Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı regiona sülh, sabitlik və tərəqqi vəd edir

Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı regiona sülh, sabitlik və tərəqqi vəd edir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri iki qonşu və dost ölkə arasında dərin tarixi köklərə və strateji maraqlara əsaslanan münasibətlərin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentlər İlham Əliyev və Mixeil Kavelaşvili tərəfindən verilən birgə bəyanatlar qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin möhkəm və çoxşaxəli olduğunu bir daha nümayiş etdirir.

Əsrlərlə davam edən mehriban qonşuluq münasibətləri bu gün də dövlətlərarası əməkdaşlığın əsasını təşkil edir. Yeni seçilmiş Gürcüstan Prezidentinin ilk səfərini Azərbaycana etməsi rəsmi Tbilisinin ölkəmizlə münasibətlərə verdiyi yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyev bəyanatında həmin məqamı xüsusi vurğulayaraq bildirib ki, bu səfər bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
İki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji və nəqliyyat sahələrində yaxın əməkdaşlığın mövcud olmasıdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də Cənub Qaz Dəhlizi layihəsi həm də Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir. Bu layihələr Avrasiya regionunun enerji xəritəsini yenidən formalaşdırmaqla Cənubi Qafqazı mühüm enerji dəhlizinə çevirib.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni limanların və dəmir yollarının tikintisi Orta Dəhliz təşəbbüsünün reallaşmasında əsas həlqələrdən biridir. Hazırda Azərbaycan və Gürcüstan ərazisindən keçən yük daşımalarının həcmi ildən-ilə artır və bu artım dinamikası regionun logistika potensialını artırmaqla yanaşı, qitələrarası ticarətin dayanıqlığını təmin edir.
Dövlətlər arasında iqtisadi əlaqələr də yüksələn xətt üzrə inkişaf edir. İkitərəfli ticarət dövriyyəsinin artması, sərmayə qoyuluşları, birgə biznes forumların keçirilməsi və sənaye sahəsində əməkdaşlıq əlaqələrin iqtisadi potensialını möhkəmləndirir. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla, müxtəlif sahələrdə – kənd təsərrüfatı, tikinti, telekommunikasiya və bank sektorlarında geniş əməkdaşlıq edir. Gürcüstanda Azərbaycan sərmayələrinin həcmi 3 milyard ABŞ dollarını keçib ki, bu da ölkənin xarici sərmayə bazarında mühüm paya sahib olmasını göstərir.
Azərbaycan və Gürcüstan arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli münasibətlərin əsas dayağı kimi çıxış edir. Dövlət başçılarının müntəzəm təmasları, birgə komissiyalar və müxtəlif əməkdaşlıq mexanizmləri siyasi əlaqələrin davamlı inkişafına təkan verir.
İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlıqdır. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu uğurla fəaliyyət göstərir. Bu konteksdə qarşılıqlı səfərlər və qanunverici orqanlar arasında təcrübə mübadiləsi parlament diplomatiyasının inkişafına təkan verir. Hazırda iki ölkə arasında 119 sənəddən ibarət müqavilə-hüquq bazası mövcuddur ki, bu da müxtəlif sahələr üzrə əməkdaşlığın hüquqi əsasını təşkil edir. Hazırda Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində – o cümlədən BMT, ATƏT, GUAM, QDİƏT və digər platformalarda bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələlərində daim qarşılıqlı dəstək nümayiş etdirir.
Azərbaycan və Gürcüstan regionda sabitliyin və davamlı inkişafın təmin edilməsində eyni mövqedən çıxış edirlər. Hər iki dövlət hesab edir ki, Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilməlidir, bu məsələlər regionun gələcəyi baxımından həyati əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu məsələyə barədə bildirib ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Dövlət başçısı bundan sonra Cənubi Qafqazın qara səhifələrinin bağlanacağını və tarixdə qalacağına ümid etdiyini bildirib.
İki ölkə münasibətləri qarşılıqlı inam, tarixi dostluq və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq nümunəsidir. Bu əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional və qlobal əhəmiyyət daşıyan təşəbbüslərlə zəngindir. Mövcud əməkdaşlıq formatları və qarşılıqlı siyasi iradə bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Strateji layihələrin uğurla davam etdirilməsi, yeni sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və regionda sülhün bərqərar olunması istiqamətində birgə səylər bu münasibətləri gələcək nəsillər üçün daha da dəyərli edəcək.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see226

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see149

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see148

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri