Azərbaycan Gürcüstan münasibətlərində ən xırda detal belə müzakirə olunur AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Gürcüstan-Azərbaycan münasibətlərinə baxarkən ilk diqqətimizi cəlb edən siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsidir".
Bu fikri Redaktor.az-a politoloq Samir Hümbətov Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfərini şərh edərkən bildirdi.
"Azərbaycan ilə Gürcüstan arasında ən önəmli məsələlərdən biri, Gürcüstan və Azərbaycanın fərqli dinlərə malik olsalar da, ortaq mədəni dəyərlər formalaşdırma bacarığıdır. İqtisadi, ticarət, siyasi əlaqələrdə vahid mövqe ortaya qoymaq, təhlükəsizlik arxitekturasında eyni nöqtədən çıxış etmək bacarığını nümayiş etdirmək önəmlidir. Əlaqələrimiz inkişaf xətti üzrə davam edir".
Politoloq bildirdi ki, iki dövlət arasında münasibətlər demək olar ki, hər gün inkişaf etməkdədir.
"Ən xırda detal belə müzakirə olunur. Tərəflər arasında soyuq münasibətlər yoxdur. Azərbaycan və Gürcüstan arasındakı əlaqələrə baxarkən yalnız Azərbaycana səfərlərlə deyil, ondan əvvəlki dövrdə olan münasibətlərə də nəzər saldıqda aydın görmək olur ki, münasibətlər daha gözəl perspektiv vəd edir", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















