Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan: Möhkəm təməl üzərində strateji tərəfdaşlıq münasibətləri

Azərbaycan Gürcüstan: Möhkəm təməl üzərində strateji tərəfdaşlıq münasibətləri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlarda intensivləşən qarşılıqlı yüksəksəviyyəli səfərlər Azərbaycanla Gürcüstan arasında möhkəm təməl üzərində qurulan strateji tərəfdaşlıq münasibətlərinə güclü impuls verir. Dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfərə gəlib. Bakıda yanvarın 17-də Azərbaycanın Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib. İclasda hökumət başçıları ikitərəfli əməkdaşlığın cari vəziyyətinə diqqət çəkiblər və perspektivlə bağlı fikirlərini bölüşüblər.

İki ölkə arasında fəal siyasi dialoq

Yubiley iclasında Baş nazir Əli Əsədov Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasət prioritetlərindən biri olduğunu bildirib. Vurğulanıb ki, ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Həmçinin iki ölkə arasında fəal siyasi dialoq təqdir edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstək xüsusi vurğulanıb.

Xatırladaq ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb.

Əsas ticarət tərəfdaşlarından biri

İqtisadi sektor Azərbaycan və Gürcüstanın strateji səviyyəyə yüksələn münasibətlərində mühüm yer tutur. İclasda bildirilib ki, Azərbaycan və Gürcüstan ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verirlər.

Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkə olduğu diqqətə çatdırılıb. İndiyədək Azərbaycandan Gürcüstana  3,6 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dolları ötüb. İclasda qarşılıqlı investisiyaların həcminin artırılması ilə bağlı gündəlikdə duran məsələlər nəzərdən keçirilib.

Neft-qaz sahəsində əməkdaşlıq

İki dost ölkə tərəfdaş dövlətlərlə birlikdə enerji sektorunda irimiqyaslı layihələrin reallaşdırlmasında yaxşı təcrübə qazanıblar. İclasda neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. SOCAR tərəfindən Gürcüstanda həyata keçirilən layihələr barədə söhbət açılıb, gündəlikdə duran yeni perspektivli layihələrə toxunulub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib. Bu layihələrin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, bölgənin enerji xəritəsini dəyişdiyi diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında iki ölkənin önəmli rolu qeyd olunub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınmağa başlanılmasından məmnunluq ifadə edilib.

Nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi

Yubiley iclasında nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb.

Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işin aparıldığı bildirilib.

Kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub.

Mədəni-humanitar sahədə əməkdaşlıq

Mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri təqdir edilib. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətinə toxunulub.

Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub.

İmzalanan birgə sənədlər

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.

Həmçinin Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Yanvar 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri