Icma.az
close
up
RU
Baş nazirin müavini: Azərbaycan Cənubi Qafqazın ən açıq və əlverişli biznes mühitinə malik dövlətidir

Baş nazirin müavini: Azərbaycan Cənubi Qafqazın ən açıq və əlverişli biznes mühitinə malik dövlətidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şanxay, 5 noyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayəsi ilə Şanxayda 8-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyan nüfuzlu beynəlxalq sərgidə bir neçə ölkənin hökumət rəhbəri, nazirlər, beynəlxalq və regional təşkilatların rəhbərləri, iri şirkətlərin idarəediciləri iştirak edir. Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti sərgiyə qatılıb.

Tədbirin açılış mərasimində çıxış edən Çinin Dövlət Şurasının Sədri (Baş nazir) Li Çian sərginin Çini dünya ilə birləşdirən əhəmiyyətli bir körpü olduğunu deyib. Dünyanın 150-dən çox ölkəsindən 4100-dən çox şirkətin iştirak etdiyini, bu cür rekord göstəricilərin Çinin nəhəng bazarının canlılığını və dinamizmini tam nümayiş etdirdiyini deyən Li Çian əlavə edib ki, Çin 1,4 milyardlıq böyük bir bazarın potansialını tam ortaya çıxarmaq üçün daxili tələbatı, xüsusilə istehlakı artırmaqdan ötrü daha çox səy göstərəcək.

Sərgi çərçivəsində “Dünya Açıqlıq Hesabatı 2025”in təqdimat mərasimində çıxış edən Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət açıq, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi modelin qurulmasına yönəlib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqabətqabiliyyətli iqtisadiyyat, təhlükəsiz cəmiyyət, yaşıl artım, müasir idarəetmə və insan kapitalının inkişafı əsas istiqamətlər kimi müəyyən olunub.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizi Cənubi Qafqazın ən açıq və əlverişli biznes mühitinə malik dövlətinə çevirib. Son illərdə sahibkarlığın dəstəklənməsi və rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Rəqəmsal iqtisadiyyat və sənaye transformasiyasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayan Ş.Mustafayev “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində müəssisələrin modernləşdirilməsi, rəqəmsal transformasiya və startap ekosisteminin formalaşdırılması istiqamətində real nəticələr əldə olunduğunu, vergi sahəsində aparılan islahatların şəffaflığı artırdığını, kölgə iqtisadiyyatının miqyasını azaltdığını, könüllü vergi ödəmələrini stimullaşdırdığını söyləyib.

Baş nazirin müavini investisiya təşviqi və sənayeləşmə siyasəti nəticəsində minlərlə yeni iş yerinin yaradıldığını, Ələt Azad İqtisadi Zonası və sənaye parklarının ölkə iqtisadiyyatına yeni dinamika gətirdiyini diqqətə çatdırıb. O, “Yaşıl artım” siyasəti çərçivəsində 2030-cu ilə qədər bərpa olunan enerji gücünün 30 faizə çatdırılmasının hədəfləndiyini vurğulayıb, bu istiqamətdə xarici tərəfdaşlarla, o cümlədən Çin şirkətləri ilə əməkdaşlıqdan söz açıb.

Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə açıq və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu bildirən Ş.Mustafayev ölkəmizin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını, yaradılmış infrastrukturun Çindən Avropaya qədər uzanan ticarət əlaqələrinin etibarlı qovşağı olduğunu deyib.

“Prezident İlham Əliyev və Sədr Si Cinpin arasında formalaşmış etimad münasibətləri əməkdaşlığı yeni mərhələyə yüksəldib. Cari ilin aprelində Pekində iki ölkənin liderləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirib”, -deyən Baş nazirin müavini əlavə edib ki, Azərbaycan Çin ilə hərtərəfli strateji tərəfdaşlığın güclənməsini prioritet hesab edir. Son illərdə həm dövlət rəsmilərinin, həm də özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin sayının artması ikitərəfli əlaqələrdə dinamizmin, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq gündəliyinin zəngin olmasının göstəricisidir.

Ş.Mustafayev Azərbaycanın “Invest in Azerbaijan” platforması və ticarət evləri vasitəsilə öz məhsullarını tanıtdığını, Çin şirkətləri isə ölkəmizin sənaye və enerji layihələrində fəal iştirak etdiklərini deyib.

Baş nazirin müavini Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti sərginin ekspozisiya sahəsindəki Azərbaycanın vahid ölkə və kommersiya stendləri ilə tanış olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri