Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan münasibətləri: perspektivlər nədən ibarətdir?

Azərbaycan Gürcüstan münasibətləri: perspektivlər nədən ibarətdir?

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi Azərbaycan-Gürcüstan arasında dostluq, mehriban qonşuluq, qardaşlıq münasibətlərindən xəbər verir. İki ölkə arasındakı münasibətlərin inkişafı bölgə üçün müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan yüksək səviyyəli səfərlər kifayət qədər önəm daşıyır.

Milli Məclisin deputatı Naqif Həmzəyev Gürcüstan və Azərbaycanın strateji tərəfdaş olduğunu deyərək, əlavə edib ki, uzun illərdir Azərbaycan öz beynəlxalq layihələrini məhz Gürcüstan ilə əməkdaşlıq nəticəsində formalaşdırır: “Eyni zamanda, Azərbaycan, Gürcüstan, Türkiyə əməkdaşlığı nəticə etibari ilə hər üç dövlətin də iqtisadi güclənməsinə töhfə verir. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi bunun bariz nümunəsidir. Bu, Gürcüstan dövlətinin, hökumətinin, xalqının da Azərbaycana dost, qardaş və yüksək səviyyəli qonşuluq münasibəti bəsləməsindən irəli gəlməkdədir. Uzun illərdir ki, biz Azərbaycan Gürcüstan münasibətlərində artan xətt üzrə inkişafı müşahidə edirik və bu inkişaf bütün sahələr üzrə nəzərə çarpır. Xüsusilə də Azərbaycanın Gürcüstana sərmayə qoyması, Gürcüstanda yeni limanların inşası və Azərbaycan məhsullarının bu limanlar vasitəsilə dünya bazarlarına çıxarılması üçün həyata keçirilən yeni layihələr onu deməyə imkan verir ki, bu münasibətlərin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusən də Azərbaycanın son illərdə nəqliyyat xabını, şəbəkəsini qura bilməsi, şərq-qərb, şimal-cənab nəqliyyat dəhlizinin şaxələndirilməsi və Gürcüstanın da bu prosesdə əsas iştirakçılardan biri olması onu deməyə imkan verir ki, Orta dəhliz üzrə yükdaşımaların həcminin artırılması üçün biz Gürcüstanla əməkdaşlığı mütləq gücləndirməliyik və çalışmalıyıq ki, bu potensialı maksimuma qədər istifadə edək ki, mövcud imkanları düzgün dəyərləndirək, yükdaşımalar və nəqliyyat hərəkətindəki bazarda payımızı daha da artıraq”.

“Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır”

Deputatın sözlərinə görə, bununla yanaşı, Gürcüstan və Azərbaycan xalqları arasında qardaşlıq, dostluq, qonşuluq münasibətləri də var: “Azərbaycan və Gürcüstan arasında mədən, sosial münasibətlər də çox böyük önəm kəsb etməkdədir. Həm Azərbaycanda gürcüəsilli, həmçinin Gürcüstanda da azərbaycanəsilli gürcü vətəndaşları yaşayır. Bizim soydaşlarımızın orada yaşaması o deməkdir ki, azərbaycanlılar da Gürcüstan dövlətinin inkişafına töhfə verməkdədir. Bu baxımdan bizim ortaq mədəni, sosial əlaqələrimiz var və bunu inkişaf etdiririk. Eyni zamanda, təhsil sahəsində də əməkdaşlığımızı inkişaf etdirməliyik. Bir sözlə, Azərbaycan və Gürcüstan strateji müttəfiq, tərəfdaşdır. Biz bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Azərbaycan həmişə Gürcüstana olan münasibətlərə dəyər verib və Gürcüstan hökumətinin də Azərbaycana olan münasibəti onu deməyə imkan verir ki, bu əlaqələr ən üst səviyyədədir”.

