Icma.az
close
up
RU
Azərbaycan gömrükçüləri 200 kq narkotiki niyə aşkarlaya bilməyib? “Formadan düşüblər”

Azərbaycan gömrükçüləri 200 kq narkotiki niyə aşkarlaya bilməyib? “Formadan düşüblər”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Əgər bu avtomobil 2 dəfə yoxlamadan keçibsə, narkotik niyə aşkar olunmayıb?”

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Natiq Cəfərli deyib.

O, Azərbaycan ərazisindən tranzit kimi keçən maşında Gürcüstan gömrük işçilərinin 200 kiloqram narkotik aşkarlaması faktını şərgh edb:  pizza sifarişi

“Təbii ki, bu hadisə müəyyən suallar yaradır. Avtomobil 2 dəfə yoxlamadan keçib, həmin yoxlama zamanı hansı səhvlər olub, hansı prosedur qaydalarına əməl edilməyib, narkotik niyə aşkar olunmayıb, - bütün bunlar ciddi araşdırılmalıdır.

İkincisi, göründüyü qədər ilə, son 5 ildə sərhədlərin bağlı olması sanki az qala sərhəddə dayanan insanların peşəkarlıq səviyyəsinə təsir göstərib. Obrazlı desək, onlar artıq formadan düşüblər. Əvvəllər daha ciddi yoxlamalar aparılırdısa, bəlkə də indi yoxlamaların ciddiyyəti, yaxud onların hansısa prosedur qaydalarında problemlər var”. 

Ekspert qeyd edib ki, Gömrük Komitəsi daxili istintaq aparılmalı və sözügedən avtomobilin keçidi zamanı prosedur qaydalarının pozulması ilə bağlı ictimaiyyətə məlumat verməlidir:

“Başqa məqamlar da ola bilər. Yəni hansısa bir sövdələşmə istisna deyil. Amma bu istintaqın gələ biləcəyi nəticədir”.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda - 200 kiloqram heroini müsadirə ediblər. Gürcüstan DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı 1989-cu il təvəllüdlü İran vətəndaşı M.B. saxlanılıb.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri