Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan tərəfdaşlığı regionda sülh və tərəqqi amilidir

Azərbaycan Gürcüstan tərəfdaşlığı regionda sülh və tərəqqi amilidir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Asiyanın zəngin resursları uğrunda rəqabət yeni mərhələyə qədəm qoyur. G7 ölkələri regionun infrastruktur layihələrinə təxminən 200 milyard dollar sərmayə qoymağa hazırlaşır. Proqramın nəqliyyata aid hissəsində Avropa İttifaqının 10 milyard avro sərmayə yatırmaq istədiyi Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı da yer alır. Bu marşrut Xəzər dənizindən keçərək Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafına xidmət edir. Yükdaşıma müddətlərinin azalmasına və logistika səmərəliliyinin artırılmasına səbəb olur. Mərkəzi Asiyadan Avropaya yeganə marşrut isə Azərbaycandan keçir. Bu, regionlar arasında birləşdirici zəncir olaraq Azərbaycanın rolunu önə çıxarır.

Hazırda marşrutda yüklərin əsas hissəsi dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Yüklər Avropaya iki istiqamət üzrə nəql edilir: Azərbaycandan keçməklə Gürcüstanın Poti və Batumi limanları və Bakı – Tbilisi – Qars dəmir yolu vasitəsilə.

Qeyd edək ki, Bakı – Tbilisi – Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Uzunluğu 850 kilometr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu gün yolun yenidən qurulması və modernləşdirilməsi həyata keçirilir.

Dəhlizdə yüklər dəmir yolu ilə yanaşı, avtomobil yolları ilə də daşınır. Azərbaycan və Gürcüstan ərazisindən keçən avtomobil yolları bu zəncirin aparıcı halqasına çevrilib. Bakıdan Gürcüstan sərhədinədək avtomobil yolu 4 zolağa qədər genişləndirilib. Gürcüstanla sərhəddən isə dəhlizin bu ölkədən keçən hissəsi başlayır. Dəhliz Azərbaycanın “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən başlayıb Türkiyə ilə sərhəddəki “Sarpi” sərhəd-keçid məntəqəsində başa çatır. Hazırda Orta Dəhlizin Gürcüstan ərazisindən keçən hissəsində də təmir-bərpa işləri aparılır.

Onu da qeyd edək ki, görülən işlər Orta Dəhlizin gələcəkdə daha səmərəli istifadəsinin genişləndirilməsinə töhfə verir. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin aparıcı qüvvəsi olan hər iki ölkənin strateji mövqeyinin daha da möhkəmlənməsinə və tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradır. Azərbaycan və Gürcüstanın ixrac potensialının tam həcmdə realizə olunması üçün real imkanlar açır.

Dəhliz Avropa, Mərkəzi Asiya arasında yük daşımalarında Azərbaycan və Gürcüstanın rolunu artırmaqla yanaşı, qonşu ölkələrin iqtisadi inkişafını da stimullaşdırır. Onun önəmi Aİ – Mərkəzi Asiya Sammitində də yüksək qiymətləndirilib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Mərkəzi Asiya və Avropa ölkələri arasında əlaqələrin genişlənməsinə kömək edəcək.

O vurğulayıb ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində maneəsiz sərhəd keçidi Qara dənizə çıxış üçün də vacibdir və Cənubi Qafqazdakı siyasi vəziyyət buna kömək edir: “Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması dönüş nöqtəsi olacaq, Avropa və Mərkəzi Asiyanı daha da yaxınlaşdıracaq”.

Maraqlıdır ki, Ursula Fon der Lyayen çıxışı zamanı Gürcüstanın adını, ümumiyyətlə, çəkməyib. Halbuki, regionda enerji və kommunikasiya layihələrinin əsas aparıcı qüvvəsi Azərbaycan və Gürcüstandır. Bu ölkələr olmadan Orta Dəhlizin həyata keçirilməsi də mümkün deyil.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə aydınlıq gətirib. Dövlət başçımız ADA Universitetində “Yeni dünya düzəninə doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı dedi ki, Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccübləndim: “O, orada özlərinin Avropanın “qlobal qapısı” adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı–Tbilisi–Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı, Xəzər daşımaları – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə–Ermənistan, Ermənistan–Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır”.

Dövlətimizin başçısı daha sonra qeyd edib: “Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu ədalətsizlikdir. Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik”.

Aİ-nin Gürcüstana qarşı bu cür münsibətinin isə səbəbləri var. Gürcüstanlı politoloq Vato Şakarişvili deyib ki, Tbilisinin Moskvaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi kollektiv Qərbin xoşuna gəlməyib: “İkincisi, Gürcüstanda keçirilən parlament seçkilərində saxtakarlığa yol verildiyi bildirildi, siyasi məhbusların azad edilməsi və yeni parlament seçkilərinin elan edilməsi tələb olundu. Üçüncüsü, “Xarici təsirin səffaflığı haqqında” Qanunun qəbulu oldu. Kollektib Qərb dəfələrlə qanunun qəbuluna qarşı çıxdı. Lakin istəklərinə nail olmadılar. Gürcüstan hakimiyyətinin həyata keçirdiyi bu siyəsət Fon der Lyayen və ümumilikdə Avropa bürokratiyasını o qədər qəzəbləndirib ki, nəticədə coğrafiyanı belə unudub, özlərini bütün dünyanın gülüş obyektinə çeviriblər”.

Politoloq xatırladıb ki, Avropa bürokratiyası Gürcüstanda demokratik yolla seçilmiş hökuməti devirmək və onu öz agentura şəbəkəsi ilə əvəz etmək istəyirdi. Alınmadı, Avropa Komissiyasının sədrinin Gürcüstanın adını çəkməməsi də bununla bağlıdır: “Gürcüstana böyük təzyiqlər göstərilib, ədalətsiz münasibət sərgilənib, Aİ-yə üzv dövlətlərin nazirləri, deputatları və digər rəsmi şəxsləri birbaşa antigürcü, inqilabi proseslərdə iştirak ediblər. Avropa fondları və ayrı-ayrı üzv dövlətlərin büdcələri vasitəsilə kütləvi iğtişaşlar və destruktiv qrupların zorakı hərəkətləri maliyyələşdirilib. Bütün bunlara baxmayaraq, Avropa bürokratiyası öz məqsədlərinə çata bilmədi. Bundan sonra da nail ola bilməyəcəklər. Gürcüstana qəzəb, nifrət də buradan qaynaqlanır”.

Milli Məclisin deputatı Elşad Musayev isə XQ-yə bildirdi ki, Gürcüstan Azərbaycana dost ölkədir. Tbilisi bütün müdaxilələrə baxmayaraq, öz suverenliyini qoruyub saxladı. Bu gün regionda sülhün qorunmasında önəmli rol oynayır. Məhz bu səbəbdəndir ki, Fon der Lyayen Gürcüstanın Orta Dəhliz və ümumilikdə, nəqliyyat və əlaqələndirmə sahəsindəki rolunu görməzdən gəlməyə çalışdı. Lakin, bu, reallıqdan o qədər uzaqdır ki, bu cür cəhdlər Gürcüstana zərər verə bilməz, əksinə, bir daha Aİ-nin indiki rəhbərliyinin qeyri-adekvat və siyasi qərəzli olduğunu sübut edir.

Orta Dəhlizin gələcək inkişafı Gürcüstansız mümkün deyil. Bunu Avropa siyasətçiləri çox yaxşı başa düşürlər”.

Bu arada Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstana dəstəyinə görə təşəkkür edib.

Bəli, Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan və Gürcüstan aparıcı rol oynayacaqlar. Mərkəzi Asiya ilə Avropa arasında yük daşımalarında və yaşıl enerjinin gələcəkdə ixracında söz sahibidirlər. Bu səbəbdən də Gürcüstanı görməzdən gəlmək mümkün deyil.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see178

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see153

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see130

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see121

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri