Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Azərbaycan Gürcüstan müttəfiqliyi: ortaq hədəflər, yeni perspektivlər

Azərbaycan Gürcüstan müttəfiqliyi: ortaq hədəflər, yeni perspektivlər

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki dövlət arasındakı əlaqələrin mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək mətbuata birgə bəyanatlar verdilər. Cənab İlham Əliyev iqtisadiyyat, enerji, nəqliyyat və yaşıl enerji sahələrindəki əməkdaşlığın mühüm aspektlərini diqqətə çatdırdı. Azərbaycan Prezidenti Gürcüstanın Baş naziri ilə müntəzəm görüşlərin önəmindən bəhs edərək iki dövlət arasındakı əlaqələrin nə qədər dərin və önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək, bunun iki ölkə münasibətlərinin çox yaxın və strateji xarakter daşıdığını göstərdiyini qeyd etdi. Bu görüşlər, həmçinin regional siyasi məsələlərə dair fikir mübadiləsi aparmağa imkan verir.

Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədəki əlaqələr son illərdə böyük inkişaf yolu keçmişdir. Azərbaycan bu ölkənin iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırmışdır. Bu, iki ölkə arasındakı ticarət əlaqələrini və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirir.

Energetika Azərbaycan-Gürcüstan əlaqələrinin mühüm bir sahəsidir. Birgə həyata keçirilən neft-qaz layihələri yalnız iki ölkə deyil, geniş coğrafiya üçün əhəmiyyətlidir. Azərbaycan Gürcüstan vasitəsilə 11 ölkəyə təbii qaz ixrac edir və bunun miqdarı ilbəil artır. 2024-cü ildə 25 milyard kubmetr qaz ixrac edilmiş və bunun 10%-i Gürcüstanın payına düşmüşdür. Bu əməkdaşlıq Azərbaycanın enerji ixracını genişləndirmək və yeni bazarları kəşf etmək məqsədinə xidmət edir.

Prezident İlham Əliyev, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsindən bəhs etdi. Bu gün dünyada enerji təhlükəsizliyi və ekoloji davamlılıq məsələləri ön plana çıxır. Azərbaycan və Gürcüstanın bu sahədə birgə işləməsi həm regional, həm də qlobal enerji bazarında böyük əhəmiyyət kəsb edir. Yeni “yaşıl enerji” layihələrinin uğurlu icrası iki ölkənin enerji diversifikasiyası və davamlı inkişaf məqsədinə çatmalarına kömək edəcəkdir.

Azərbaycan və Gürcüstan nəqliyyat və tranzit sahəsində də yaxından əməkdaşlıq edirlər. Hər iki dövlətin müvafiq qurumları Orta Dəhliz layihəsini həyata keçirmək məqsədilə sıx əməkdaşlıq edir. Bu layihə Avropa və Asiya arasındakı ticarət və enerji nəqliyyatını asanlaşdıracaq, regionun iqtisadi inkişafını təmin edəcəkdir.

Bütövlükdə, iki dövlət arasındakı əlaqələr regional inkişaf və sabitlik baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin bəyanatında vurğulanan iqtisadi, enerji, nəqliyyat və “yaşıl enerji” sahələrindəki əməkdaşlıq bu əlaqələrin nə qədər strateji və uzunmüddətli olduğunu göstərir. Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətt üzrə inkişafı regionda sabitlik və əməkdaşlıq mühiti yaradacaqdır.

Heydər Əsədov

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri