Icma.az
close
up
RU
Baş nazirin müavin: Azərbaycan Çin ticarət və sərmayə əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar var

Baş nazirin müavin: Azərbaycan Çin ticarət və sərmayə əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar var

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siamen, 8 sentyabr, AZƏRTAC

Çinin Fucien əyalətinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin və Fucien əyalət hökumətinin ev sahibliyi ilə keçirilən sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün vacib beynəlxalq platformalardan hesab olunur. Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmiləri, 5 min şirkət, 50 mindən çox iş adamı iştirak edir.

Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Bu, Azərbaycanın Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində 2-ci iştirakıdır.

Əvvəlcə Çin Dövlət Şurası sədrinin müavini (Baş nazirinin müavini) Hı Lifenin tədbirdə iştirak edən yüksək vəzifəli qonaqlarla görüşü olub. Sərginin açılış mərasimində Hı Lifen Çin Sədri Si Cinpinin sərgi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Mərasimdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev dövlət başçıları İlham Əliyev və Si Cinpinin səyləri nəticəsində Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, cari ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanatın imzalandığını, bu tarixi hadisənin Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Çinə bir neçə gün əvvəl baş tutan səfərini xatırladan Ş.Mustafayev səfər çərçivəsində Çin lideri Si Cinpin ilə keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin münasibətlərin inkişafı üçün yeni təkan verdini deyib.

“Azərbaycan Cənubi Qafqaz regionunda Çinin etibarlı tərəfdaşıdır. Bu ilin yanvar–iyul aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çoxdur”, - deyən Baş nazirin müavini əlavə edib ki, son dövrlər investisiya tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində göstərilən ikitərəfli səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar və başqa sahələrdə birgə layihələr həyata keçirilir, yaradılmış infrastruktur Çin və Azərbaycan arasında ticarət, sərmayə əlaqələrinin daha da genişlənməsi üçün əlverişli imkanlar açır.

Azərbaycanın Çin Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayan Şahin Mustafayev Çindən sonra Azərbaycanın bu təşəbbüsə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda ən çox sərmayə yatıran dövlətlərdən biri olduğunu bildirib: “Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üçün yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirir, müasir infrastruktur yaradırıq”.

Baş nazirin müavini onu da əlavə edib ki, Azərbaycanın tarixi qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi və yaxın tarixdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması üzrə əldə olunan mühüm razılaşmalar Zəngəzur dəhlizini də həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin əhəmiyyətli seqmentinə çevirərək, regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək. Ş.Mustafayev, həmçinin ölkələrimiz arasında vizasız səyahət rejiminin həm turizm əlaqələrinin inkişafına, həm mədəniyyətlərarası mübadiləyə, həm də insanlar arasında daha sıx təmasların yaranmasına xidmət etdiyini vurğulayıb.

Azərbaycanın Çində keçirilən nüfuzlu sərgilərdə mütəmadi iştirak etdiyini, bunun ölkəmizin investisiya və ticarət imkanlarını tanıtmaq, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq məqsədi daşıdığını bildirən Baş nazirinin müavini əlavə edib ki, hazırda Çində fəaliyyət göstərən 6 ticarət evi Azərbaycan məhsullarının təqdimatına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edir.

Sonra sərginin ekspozisiya sahəsindəki “Invest in Azerbaijan” vahid ölkə stendinin açılışı olub. Stenddə Azərbaycanın makroiqtisadi göstəriciləri, biznes mühiti, investisiya imkanları nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə yaradılan stenddə Ələt Azad İqtisadi Zonasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında investorlara təklif olunan imtiyazlar, ölkəmizin nəqliyyat-tranzit potensialı, turizm perspektivləri təqdim olunur. Burada, həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Neft Fondunun fəaliyyət istiqamətləri barədə məlumatlar, vizual və çap materiallar təqdim olunur. Bununla yanaşı, stenddə “Made in Azerbaijan” məhsulları nümayiş olunduğu “Azərbaycan Ticarət Ev”ləri guşəsi də təşkil olunub.

Azərbaycanın İqtisadiyyat, Çinin Kommersiya Nazirliklərinin dəstəyi, AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbiri keçirilib. Hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 100-dək iş adamının qatıldığı tədbirdə qarşılıqlı sərmayələrin təşviqi, istehsalın lokallaşdırılması imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib. O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.

Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin genişləndiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye və yaşıl enerji sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrimizin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəriciləri haqqında danışıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, energetika nazirinin müavini Elnur Soltanov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiya Korporasiyasının birbaşa investisiyalar departamentinin direktoru Janq Şuo hər iki ölkənin müvafiq sahələrdə investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər. Panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşlərlə davam edib.

Azərbaycan nüçayəndə heyətinin Fucien əyaləti partiya komitəsinin katibi Gou Cuyi, Çin kommersiya nazirinin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Lin Ci, habelə “China Energy İnternational” şirkətinin vitse-prezidenti Gou Siaonen ilə görüşlərində iki ölkə, habelə Azərbaycan ilə Çinin regionları və şirkətləri arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Dövlət Neft Fondu il “China Energy İnternational” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Siamen

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see146

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see138

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see132

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see132

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see120

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see119

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see115

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see114

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri