu reformların aparılmasına həqiqətən ehtiyac var. Elmi müəssisələr gəncləşməlidir və orada maliyyələşmə üsullarını yeniləməliyik. Həqiqi elmi mühiti bərpa etməliyik.

2003-cü ildən gənc alimlər yarananda, təməli ümummilli lider tərəfindən qoyulmuş və 2003-cü ildə hakimiyyətə gələn prezidentimiz İlham Əliyev tərəfindən işlərin nə qədər böyük ürək yanğısı ilə dövlətimizin gələcəyi naminə görülən işləri görürdük. Elmi gənclik hərəkatını yaradarkən, elmlə məşğul olan gənclərin xeyli problemləri var idi. Artıq, o problemlərin xeyli hissəsi həll olunub. Yetər ki, biz o elmi mühiti yarada bilək, ümumilikdə o elmi fəaliyyət həm də bir könül işidir. Elmi fəaliyyətlə məşğul olan insanları mütləq təbliğ etməliyik. Elmin populyarlaşması istiqamətində işlər görməliyik. Elmi fəaliyyətlə məşğul olan insanlar elmə böyük maddiyyat qarşılığında gəlmirlər, bu həm də bir könül işidir. İnsanın içində olan o intellektin reallaşması üçün bir fəaliyyət növüdür. Biz bu imkanları gənclərimiz üçün yaratmalıyıq. Azərbaycan xalqı çox intellektual xalqdır. Biz dağılmış elmi məktəbləri, bizim görkəmli alimlər tərəfindən zamanında yaradılmış məktəbləri bərpa edə bilərik. Düzgün siyasət və zamana ehtiyac var. Çünki, elmlə məşğul olan insanın, nəticələri 10 il və artıq müddətdə görə bilirik”-deyə təhsil eskperti bildirib.

İlqar Orucov hesab edir ki, elmin maliyyələşməsi, yeni mexanizmlərin tətbiqi çox vacibdir: “Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində kifayət qədər yeni yanaşmalar var. O yanaşmaların həyata keçirilməsi üçün mühit və ali səviyyədə istək var. Yetər ki, biz bu işləri davam etdirək.

Elm, biznes və istehsalat ümumilikdə elmin, innovasiyaların tətbiqi ilə bağlı işlərin genişləndirilməsinə böyük ehtiyac var və bununla bərabər xeyli bürokratik maneələr var. O bürokratik maneələr mütləq şəkildə aradan qaldırılmalıdır. Elə bir nəzarət mexanizmi yaradılmalıdır ki, burada artıq nəticə olaraq qazanan elmimiz olsun, elmlə məşğul olan insanlarımız olsun. Yekunda elmi mühit bərqərar olunsun”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri