Sağlam hesab etdiyimiz bu qidalar dişləri məhv edirmiş
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Sağlam və faydalı hesab olunan bəzi qidalar uzunmüddətli və tez-tez qəbul edildikdə diş minasını tədricən aşındıra bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə stomatoloq Lyudmila Berezina məlumat verib.
Həkim ilk növbədə sitrus meyvələrinin — limon, portağal, qreypfurt və onların şirələrinin dişlərə zərər verə biləcəyini qeyd edib:
“Onların tərkibindəki üzvi turşular dişlərlə uzun müddət təmasda olduqda minanı tədricən nazikləşdirir. Xüsusilə davamlı olaraq limonlu su içmək, sitrus dilimini ağızda saxlamaq və ya sormaq vərdişi olduqca zərərlidir”.
Stomatoloq dişlər üçün gözlənilmədən təhlükə yarada biləcək digər məhsul kimi quru meyvələrin adını çəkib. Onun sözlərinə görə, kişmiş, ərik qurusu (qaysı), xurma və qurudulmuş quşüzümünün tərkibində qatılaşdırılmış şəkər var və onlar yapışqan quruluşa malikdir. Mütəxəssis xəbərdarlıq edib ki, bu qidaların hissəcikləri dişlərin arasında və çeynəmə səthindəki təbii çökəkliklərdə uzun müddət qala bilər.
L. Berezina əlavə edib ki, sirkəli məhsullar — turşuya qoyulmuş tərəvəzlər, bəzi salat sousları və bəzən “sağlamlıq üçün” içilən alma sirkəsi də tez-tez istehlak edildikdə dişlərə zərər vurur. Həkim sirkə turşusunun dişlərlə müntəzəm təmasının eroziya riskini artırdığını izah edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Noyabr 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















