Icma.az
close
up
RU
Azərbaycan geosiyasəti və Türk islam birliyinin yeni modeli

Azərbaycan geosiyasəti və Türk islam birliyinin yeni modeli

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü təkcə iqtisadi potensial və hərbi qüdrətlə ölçülmür. Mənəvi və ideoloji resurslar, dini diplomatiya, mədəni və tarixi irs getdikcə geosiyasi təsir alətləri olaraq daha geniş vüsət alı. Məhz bu kontekstdə Azərbaycanın son illərdə nümayiş etdirdiyi yanaşma xətti cəlbediciliyi ilə xüsusi diqqət çəkir. Rəsmi Bakı yalnız türk inteqrasiyasının mənəvi həmrəylik ölçüsünü institutlaşdırmır, həm də özünü türk dünyası ilə daha geniş İslam məkanı arasında etibarlı körpü kimi təsdiqləyir. Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi və eyni zamanda Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci iclasının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təsadüfi deyil. Bu, dini diplomatiyanın Azərbaycanın geosiyasi strategiyasının ayrılmaz hissəsinə çevrilməsini nümayiş etdirən növbəti bir addımdır.

Əhəmiyyətli məqəmlardan da biri odur ki, nümayəndə heyətinin tərkibi TDT-ın üzv dövlətlərinin hüdudlarından kənara çıxır. Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan ruhani idarələrinin rəhbərləri ilə yanaşı, Şimali Kipr, Çeçenistan, Dağıstan, Gürcüstan və Suriyadan nümayəndələr, eləcə də IRCICA (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) və s. rəsmilər Bakıya gəldilər. Bu format Azərbaycan paytaxtını birbaşa ünsiyyət kanallarına malik olmayan müəyyən icmalar və qurumlar üçün toplanma mərkəzinə çevirir. Beləliklə, Bakı praktik olaraq təkcə türk deyil, həm də daha olan geniş İslam vasitəçisi rolunu təsdiqləyir.

Bu kontekstdə Yəhya Bakuvi obrazı sadəcə bir xatirə funksiyasından daha çox şeyə xidmət edir. XV əsrdə yaşayıb-yaratmış bu orta əsr mütəfəkkirinin irsinə istinad etmək, o cümlədən Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etmiş bir çox dahi şəxsiyyətləri, şairləri, mütəfəkkirləri olam Nizami və Xaqanidən, Nəsimi və Füzuliyə qədər qırılmaz bir mədəni davamlılıq xətti qurmağa imkan verir. Azərbaycan üçün bu, tarixə mücərrəd bir hörmət kimi deyil, yumşaq güc mənbəyi kimi də vacibdir, çünki ölkəmiz torpağımızın İslam sivilizasiyasının kənarında deyil, intellektual mərkəzlərindən biri olduğunu vurğulayır. Beləliklə, dini diplomatiya mədəni və tarixi legitimlik qazanır, türk inteqrasiyasısı isə mövcüd dəyərləri daha da zənginləşdirir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın unikal mövqeyini vurğulaması görüşün gündəliyinin əhəmiyyətli hissələrində oldu. Dövətimiz Türk dünyasının bir hissəsi və eyni zamanda Qafqaz ölkəsi olaraq, tarixən bir-biri ilə sıx bağlı olan iki məkanı birləşdirməyə qadirdir. Qafqaz Albaniyası, Qəbələ və Naxçıvana istinadlar sadəcə tarixi ekskurs deyil, əksinə, Bakının türk dövlətləri və Qafqaz xalqları arasında dialoq üçün təbii platforma kimi lehinə bir arqumentdir. Dağıstan, Çeçenistan, Gürcüstan və Suriyadan olan dini liderlərin iştirakı bu tezisə praktiki əhəmiyyət verir.

Bundan əlavə, dövlət başçısının çıxışında Qarabağ məsələsi xüsusi yer tutdu və bu, təbiidir. Nümayəndə heyətinin Ağdama, Xankəndiyə, Xocalıya və Şuşaya planlaşdırılan səfəri dini liderləri otuz illik işğalın nəticələrinin və yenidənqurma işlərinin miqyasının şahidlərinə çevirir. 65 məscidin dağıdılması, dini məbədlərin təhqir edilməsi, etnik təmizləmə və hərbi cinayətlər burada erməni vandallarının təkcə xalqımıza qarşı deyil, həm də bütün İslam dünyasına qarşı təhqir. Prezident İham Əliyevin vurğuladığı: "Bəli, bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" sözləri Azərbaycanın kədərli keçmişini və tarixi ədaləti rəhbər tutaraq, firavan gələcəyin qurulmasının tərəfdarı olduğunu bir daha təstiqləyir. Bu məsələ ümumislam həmrəyliyi çərçivəsində daim nəzərdən keçirilirməli və "Böyük Qayıdış" proqramı, o cümlədən 48 şəhər və kənddə həyatın bərpası Azərbaycanın təkcə ədaləti bərpa etmək deyil, həm də yaratmaq qabiliyyətinin sübutu kimi qəbul edilir. Lakin hər şeyi dini amilin səfərbərliyinə endirmək həddindən artıq sadələşdirmə olardı. Ermənistanla davam edən sülh prosesi gedir, lakin hərbi gücün, xalqın iradəsinin və milli birliyin suverenliyin qarantı olaraq qalması daha aktual amillərdir. "Güc haqdır" prinsipi rəsmi Bakı tərəfindən irəli sürülməyib, lakin bu reallıqla hesablaşmaq məcburiyyətindədir. Bu məntiqdə dini diplomatiya güc siyasətini tamamlayır: beynəlxalq legitimlik və zəruri xətt üçün mənəvi əsaslandırma yaradır, onu ədalət və mənəvi birlik dilində təqdim edir.

Bu fonda, Bakıda keçiriləcək növbəti İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü, Azərbaycanın türk formatında toplanmış potensialı daha geniş İslam gündəliyinə çevirə biləcəyinin sınağına çevrilir. Uğur yalnız bəyannamələrdən deyil, həm də birgə təhsil və ekstremizmə qarşı proqramlardan tutmuş beynəlxalq təşkilatlarda mövqelərin əlaqələndirilməsinə qədər işləyən mexanizmlər təklif etmək qabiliyyətindən asılı olacaq. İslam dünyasının daxili ziddiyyətləri, müəyyən gərginliklər və rəqabət aparan təsir mərkəzləri, Bakının gözardı edə bilməyəcəyi ciddi məhdudiyyətlər olaraq qalır.

Buna baxmayaraq, ümumi istiqamət aydındır. Azərbaycan ardıcıl olaraq TDT-nın institusional nüvəsinin mədəni-tarixi özəyi və Qarabağ məsələsi ilə tamamlandığı, dini diplomatiyanın isə güc siyasəti ilə yumşaq güc arasında körpü rolunu oynadığı çoxşahəli və dayanıqlı bir konstruksiya qurur. Bu modelin nə qədər davamlı olacağını zaman göstərəcək, lakin artıq aydındır ki, rəsmi Bakı mənəvi ölçüyə geosiyasətin əlavəsi kimi deyil, onun ayrılmaz hissəsi kimi baxır.

Masil Dəmirov 

Beynəlxalq münasibətlər üzrə analitik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri