Azərbaycan güləşçilərindən “Zəfər Kuboku”nun ilk günündə 4 medal
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.
Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə İbrahim Həsənov (51 kiloqram) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.
Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kiloqramda Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kiloqram) isə çempion olub.
Bu mövzuda digər xəbərlər:Ağdamda keçirilən “Zəfər naminə Birlik Kuboku”nun qalibi müəyyənləşib
05 Noyabr 2026 20:39
Naxçıvanda “Zəfər kuboku”
21 Noyabr 2025 00:57
Azərbaycan cüdoçularından 4 medal Avropa kuboku
24 Noyabr 2024 14:27
Azərbaycan milliləri “Zəfər Kuboku”nda ikinci oldu
15 Aprel 2026 14:44
“Zəfər kuboku”nda daha 6 medal
15 Aprel 2026 11:48
Baxış sayı:164
Bu xəbər 13 Aprel 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















