Azərbaycan güclü makroiqtisadi sabitliyə, əlverişli biznes mühitinə malikdir Baş nazirin müavini
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malikdir.
Redaktor.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
"Dünya Bankının ‘Business Ready" sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. "Fitch" və "Moody"s" beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib. Həmçinin "Moody"s"in qiymətləndirməsi müraciətsiz aparılıb", - deyə S.Şərifov diqqətə çatdırıb.
Baş nazirin müavini, eyni zamanda, Azərbaycanın nəqliyyat, dəniz limanı, dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük vəsait yatırdığını, rəqəmsal transformasiya istiqamətində də mühüm irəliləyiş əldə etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