“Bu münasibətlər Ermənistanı gec-tez reallıqları dərk etməyə məcbur edəcək”

N.Həmzəyev həmçinin vurğulayıb ki, Azərbaycan və Gürcüstanın nümayiş etdirdiyi birlik, bərabərlik və strateji tərəfdaşlıq Cənubi Qafqazda Qafqaz ailəsinin formalaşdırılması üçün əla zəmin yaradıb: “Yaxın gələcəkdə Ermənistanın da reallıqları düzgün dərk etməsi və Qafqaz ailəsinin formalaşdırılması üçün töhfələr verməsinə başlaması ümumilikdə Qafqaz ailəsinin yaradılmasına, formalaşdırılmasına böyük töhfə olacaq. Bu baxımdan da Ermənistan Azərbaycan-Gürcüstan münasibətlərindən düzgün nəticə çıxarmalı, Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına töhfə verməlidir. Bu münasibətlər Ermənistanı da gec-tez reallıqları dərk etməyə məcbur edəcək”.

“Gürcüstan Qərbin ədalətsiz və qərəzli təzyiqlərinə məruz qalır”

Politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda qlobal proseslər elə məzmun və keyfiyyət daşıyır ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşması ehtiyacını artırmış olur: “Hələ Gürcüstanda seçkilərdən dərhal sonra “Gürcü Arzusu” Partiyasının rəhbərliyinə daxil olan şəxslər yaxın vaxtlarda Azərbaycanla münasibətləri ən yüksək səviyyəyə, hətta strateji tərəfdaşlıq səviyyəsinə çatdıra biləcəklərini bəyan edirdilər və həqiqətən də indiki situasiyada buna ehtiyac mövcuddur. Çünki Gürcüstan da Qərbin ədalətsiz və qərəzli təzyiqlərinə məruz qalır. Eyni zamanda, Azərbaycan da beynəlxalq ermənipərəst siyasi dairələrin ədalətsiz və qərəzli təzyiqlərinə məruz qalır”.

Cənubi Qafqazın gələcək taleyi

E.Xalidbəyli əlavə edib ki, bu iki Cənubi Qafqaz dövlətinin ortaq maraqları həm geopolitik, həm də iqtisadi, ticarət, siyasi anlamda tamamilə üst-üstə düşür: “Həmçinin Azərbaycan və Gürcüstanı həm də ortaq nəqliyyat kommunikasiya marşrutlarının olması birləşdirir. Eləcə də bir çox istiqamətlər üzrə Azərbaycan və Gürcüstanın daha da yaxınlaşması üçün münbit şərait mövcuddur. Ancaq bu, yalnız iki dövlət arasında deyil, həm də üçtərəfli proses xarakteri daşıyır, Azərbaycan, Türkiyə və Gürcüstan arasında da oxşar proses davam edir. Çünki tezliklə bu üç ölkənin, yəni Azərbaycan, Türkiyə və Gürcüstan rəhbərliyinin növbəti dəfə ortaq maraqlar çərçivəsində birgə müzakirələrə başlayacaqları barədə məlumatlar mövcuddur. Yəni Cənubi Qafqazda Azərbaycan və Gürcüstan münasibətləri böyük ölçüdə bu regionun gələcək taleyini həll edə biləcək münasibətlərdir. Çünki ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı geopolitik müstəmləkəyə çeviriliblər və ona tam şəkildə nəzarət edirlər. Amma Ermənistana nəzarət Cənubi Qafqaz üzərində hegemonluq uğrunda mübarizənin qalibini müəyyənləşdirmək üçün yetərli deyil. Cənubi Qafqazda əsas iradə sahibi Azərbaycandır. Azərbaycan ABŞ və Qərbin Cənubi Qafqazda xüsusi status qazanmasının əleyhinədir və buna müqavimət göstərir. İndiyə qədər də buna nail olunub”.

Politoloq qeyd edib ki, digər tərəfdən Qərb Gürcüstanda öz hədəflərinə nail olmayıb, Azərbaycan və Gürcüstanın hazırda ortaq mövqedən çıxış etməsi Cənubi Qafqazda Qərb siyasi dairələrinin hegemoniya cəhdlərinin qarşısını almaqda böyük önəm daşıyır. Həmçinin o, bütün bunları nəzərə alanda Azərbaycan və Gürcüstan əməkdaşlığının Cənubi Qafqazın gələcək taleyini həll edə biləcək önəmli bir faktor olduğunu vurğulayıb.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Yanvar 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri