Icma.az
close
up
RU
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik  biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.

Yarış zamanı iştirakçılar “Red Team” (hücum) və “Blue Team” (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər. 

“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub.  Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır. 

Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.

Azercell Telekom “CyberCell Hackathon”un bütün iştirakçılarına uğurlar arzulayır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri